"Azərbaycanı kəşf
et - abidələrimiz milli
sərvətimizdir" adlı layihə həyata keçirilib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyilə "Gələcək Naminə" Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi "Azərbaycanı kəşf et - abidələrimiz milli sərvətimizdir!" layihəsinin icrasını Quba rayonunda başa vuraraq məlumatlandırıcı təlim və turlar keçirilib.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektorunun aparıcı məsləhətçisi İsa Məmmədov, Quba rayon icra hakimiyyətinin nümayəndəsi Aynur Yəhyayeva, layihənin eksperti Gülsəba Ələsgərova, Quba və digər rayonlardan yeniyetmə və gənclər iştirak ediblər.
Tədbir zamanı Quba Tarix-Diyarşünaslıq Muzeyində təlim, Quba Soyqırımı Memorial Kompleksi və XVIII-XIX əsrlərə aid olan qədim Çuxur hamamına ekskursiyalar təşkil olunmuşdur. Həmçinin, təlim iştirakçılarına layihə təbliğat materialları paylanılıb.
Sonda Azərbaycanın ilk sahibkar qadını Qubada yaşayan Fatimə Ağamirzəyeva ilə görüş keçirilib. Qonaqları səmimi qarşılayan Fatimə Ağamirzəyeva qədim xalçalarımızı nümayiş etdirərək, xalçalar və onların naxışları haqqında məlumat verib.
ZÜMRÜD
Səs.-
2016.- 15 fevral.- S.7