Xocalı Simfoniyası"

 

Nurəngiz GÜN

 

"Xocalı Simfoniyası"

(Rekviyem poema)

 

İlahi! Sən Onlara rahatlıq ver...

İlahi! Təskin et!…

Sən onlara səma nəğmələri göndər,

təsəlli səp...

 

***

Yox, Rüzgar! O cürə əsmə sən!

Torpaqda...

Torpağın altında

dipdiri ölülər var!

Diksinə bilər Onlar...

Alt-üst etmə torpağı, ey Rüzgar,

Onlar onsuz da yazıq!

Tələf olubdur, Onlar!

 

***

, Rüzgar... Bəli, Rüzgar!

Orda Ölülər yatır...

Orda Ölülər dipdiri! Oyaqdır, Ölülər...

Zikkələri, səsləri oyaqdır!

Əlavə zınqırov istəmir,

onların təngizar qulaqları,

yorğun-arğın-üzgün

bədən hücrələrindən

üzülən zuzələr! Yox, istəmir Onlar daha,

Dünyadan axan səsləri!!!

Onların sümük xatirəsində

indi yalnız

diri-diri

torpağa əndərilmiş Böyük Hürkü,

şaşqın qışqırıqlarının yaddaşı yaşayır!

Bir ki... " Lənət sənə, Faşizm!"-

"Lənət sənə...

lənət sənə!…"- hayqırıqları yaşayır!…

 

***

, Rüzgar! İndi Onlar dərin uğultularda

Simvolik Marsilyoza vıyıltısı oxuyur...

Sivil dünya bir şey anlasın deyə!

Xor oxuyurlar Onlar

Vəhşətə!!!

Dünya bir şey eşidə bilsin deyə!

 

***

, Rüzgar! Eşidə bilirsənmi,

Səslərin ən mükəmməli

Əsrin Simfoniyasını? - Ölülər himnini! -

Onlar yerin mantiya qatından

Məkrin Oyun işinin

Məcmusunu -

məşum nəğmələrinin

Odasını oxuyur...

***

, Rüzgar! Al Onların güclü faciəsini

qarışdır fırtınalı hirsinə, Səsləri...

Apar ötür onlara da

O tay, bu tay Okeanı zəbt edib oturmuş

Zorunlara! Atları Əflatun Fironlara da!

 

***

Bəli, cahan!

O torpağın adı Məlul Xocalı!

Çəpəri qalın çəkilib...

, Ruzgar, hərdən soruşuram Ondan

xəyalən:

"- Xocam!… Məğlubum!… Necəsən?

Yoxsa dağ çəkdi sinənə tarixi dilənçi

Bəd Qonşu? -

Drammatik "Yazıq erməni" ilə

Məşhur Qırmızı Qospodin?"

O! Qospodi! nazik əndişədə olmuşdur

Köhnə Sovet humanisti? -

Motoatıcı daşıyan

kütləvi qırğın maşını? -

"Möhtəşəm" bir Alay!!!

 

***

Ah, mənhus düşüncə!

Necə yəni, Allah yaradanı sən,

Bir gecədə yox edəsən?!

Əhsən, ey İnsan, əhsən,

Sən bu antik işinlə

Xirosima dəhşəti, Xatın faciəsini

Çox-çox arxada qoydun!

 

***

Bəs əsir-yesirlər? Bir deyil, on deyil,

Minmindir, yüz mindir əsirlər!

Sarsılan, əzilən həyatlar -

yüz min, yüz min,

yüz min, yüz min... yüz mindir!

 

***

Ah, fırlanır bəbəklər çuxurunda,

Çuxurundan indicə çıxacaqdır bəbəklər!

Çün yaşamaq - ehtiyacdır!

Yaşamaq - su istəmək, çörək dadmaq,

Sevməkdir, sevilməkdir - yaşamaq!

 

***

O! Məryəm Anaaa! Müqəddəs!...

Mən səni çox sevirəm...

Bəlkə, Sən cavab verəsən,

Nədir bu? demək "Xof İnsan?" -

Hardan axır axı kilsə zəngləri?

Zor edir, zorunluqla soxulur

müsəlman obasına.

