Bölgələrdə ərzaq təhlükəsizliyinin təmin olunması yönündə mühüm işlər görülür

 

Kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artırılır

Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən məqsədli Dövlət proqramları nəticəsində mümkün olur. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir.

Regionların sosial-iqtisadi inkişafı kontekstində ərzaq təhlükəsizliyinin təmin olunması da strateji əhəmiyyət kəsb edirbu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qarşıya qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı 2015-ci ilin martında “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb. Prezident İlham Əliyevin ötən ilin avqustunda imzaladığı müvafiq sərəncamlar isə ölkəmizdə heyvandarlığın maddi-texniki bazasının möhkəmləndirilməsi və cins tərkibinin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Göründüyü kimi, ölkəmizdə ərzaq təminatının yüksəldilməsi istiqamətində davamlı işlər görülür. Bunun nəticəsidir ki, rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artırılır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə qarşısında duran həlli vacib məsələlərdəndir. Problemin həlli məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bir sıra rayonlarda olduğu kimi, Samuxda da iri aqrar layihələr həyata keçirilməyə başlanılıb.

İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edən Samuxda əkinəyararlı torpaqlardan səmərəli istifadə olunması məqsədilə 3 min hektarlıq sahədə qarğıdalı, buğda, qismən də günəbaxan, soyayonca bitkisinin becərilməsini nəzərdə tutan müasir təsərrüfat kompleksi yaradılır.

Rayonda əkin sahələrinin suvarılması üçün “ABKON” şirkəti tərəfindən yeni sistem quraşdırılır. Bu məqsədlə 13 kilometr əraziyə Sumqayıt istehsalı olan borular vasitəsilə kəmər çəkilir. Artıq 3 kilometrə yaxın boru montaj olunub. Layihə çərçivəsində yaxın günlərdə həcmi 5 min kubmetr olacaq iki su anbarının tikintisinə, 3 nasos stansiyasının qurulmasına və 40 kilometrə yaxın suvarma xəttinin çəkilməsinə başlanılacaq.

Təsərrüfat sahəsində tikinti işlərinin aparılması sürətlə davam etdirilirbu işlərin icrası yerli şirkətlərə həvalə olunub. Artıq ərazidə inzibati binaların tikintisinə başlanılıb. Ofis binasının və iki anbarın təməli qoyulub. Böyük qarajın tikintisi ilə bağlı hazırlıq işləri gedir. Tutumu 60 min ton olacaq taxıl anbarında qazıntı, betonlama işləri başa çatıb.

Layihəyə əsasən, “Aqro Dairy” MMC tərəfindən xaricdən kənd təsərrüfatı texnikaları da gətirilib. Bu məqsədlə 24 traktor, 5 taxılbiçən kombayn, 2 yemyığan kombayn, 2 müasir çiləyici, kultivator və taxılsəpən alınıb. Hazırda təsərrüfat üçün yağışyağdırma üsuluna əsaslanan müasir suvarma sistemi qurulmaqdadır.

Təsərrüfatda əkin zamanı yüksəkkeyfiyyətli sortlardan istifadə edilməsi nəzərdə tutulur. Məhsul yığımı dövründə isə hər hektardan orta hesabla 80-100 sentner məhsul götürüləcəyi gözlənilir.

Tovuz rayonunun Düz Qırıqlı, Əyyublu, Dönük Qırıqlı kəndlərinin fermer təsərrüfatlarında da kartof əkininə başlanılıb. Ötən illərlə müqayisədə builki əkinlərin 90 faizi kənd təsərrüfatı texnikası vasitəsilə aparılır. Kartofsəpən maşınlar təxminən 100 fəhlənin bir həftəyə görə biləcəyi işi bir gündə yerinə yetirir. Bu isə daha baha başa gələn əl əməyini azaldır, məhsulun maya dəyərini aşağı salır.

Fermerlərin hesablamalarına görə, texnika ilə becərilən sahələrdə yüksək məhsuldarlıqla yanaşı, maya dəyəri əllə becərilən sahələrə nisbətən aşağı olur. Rayonda hər il 30-40 ton kartof toxumu əkən iri fermerlərin bütün becərmə işlərini görə biləcək kənd təsərrüfatı texnikaları var. Kiçik fermerlərin isə iri kooperativlər yaratmaları, onların dövlətdən güzəştli kredittexnika almaları üçün qanunvericilik bazası yaradılıb. Vurğulamaq lazımdır ki, ötən il tovuzlu sahibkarlar 7668 hektar sahədən 165 min 322 ton kartof götürüblər.

Sabirabad rayonunda da yaz tarla işlərinə erkən başlanılıb. Rayonda fərdi təsərrüfatlar da daxil olmaqla mövcud olan suvarılan 40 min hektar əkin sahəsini bol su ilə təmin etmək üçün kanalarxlar lildən təmizlənir, drenaj şəbəkələr tikilir, nasos stansiyalarında əsaslı və cari təmir işləri aparılır.

