Tarixin işığında İbad Hüseynov: faktlardeyir?

ya xalqın gözü tərəzidir

Qəhrəmanlıq, mübarizlik hər hansı xalqın zaman-zaman mənimsədiyi və konkret şəraitdə nümayiş etdirdiyi bir davranış forması deyil. Qəhrəmanlıq bir toplumun genetik kodunda var olub, tarixin müxtəlif dövrlərində özünü göstərən, hətta ali dəyər kimi səciyyələndirilən milli xarakter nümunəsidir. Azərbaycan tarixi bir çox dövrlərdə xalqımızın qəhrəmanlıq nümunələrinə, yenilməz vətən övladlarının mübarizlik əzminə şahidlik edib və daşıdığı dəyərlər sayəsində minilliklər boyu öz mövcudluğunu qoruya bilib...

Vətən qəhrəman övladları ilə var olur

Şübhəsiz, vətən qəhrəman övladları ilə var olur. Çünki qəhrəmanlıq, ilk növbədə, vətən, torpaq uğrunda gözünü qırpmadan ölümə getməyi gözə almaqdır. O da məlumdur ki, Azərbaycan xalqı tarixən bir çox hücumlara, işğallara məruz qalsa da, heç vaxt öz dəyərlərindən imtina etməyib, milli xarakterinin tərkib hissəsi olan qəhrəmanlıqlar, mübarizliklər nümunəsi ortaya qoyub. Ötən əsrin sonlarında müstəqilliyinə yeni qovuşduqdan sonra ölkəmiz növbəti dəfə işğal faktı ilə qarşı-qarşıya qaldı və Dağlıq Qarabağ işğal olundu. Amma yenə də öz zamanının qəhrəmanlarını üzə çıxardı... İgid Vətən oğulları əzmkarlıq, cəsarət məktəbi yaratdılar. Tarixin işığında belə bir nümunə yaradan şəxslərdən biri də Azərbaycan hərbçisi, Qarabağ müharibəsi iştirakçısı, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovdur...

İ.Hüseynov qardaş Türkiyədə də yaxşı tanınır və onun Qarabağ döyüşlərində qəhrəmanlığı yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, 2015-ci il aprelin 28-də Türkiyənin Ankara şəhərində İ.Hüseynovun adı bir küçəyə, avqustun 30-da isə Qaziantepdə bir parka verilib...

Tarixə qısa ekskursiya, yaxud İ.Hüseynov barəsində bir neçə vacib xatırlatma...

İ.Hüseynovun ortaya qoyduğu cəsarət və mübarizlik əzmini daha yaxşı anlamaq üçün tarixi ekskursiya əsasında bir neçə məqama toxunmaq gərəkdir. Beləliklə... Dağlıq Qarabağda ilk hərbi toqquşmaların başlandığı zaman İbad Hüseynov Amurda yerləşən hərbi hissədə Sovet ordusunda xidmət edirdi. Burada o, Sovet ordusunun Bakıya qoşun yeritdiyiniçoxlu sayda həmyerlisinin öldürüldüyünü öyrənib. İ.Hüseynov Azərbaycandan olan digər hərbçilər ilə birlikdə onların Vətənə buraxılması məqsədilə müddətsiz aclıq aksiyasına başlayıb. Komandanlığın ağır təzyiqinə baxmayaraq, onlar aclıq aksiyasını dayandırmayıblar. Nəticədə rəhbərlik geri çəkilib və indiyə qədər heç yerdə görünməmiş addım atıb - hərbçiləri xidmət müddətinin bitməsinə qədər ehtiyata buraxıb. Bununla da İ.Hüseynov Azərbaycana qayıtmağı bacarıb.

İbad Hüseynov 1990-cı ildə Azərbaycana qayıtdıqdan sonra öz doğma Xocavənd rayonuna gediborada yerli hərbi özünümüdafiə birləşmələri yaratmağa başlayıb. Məhz bu dövrdə Dağlıq Qarabağ münaqişəsi aktiv fazaya daxil olub və qızğın hərbi döyüşlərin getdiyi ərazilərə erməni silahlı qrupları soxulmağa başlayıb. Bu qruplar yerli Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqları ilə seçilirdi. Ermənilərdə regionda yerləşən Sovet ordusundanya xaricdən alınmış yetərincə hərbi sursat, təchizat və texnika var idi. İ.Hüseynovonun döyüş yoldaşlarında isə nə silah almaq, nə də onu haradansa əldə etmək imkanı yox idi. Bu səbəbdən o, “kəşfiyyat-diversiya dəstəsi” yaradıb və erməni tərəfə keçərək onları məhv edib, çoxlu sayda hərbi silah və təchizatlarını ələ keçirməyə başlayıb. 26 dekabr 1993-cü il tarixində İ.Hüseynov minaya düşərək ağır yaralanıb. Hospitaldan çıxdıqdan dərhal sonra o cəbhə xəttindəki öz hərbi hissəsinə qayıdıb...

Məndə sizin üçün suvenir var!”