Sizlərdə beləmi zorakıdır Kəlisa? -

Allahın müqəddəs evləri?...

Yəqin, elə onunçün da özünüz öz əlinizlə

Mıxladınız çaharı-mıx gözəlim İsanı!

O! Mariya! Gözəl Ana! Belə isə,

Faydasızdır sizlərdən etina gözləmək,

Ah, hava... sevən... müqəddəs!…

 

***

Ah! Boğulur, cocuqlar,

Yorulur torpağın altında

Cocuqlar!

Əlləri, qolları yorulur...

Heç bir şey anlamır,Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir

torpağın altında.

Cocuqlar birtəhər ovunar

Havasız... nəşəsiz...

Torpağın altında...

O! Məryəm!...

Ancaq ki, ana məməsi istəyir

körpələr torpağın altında!

Heç bir şey anlamır inqalar!…

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!…

 

***

Ah!…

Səslərə ürpəşirəm,

Şum edilmiş insanların Kütləvi Qırğınına

daraq çəkə bilmirəm....

Bax, ona ağlayıram,

Məryəm Anaa!...

Axı Dünya özbaşında!

Axı Dünya çox məşğul!

Amma... hava istəyirmiş... uşaqlar,

Məryəm Anaa!...

Allahın mələk qızı...

***

Ah, Rüzgar! Dostum ol!... Bura bax...

Sən torpağı süpürüb ötəndə

şayəd görə bilirsənmi hərdənbir

belibükük əkinçi-biçinçi kölgələri...

Öpə bilirsənmi sən arada

boşuna yellənən sünbüllü zəmiləri?

Bəs

O Nəhəng Ananı - Ən Nəhəng Qüssəni

Gördünmü?

Görmədiiiiin?…

O sənə heç bir şey demədiii?

Demədimi,

Bütün Oyaq Kölgələrhamısı ah?!…

Yox! Dedi! Mən eşidirəm Onu!

Eşidə bilirəm

Onların hamısını!

Bir-birinin ətəyini dartışdıran

Heç bir şey anlamadan

burnunu qurdalayıb

zırıldayan uşaqların

Ölüm Şərqilərini

Mən eşidə bilirəm!

 

***

varındısa... sən Allah, ey Rüzgar,

fırça gətir!

Mən bu Qlobal Ahın şəklini çəkərəm!

Çəkə bilərəm Onu -

Bəşəriyyət önündəki

Zülmün Nəhəng Pannosunu!

Çün indicə Dünya üçün

himn oxuyub qalxacaq

O məğrur, əsrarəngiz, Yek Ana -

Mübarizə Simvolu Vətən qızı! O Fosfor!...

Zühr etmiş bir güclü biçarə...

Of, Allah, uçan dodaqlarıyla

"İnsan"ı hayqıracaq,

o məsum tifilləri,

Yer üzünün bütün həlaklarını,

Zilləti hayqıracaq!

 

***

Hayqıracaq!

Tələb edəcək Gözləri...

Tələb edincə, eyvah,

Boğazının bütün telləri ilə

rüsvay edəcək təzədən o Kölgə

Cahanın Canavar İştahlı

Cümlə Adamyeyən Kolunun...

Cümlə Yırtıcılarını!

 

***

Kilsə zəngləri çalxanır

beynində yenə ...

Nədən bu? Güc edir bu səs ona.

Gic edir...

İlahi! Sən Onu sakit et!

Gözlərində alov var,

Alov alışır Onun, bu ilahi Fosforun...

Bütün sümüklərində; Xocalı yanırmış,

Xocalı alovda... Of, Allah, Allah, Allah,

Xəritənin göbəyiQədim Mesopotamiya

Bağdad da yanırmış!…

Onun göz çuxurlarında...

Bir yandan da çəkic döyür beynində,

Ona yad ahənglər

Ağır qalay kimi basır,

Cənghacəng-canqacunq səslər...

Yorur Onu yeknəsəq yad ahəng!

O, bunu istəmir!

Səsləri səslərə qarışdırmaq istəmir!

Onun qulaqlarında

yerlə yeksan olub qalmış

uşaqlarının səsi, yiyəsiz avazlar,

toz kimi, qum kimi ələnən

azan səsləri yaşayır!

