“Qüsursuz
Gələcək” adlı layihə çərçivəsində
növbəti tədbir keçirilib
Dünən Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qüsursuz Gələcək” adlı layihə çərçivəsində 177 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Leyla Kərimova bildirib ki, həyata keçirilən bu layihə olduqca təqdirəlayiqdir: “Azərbaycanın gələcəyi olan uşaqlara diqqət və qayğı göstərmək hər birimizin borcudur. Belə layihələrin mütəmadi şəkildə davam etdirilməsi vacibdir. Bu gün dövlətimiz tərəfindən uşaqlara diqqət və qayğı göstərilir, bir sıra uğurlu layihələr icra edilir”.
Daha sonra çıxış edən 177 saylı körpələr evi-uşaq bağçasının müdirəsi Pəri Rəhimova fiziki qüsurlu, əqli cəhətdən problemlər yaşayan körpələrin heç də az olmadığını söyləyib. Onun sözlərinə görə, dövlət tərəfindən belə körpələrə xüsusi diqqət və qayğı göstərilir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Mahmud Məmmədzadə bu layihənin kifayət qədər aktual məsələyə yönəldiyini deyib. Qeyd edib ki, hər birimiz belə kateqoriyadan olan uşaqlara qayğıyla yanaşmalıyıq.
Layihə rəhbəri Yeganə Qasımova layihənin məqsədi və bundan sonra görüləcək işlər barədə iştirakçılara məlumat verib. Gənc Psixoloqlar İctimai Birliyinin Nəzarət-Təftiş Komitəsinin İdarə Heyətinin üzvü Aytac Abbasbəyli layihə haqqında ətraflı məlumat verib və loqoped uşaqlar ilə bağlı fikirlərini bölüşüb.
Layihənin sonunda uşaqlar şeir söyləyib,
müxtəlif rəqs nümunələri nümayiş
etdiriblər.
Yeni Azərbaycan.- 2016.- 24 fevral.-
S.8