Burada daha bir vacib məqam erməni Monte Melkonyanın öldürülməsi ilə bağlı məsələ onun ətrafında yaranmış mübahisədir. Deyilənə görə, erməni tərəfinin danışıqlarını radio yaxalama vasitəsilə izləyəndə məlum olub ki, Ağdam-Xocavənd istiqamətində erməni hərbi bölmələrinə rəhbərlik etmək üçün əraziyəAvoləqəbli məşhur erməni terrorçusu gəlir. Azərbaycanlılar bu ləqəbin Monte Melkonyana məxsus olduğunu bilmirdilər. Onlar onuAvokimi tanıyırdı bilirdilər ki, ermənilər bu şəxsə hörmət edir. O, bir neçə Yaxın Şərq müharibələrində iştirak edib, Avropada bir sıra terror aktlarının təşkilatçısı olub. Həmçinin məlum idi ki, Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biri olan Qaradağlı qırğını, Xocalı soyqırımı digər yaşayış məntəqələrindəAvobirbaşa olaraq qətliamda iştirak etmiş erməni birləşmələrinə rəhbərlik etmişdir...

İbad Hüseynovun bu barədə açıqlamasında bildirilir ki, o, azərbaycanlıların tökülmüş qanı üçün qisas almağı özünə söz verir erməni komandiriAvo”nun bütün hərəkət əməliyyatları haqda məlumat yığmağa başlayır... İbad Hüseynovun dediyinə görə, onun başçılığı altında olan dəstəyə düşmənin o biri tərəfinə keçib onun cəbhə xətti boyunca bütün gücünün öyrənilməsi, hərəkəti sayı haqda məlumat vermək əmr edilmişdi. 14 nəfərlik hərbi dəstə ilə onlar düşmən tərəfə keçir iki gün ərzində lazımi məlumatları toplamağa başlayırlar. 1993-cü il iyun ayının 11-dən 12-nə keçən gecə İbad Hüseynov dəstəsi ilə ermənilərin nəzarəti altında olan doğma Muğanlı kəndinə daxil olur. Sonra özüylə dörd nəfər döyüşçü götürərək erməni mövqelərinin içinə doğru gedir. Bu an ermənilər Xocavənd rayon mərkəzi Kuropatkino kəndi tərəfdən “UAZ” markalı avtomobillə Muğanlı kəndi istiqamətində hərəkət edirlər. Bir neçə dəqiqədən sonra “UAZ” dağ çayında ilişir, avtomobildən hərbi formalı bir adam düşür iki nəfərə yerində qalmağı əmr edərək Muğanlı kəndi tərəfə getməyə başlayır. İ.Hüseynovun bildirdiyinə görə, o, Monte ilə kənd məktəbinin həyətində üz-üzə gəlir. İbad Hüseynov iki dəfəAvo”ya atəş açdıqdan sonra erməni komandir yıxılır türkcə İ.Hüseynova onu öldürməməsi üçün yalvarır. Elə buradaca məşhur erməni terrorçusunun sonu gəlir. Monte Melkonyan öldürüldükdən sonra qənimət kimi İbad Hüseynov özü ilə silah, şəkillə bloknot, çəkmə, siqaret qələm götürür. Öz hərbi hissəsinə gəldikdən sonra İbad Hüseynov komandirin otağına daxil olaraq: “Məndə sizin üçün suvenir var!” - deyir torbada olanlarını masaya düzür. Komandir dərhal hərbi hissəni düzür xəbəri bütün şəxsi heyətə açıqlayır...

təsdiqini tapmayan iddialar

Bütün bunlara baxmayaraq, faktlar reallıqların əksinə olan bəzi iddialar da ortaya çıxdı. Belə ki, Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri 708-ci Briqadanın ovaxtkı komandiri, komandir müavini 2-ci batalyonun komandiri öz iddiaları ilə guya İbad Hüseynovun söylədiklərinin həqiqəti əks etdirmədiyini bildirdilər. Amma ortaya tutarlı bir fakt qoyulmadı, ən əsası isə, daha sonra özlərinin söylədikləri iddiaların yarımçıq məlumatlar əsasında ortaya çıxdığını etiraf etdilər. Bu, o deməkdir ki, İbad Hüseynova qarşı irəli sürülən bu iddianın qısa zaman ərzində reallığı əks etdirmədiyi, sadəcə, ittiham xarakterli olduğu bəlli oldu.

İbad Hüseynov isə məsələ ilə bağlı fikirlərini bu cür ifadə etdi: “Bu əməliyyatlarda mən tək olmamışam, çoxsaylı insanlar olub. Maraqlananları onlarla görüşdürə bilərəm. Yazı yazmaq, özünü reklam etmək asandır... Mən yazı da yazmıram, reklam da etmirəm. Bu gün bizim əsgərlərin dayandığı səngərlər ermənilərin 300 metrliyində yerləşir. Amma o zamanlar ermənilərin 10-15 kilometrində dayanırdıq. Mən narazılıqlara baxmayaraq, səngərləri qazdım. Geri dönərkən tank əleyhinə minaya düşdüm sağlamlığımı itirdim... Mən döyüşmüşəm, sağlamlığımı itirmişəm. Xalqın gözü tərəzidir”.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2016.- 24 fevral.- S.6