Özü demiş, bu Kəllə Kəlisanın

ona yad notlarını

eşitmək istəmir! Yox, eşitmək istəmir!

Bütün Allah Evləri

Allah məbədlərindən

yüksələn səsləri

o daha eşitmək istəmir!!!

 

***

Beynində iğtişaş var!

O, yenə yüyürüb, yüyürüb...

Yüyürəcəkdir müdam...

O isə edəcəkmiş...

Kimi isə edam da edəcəkmiş...

Ay Allah!

Fəqət gücü çatmayır!

O, heçdir, puçdur artıq,

ay Allah!..........

O artıq bihudə varlıqdır.....

 

***

İlahi! Kömək ol! O, təkdir!... Anadır...

Tək qalıb... torpağın üstündə...

Biçarədir...

O elə köməksiz, elə müti ki!...

O Ruhdur!.. Güc gəlib torpağa...

Lağımlar, yarğanlar incidib...

Necə sinirli, sehrli gəlibmiş...

Gəlmiş ki,

Laylasını üst qatda oxusun!…

Gəlmiş ki,

Eşitsin Onu Dünya üst qatda!…

Onunla bərabər hönkürsün

bu məşum nağıla

İnsan olan bəşər !...

Axı qalın yorğan çəkir,

Nəhəng faciə üstünə

Üst Qatlar!

***

Ax, nədən bu?…

Cızdağı çıxır Onun,

qəsbkar cəng-vüng-cəngləri

eşitmək istəmir!...

Adamlarsız pəncərələr,

evciklər, küçələr

yetim baxan yuvalar başından ələnən

O zorun səs selini istəmir!

Boşuna

humanizm yelləyən

sədanı istəmir!

Külə dönən Obasından,

Məskənindən közərən

Yad kölgələryalan titrəmələrə

Sümük qəfəsində O,

Qətrə qədər hörmət bəsləmir!!!

təcəlla edib ki, o Fosfor...

batqın arzularını yonub töksün

Torpağa,

elə Torpaq üçün

bütün həyəcanı ilə

həzin... layla...

dua tərənnümləri oxusun...

son nəqərat, son epiloq kimi O,

elə hey hayqırsın: Cavabdehsiz!

Cavabdehsiz, Cavabdehsiz,

Cavabdehsiz, belində hərb gəzdirən

Cahanşümul Şümürlər!

Müntəzirsiz cavaba, Cahan Goreşənləri!

Dünyanı bazar bilən

Müsrəsna "Alış-veriş Əmiləri!"...

 

***

Ah, göyərçin balaları neylədiz?

Neylədiz, Nəfəsləri? Əmilər!…

Hanı Səslərrr?!!

Amma sərçə deyildi Onlar,

Əmilər!

 

***

Heç girirmi yuxunuza

sönən işıqlar, həyatlar,

lal baxan ləpirlər...

Üşüdürmü Sizləri hərdənbir

xərək-xərək Ölülər?

Təbəssümü qəfil kirimiş olan

Uşaqların məzlum pıçıltıları?

Əmilər!!!

 

***

Ah, yetim baxır nəbatat...

O küknar hələ ağlayır...

Yolur-tökür saçlarını yoncalar,

o balaca qız üçün.

Çöl boyu qaçışan

"can gülüm can" oynayan uşaqlarçün

Darıxır yoncalar... ağaclar!

Bu ayrılıq felinə Sizsiniz günahkar,

Bəşəri Zalımlar!

 

***

Əl çəkin! Qırın hərbin belini!

Dağıdın təbilini siz onun!

Doğrayın müharibə sözünü,

Siliniz lüğətlərdən!

İnsanı düşünün! Ürəksiz Məliklər!

Dünya Kələkbazları!

Dü-şü-nünn!!!

Dünya yalnız sizin deyil!

Düşünün!!!

Düşünməyə çox dəyər!...

 

***

Ah, yetim baxır o Bağçabağ...

O qızın qıvırcıq tellərindəki

yaş danəciklərini...

parıltını...

danələri... axtarır... Bağçabağ!..

Ah, yazıq!...

 

***

İlahi! Sən onları rahat et...

Yeni Azərbaycan.- 2016.- 25 fevral.- S.7