Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin
öyrənilməsinin önəmi qeyd edilib
Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Eygen Şonfel və səfirliyin birinci katibi Paul Amann fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) olublar.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar Azərbaycanın dinamik inkişafının, ölkəmizdə yüksək səviyyəli multikultural mühitin mövcudluğunun şahidi olduqlarını bildiriblər. Onlar bu sahədə ölkələr arasında gələcəkdə təcrübə mübadiləsinin aparılmasında maraqlı olduqlarını, Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsinin öyrənilməsi ilə bağlı əməkdaşlıq etmək istəklərini diqqətə çatdırıblar.
Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı qonaqlara ölkəmizdəki mövcud
dini durum və komitənin
fəaliyyəti barədə məlumat verib.
O, Azərbaycan əhalisinin 96 faizinin
müsəlman olmasına baxmayaraq, ölkəmizdə
müxtəlif dini konfessiyaların əsrlərdir
sərbəst və qarşılıqlı anlaşma
şəraitində fəaliyyət göstərdiklərini,
onların dilinə, dininə, mədəniyyətinə
xalqımız tərəfindən daim
yüksək qiymət verildiyini
vurğulayıb, bu ənənələrin
dərin tarixi köklərdən
qaynaqlandığını bildirib. Komitə
sədri həyata keçirilən uğurlu
daxili və xarici siyasət
nəticəsində multikulturalizmin Azərbaycanın
dövlət siyasətinə və həyat tərzinə,
tolerantlığın isə xalqımız üçün
demokratik dəyərə çevrildiyini
söyləyib. Qeyd edib
ki, bu gün
Prezident İlham
Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin
qorunmasına yönəlmiş çoxşaxəli siyasətində
beynəlxalq əməkdaşlığa xüsusi
önəm verir.
Yeni Azərbaycan.-
2016.- 24 fevral.- S.4