Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə $2 ANL_SHnin sərgisi açılıb

 

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Gəncədə məşhur “Nikolya Şokolad Muzeyinin eksponatlarından ibarət sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə ümumi kütləsi 700 kiloqramdan çox olan 300-dək yüksək keyfiyyətli şokolad məmulatı - şokoladmarsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər, installyasiyakompozisiyalar nümayiş etdirilir.

Sərgi Gəncə sakinləri və şəhərin qonaqlarına məşhur şokolad ustası Nikolay Popovun məhsulları ilə yanaşı, şokoladın tarixi ilə tanış olmaq imkanı yaradır.

Sərginin açılışında çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, son günlər Gəncə şəhərində əlamətdar hadisələr baş verir. Gəncə şəhəri təhsilin, mədəniyyətin beşiyidirbu sərgidəki əsərlərin hər biri yüksək zövq və incəliklə işlənib.

Nikolya Şokolad Muzeyinin müəllifi və yaradıcısı Nikolay Popov sərginin təşkilində Bakıdakı Heydər Əliyev Mərkəzinə təşəkkürünü bildiribqeyd edib ki, hər dəfə Azərbaycana gələndə yeni əsərlər yaradır. Gəncədə təşkil olunan sərgi üçün isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin portreti və Gəncə şəhərinin gerbi hazırlanıb: “Bu əsərləri Gəncə şəhərinin hədsiz müsbət aurasından, şəhərin tarixindən ilhamlanaraq yaratdım. Ümid edirəm ki, sərgiyə gələn minlərlə ziyarətçinin qəlbində uzun müddət sevinc hissi yaşayacaq”.

Nikolya Şokolad Muzeyinin direktoru Leyn Andrey isə sərginin təşkilini 4000 illik tarixi olan Gəncəyə fantastik səyahət adlandırıb və bütün komandanın əməyi sayəsində belə bir ekspozisiyanın ziyarətçilərə təqdim olunduğunu bildirib.

Qeyd edək ki, dünya turu çərçivəsində 40-dan çox şəhərdə nümayiş etdirilən sərgini bu günədək izləyənlərin ümumi sayı 500 min nəfəri keçib. Sərgi 2015-ci ilin may-iyun aylarında isə Bakıda təqdim olunmuşdu.

Kütləsi 65 kiloqram olan “Qız qalası”, 512 hissədən ibarət, hündürlüyü 210 santimetr, çəkisi 45 kiloqram olanEyfel qülləsi” heykəlləri sərginin əsas eksponatları sırasındadır.

Qeyd edək ki, Nikolay Popov sərgi çərçivəsində şokoladdan incəsənət əsərləri yaratmağı öyrənmək istəyənlər üçün ustad dərsləri də keçəcək.

Yeni Azərbaycan.- 2016.- 23 fevral.- S.6