Regionlarda genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir

 

Dövlət proqramları çərçivəsində görülən işlər nəticəsində Azərbaycanın regionlarında mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri uğurla icra olunub

Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir. Belə ki, Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə və digər xidmətlərin səviyyəsi yüksəlib, çoxsaylı sənaye, kənd təsərrüfatı, xidmət, ticarət müəssisəsi fəaliyyətə başlayıb.

Şübhəsiz, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı konseptual əsaslara söykənir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildə vəzifəsinin icrasına başlayarkən regionların sosial-iqtisadi inkişafını Özünün fəaliyyətinin əsas istiqamətlərindən biri kimi elan etmişdi. Bu hədəfə çatmaq üçün ötən müddət ərzində regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramı hazırlanıb və 2-si artıq uğurla həyata keçirilib. Hazırda isə üçüncü Dövlət Proqramı icra edilir. 2004-cü il fevralın 11-də təsdiqlənmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nı bölgələri dirçəldən mühüm ilkin konsepsiya adlandırmaq olar. 2004-2008-ci illəri əhatə edən ilk proqramda qarşıya qoyulan hədəflərə vaxtından tez çatmaq mümkün olub. Regionların inkişafına dair birinci Dövlət Proqramının uğurla həyata keçirilməsinin ardınca 2009-cu il aprelin 14-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Həmin proqramda qarşıya qoyulan vəzifələr də uğurla yerinə yetirildi. Nəticədə, yerlərdə istehsalemal potensialı gücləndirildi. Əvvəlki illərdə yaradılan baza və qazanılan təcrübə 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramının qəbul edilməsi üçün möhkəm əsas oldu. Hazırda üçüncü Dövlət Proqramı da böyük müvəffəqiyyətlə yerinə yetirilir.

Azərbaycanın ümumi iqtisadi, sosial yüksəlişini şərtləndirən əsas amillər arasında mütləq şəkildə regionların inkişafını nəzərdə tutan konkret proqram və layihələrin rolu əvəzsizdir. Bunun nəticəsidir ki, ötən illərdə dünyada baş verən qlobal böhran fonunda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı sayəsində bütün sosial proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsinə nail olunub. Hazırda Azərbaycanın bütün rayonlarında böyük infrastruktur layihələri həyata keçirilir. İqtisadiyyatın yeni sektorlarına fəal qaydada sərmayə yatırılır.

Ölkəmizdə modern inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb.

Təbii ki, həyata keçirilən infrastruktur layihələri bütün bölgələri əhatə etməklə, Azərbaycanın şəhər və rayonlarının müasir görkəm almasına, insanların həyat və şəraitinin daha da yaxşılaşmasına imkan verir. O cümlədən Daşkəsən rayonunda son illərdə çox böyük infrastruktur layihələri reallaşdırılıb, genişmiqyaslı tikinti-quruculuq işləri görülüb. Bu mənada 2015-ci ili rayonun həyatında mühüm nailiyyətlərlə yadda qalan il kimi xarakterizə edə bilərik. Belə ki, 2015-ci il ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülüb və hazırda da həmin işlər davam etdirilməkdədir. Rayon İcra Hakimiyyətindən aldığımız məlumata görə, ötən il Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun Astaf kəndinə gedən hissəsində 2 ədəd hər birinin ümumi uzunluğu 28,4 m, eni 11 m, avtomobillərin hərəkət hissəsi isə 8 m olan körpülərin tikintisi başa çatdırılaraq 23 dekabr 2015-ci il tarixində istifadəyə verilib. Təbii ki, Daşkəsəndə bu sahədə əldə olunmuş nailiyyətlər həm də bir reallığı açıq şəkildə ortaya qoyur ki, bütün ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenilənməsi müasir Azərbaycanın mənzərəsini xarakterizə edən əsas cəhətlərdəndir. Son 12 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində respublikanın bütün bölgələrində yol infrastrukturunun yenilənməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilib, dünya standartlarına cavab verən yeni yollar çəkilib, yol ötürücüləri, körpülər, yeraltı və yerüstü piyada keçidləri tikilib.

Rayonda tikintisi dayandırılmış 35 kv-luq Əhmədli EVX-nin və “Alunitİstehsalat Sahəsində qəza vəziyyətində olan 35/6kv-luq elektrik yarımstansiyasının funksiyasını yerinə yetirəcək yeni yarımstansiyanın tikinti işləri də ötən il davam etdirilib. Həmçinin Qaraqollar kənd həkim, Əhmədli, BayanZinzahal kənd tibb məntəqələrində, Quşçu kənd mədəniyyət evində təmir işləri aparılıb. XoşbulaqQaraqollar kənd tam orta məktəb binalarının dam örtüyü təmir edilib.

Yeni yaradılacaq Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının tikintisinə başlanılıb, hazırda son tamamlanma işləri görülür. Daşkəsən şəhərində küçələrin işıqlandırma sistemi yenidən qurulub.

Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılıb və şəhərin küçələrinə 15842m2 sahəyə yeni asfalt örtüyü salınıb. İH-dən verilən məlumatda qeyd olunur ki, Daşkəsən şəhərində və qəsəbələrdə 165 çoxmərtəbəli yaşayış binasının dam örtüyü dəmir lövhələrlə əvəz olunubbu işlərin davam etdirilməsi nəzərdə tutulub. Bundan başqa, Daşkəsən şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni 36 mənzilli yaşayış binasının tikintisi üçün torpaq sahəsi ayrılıb, tezliklə həmin binanın tikintisinə başlanılacaq.

Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli, 118 nömrəli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tədbirlər planında Daşkəsən rayonuna aid 25 tədbir nəzərdə tutulub. Bu tədbirlərin 5-i ölkə əhəmiyyətli, 3-ü Gəncə-Qazax iqtisadi rayonu və 17-si isə Daşkəsən rayonu bölmələrində qeyd edilib.

Rayonun Zağalı, QazaxyolçularQaraqollar kəndlərində təbii qaz xəttinin çəkilişi başa çatıb və Xoşbulaq kəndinə təbii qaz xəttinin çəkilişi davam etdirilir. 2015-ci ilin may ayının 15-də Azərbaycan Hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin sukanalizasiya sistemlərinin yenidən qurulması” işlərinə başlanılıb. Daşkəsən şəhərində həmin layihə üzrə 2 ədəd 500 kubmetr su tutumu olan yeni içməli su anbarının təməlqoyma mərasimi keçirilib. Bu layihə üzrə bir sıra işlər görülüb. Həmin layihənin bu ilin sonuna kimi başa çatması nəzərdə tutulub. Bu mühüm tədbirin başa çatması nəticəsində Daşkəsən şəhərinin əhalisi fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin olunacaq.

Qeyd etdiyimiz kimi, infrastruktur layihələrinin, geniş abadlıq-quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı işlər respublikamızın bütün şəhər və rayonlarını əhatə edir. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da infrastrukturkommunal xidmətlərin inkişaf etdirilməsinə diqqət artırılır, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su təminatının yaxşılaşdırılması üçün geniş tədbirlər görülür. Bu tədbirlər sırasında rayonun qaz təsərrüfatının əsaslı şəkildə yeniləşdirilməsi, yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların “mavi yanacaqla fasiləsiz təminatı istiqamətində görülən işləri xüsusi qeyd etmək olar.

Rayon İcra Hakimiyyətindən bildiriblər ki, Tərtər şəhəri və rayonun 32 kəndi təbii qazla təmin olunub. Seydimli-Borsunlu kəndləri istiqamətində diametri 315 millimetrlik yeraltı daşıyıcı polietilen qaz xəttinin çəkilişi başa çatdırılıb. Hazırda rayonun Seydimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar, Bəyimsarov kəndlərində qazlaşma işləri sürətlə davam etdirilir. 10 yaşayış məntəqəsinə təbii qazın verilməsi üçün işlər görülür.

Qeyd edək ki, təkcə ötən il Tərtər rayonunun 14 yaşayış məntəqəsi - İsmayılbəyli, Evoğlu, Təzəkənd, Hacıqərvənd, Kəngərli, Balakəngərli, Mamırlı, Poladlı, Borsunlu, Yuxarı Sarıcalı, Bayandurlu, Cəmilli, Qaradağlı, Köçərli kəndləri qazlaşdırılıb, 4 min 244 abonentə təbii qaz verilib.

Sabirabad rayonunda da bu istiqamətdə işlər uğurla davam edir. Son olaraq, rayonun qəsəbə kəndlərinin təbii qazla təmin edilməsi ilə bağlı növbəti addım atılıb. İndiyədək rayonun 74 yaşayış məntəqəsindən 48-i qazlaşdırılıb. Bu günlərdə isə onların sırasına 3 min 112 nəfər əhalinin yaşadığı Nizami kəndi əlavə olunub. 596 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7571 metr təşkil edən polietilen 45474 metr müxtəlif diametrli metal borularla daşıyıcı məhəllədaxili qaz xətləri çəkilib, mənzillərə 596 sayğac fərdi tənzimləyici quraşdırılıb.

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Həsənov Prezident İlham Əliyevin göstərişi ilə ölkənin qazlaşdırılması istiqamətində həyata keçirilən layihələrin rayonda da uğurla icra olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, ötən il rayonun 18 kəndinəmavi yanacaqverilib. Hazırda 13 yaşayış məntəqəsində qaz xətlərinin çəkilişi davam etdirilir işlər yekunlaşmaq üzrədir. Yaxın günlərdə bu kəndlərin sakinləri təbii qazdan istifadə edəcək. Cari ilin sonuna kimi rayonun bütün qəsəbə kəndləri qazlaşdırılacaq.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2016.- 23 fevral.- S.8