İndiyədək 20 üzən su nasos stansiyası əsaslı təmir olunub, 1150,8 kilometrdən artıq kanal lildən təmizlənib. Suvarmanın və arat işlərinin vaxtında aparılması üçün Mürsəlli, Nərimankənd, Kürkəndi və digər kəndlərdə yerləşən su nasosları, hidrotexniki qurğular da əsaslı təmir olunub.

Əkinçiliyin intensiv inkişafı üçün rayonun Kür-Araz ovalığında yerləşən Əsgərbəyli, Qasımbəyli, Muradbəyli və digər kəndlərinin ərazilərində yeni nasoslar quraşdırılıb, drenaj şəbəkələr çəkilib. Nəticədə 11 min 700 hektar əkin sahəsi yararlı vəziyyətə gətirilib.

İsmayıllı rayonunda isə saatda istehsal gücü 500 kiloqram olacaq yarımfabrikat kartof püresi istehsalı zavodunun inşasına başlanılıb. Yeni sahibkarlıq obyektində ən müasir xarici avadanlıqlar quraşdırılacaq. Zavodun yaxınlığında 1000 tonluq soyuducu anbar da tikilir. Burada yataqxana binası da inşa olunacaq.

Zavod üçün kartof həm əhalidən alınacaq, həm də müəssisə tərəfindən yetişdiriləcək. Bu məqsədlə cari ildə rayon ərazisində 100 hektarda kartof əkiləcək və əkin sahələri müasir texnologiya əsasında becəriləcək.

Qeyd edək ki, ötən il rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı da gücləndirilib. Belə ki, 2015-ci il Quba rayonu üçün aqrar sahədə bir sıra uğurlarla əlamətdar olub. Bu mövsümdə rayon üzrə 14 min 724 hektar meyvə bağından 122 min ton meyvə toplanıb. Eyni zamanda, 14 min 418 hektar taxıl sahəsindən 38 min 852 ton məhsul yığılıb. Bunun da 33 min 873 tonu buğda, 4 min 979 tonu isə arpa olub. 2016-cı ilin məhsulu üçün şumlanan 13 min 482 hektar sahənin 12 min 948 hektarında artıq səpin aparılıb.

Kürdəmir rayonunda ötən il 13535 ton kartof, 22260 ton tərəvəz, 65921 ton bostan, 22,3 min ton meyvə, 128 ton günəbaxan, 47 ton yerfındığı məhsulu 71,7 min ton yonca otu istehsal edilib.

Rayonda 109,2 min ton taxıl istehsal olunub ki, bunun da 38,3 min tonunu buğda məhsulu təşkil edir. Taxıl istehsalının qarğıdalı dəni hesabına artırılması tədbirləri görülüb, 821 hektarda dənlik qarğıdalı əkilib, 1936 tondan çox qarğıdalı dəni istehsal olunub. Bundan başqa, 6 min tonadək toxumluq dən hazırlanıb. Ötən ilin payızında taxıl əkinləri mütəşəkkil keçirilib, bu ilin məhsulu üçün 39609 hektardan çox sahədə taxıl əkilib. Əvvəlki ilə nisbətən kartofdan 2,9 sentner, tərəvəzdən 4,0 sentner, bostandan 41,9 sentner, günəbaxandan 0,3 sentner çox məhsul götürülüb. Rayonda 8 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir, bu il 4,5 min tondan çox yüksək reproduksiyalı toxum istehsal olunub.

Qeyd etdiyimiz kimi, milli təhlükəsizlik strategiyası kontekstində müəyyən olunmuş prioritetlərdən biri ərzaq təhlükəsizliyinin təmin olunmasıdır ki, bu da ölkəmizdə həyata keçirilən siyasətin mühüm istiqamətlərindəndir. Ümumiyyətlə, dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə ərzaq təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü büruzə verir. Ərzaq təhlükəsizliyi probleminin kəskin xarakter almasından sonra bu problem istənilən dövlət, o cümlədən Azərbaycan üçün milli təhlükəsizliyin təmin edilməsi istiqamətində diqqət yetirilməsi zəruri olan ən mühüm məsələlərdən birinə çevrilib. Bu problemin həlli, ilk növbədə, ərzaq təminatının ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlıdır. Onu da qeyd etmək lazımdır ki, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür mühüm nəticələr əldə edilməkdədir. Ölkəmizdə ərzaq məhsullarının istehsalının artırılması, əhalinin təhlükəsiz keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması digər istiqamətlərdə tədbirlər həyata keçirilib, səmərəli istehsal satış infrastrukturunun yaradılması, ərzaq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi sahəsi üzrə əsaslı islahatlar reallaşdırılıb. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı özünəməxsus, müstəsna əhəmiyyət kəsb edir ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 24 fevral.- S.8