Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğuPrezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxilixarici siyasət kursu Azərbaycanı nəinki regionun liderinə, eyni zamanda, dünyanın ən yüksək sürətlə inkişaf edən dövlətinə çevirib. Bu uğurlu siyasətin nəticəsidir ki, hazırda Azərbaycanın bütün guşələrində böyük tərəqqi hiss edilməkdədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları Azərbaycanın inkişafına böyük təkan verib. Hacırda icra olunan 3-cü Dövlət Proqramı istər sosial infrastrukturun yenilənməsində, istərsə də işsizliyin aradan qaldırılmasında, eyni zamanda, ümumi inkişafın təminində mühüm rol oynayır. Vurğulayaq ki, dünyada baş verən maliyyə və iqtisadi böhranlara baxmayaraq, Azərbaycan öz makroiqtisadi göstəricilərini qorumaqdadır. Bu inkişaf özünü regionlarımızın həyatında baş verən müsbət dəyişikliklərdə də göstərir. Son illərdə böyük inkişaf yolu keçən bölgələrimizdən biri də Gəncə şəhəridir.

Qədim Azərbaycan mədəniyyətinin beşiyi, böyük mütəfəkkir Nizaminin ana yurdu olan Gəncə şəhəri cənub-şərqdə Kiçik Qafqaz dağlarının ətəyində, Gəncə-Qazax düzənliyində, Gəncəçay çayının hər iki sahilində yerləşir. Azərbaycanın sosial-iqtisadi, siyasi və mədəni həyatının inkişafında özünəməxsus rol oynayan bu cazibədar məkan qədim karvan yollarının üstndə yerləşməsi və digər coğrafi üstünlükləri ilə hər zaman iqtisadi-siyasi proseslərin mərkəzində yer almağı bacarıb. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı Gəncənin eramızdan əvvələ aid yaşayış məskənlərindən olduğu aşkara çıxıb. Tarixin axarında böyük keşməkeşlər yaşayan Gəncə əlverişli coğrafi mövqeyə sahib olan yaşayış məskəni kimi tədricən formalaşıb, inkişaf edib.

1804-cü ildən 1918-ci ilədək Yelizavetpol adlandırılan Gəncənin tarixi adı 1918-ci ildə Azərbaycanın müstəqilliyin əldə olunması ilə yenidən özünə qaytarılıb. 1935-cü ildə yenidən adı dəyişdirilərək “Kirovabad” adlandırılan şəhər 1989-cü ildə öz Gəncə adına qovuşub. Şəhər Gəncə çayı, Kür çayının cənubunda kənd təsərrüfatı cəhətdən zəngin bir ərazidə yerləşir. Gəncə hələ Sovet İttifaqı dövründə Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olub.

Hazırda Gəncənin ərazisi 110 km2, əhalisinin sayı isə 350 min nəfərə yaxındır. 3 rayondan ibarət olan şəhərin Quru Qobu ərazisində “Gülüstanmikrorayonu və “Yeni Gəncə” rayonunun qurulması Gəncənin gələcək inkişafı üçün mühüm əlverişli şərait yaratdı. 2006-cı ildə Gəncədə Azərbaycanda ikinci beynəlxalq hava limanı açıldı. Gəncə şəhəri 2 rayon və 7 qəsəbə inzibati ərazi vahidindən ibarətdir.

Gəncə şəhəri ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutur

Gəncə bu gün ölkəmizin sosial-iqtisadi inkişafında mühüm yer tutan şəhərlərdən biridir. 2011-ci ildən öz inkişafının yeni mərhələsinə qədəm qoyan şəhərin simasının gözəlləşdirilməsi, eləcə də iqtisadi cəhətdən yüksəlişi yönündə mühüm addımlar atılıb.

2015-ci il isə dünyada iqtisadi böhranla müşayiət olunsa da, Azərbaycan öz inkişaf tempini qoruya bilib. Bu çərçivədə regionların, o cümlədən Gəncə şəhərinin əldə etdiyi nailiyyətlər müstəsna əhəmiyyətlidir. Belə ki, ötən il ümumdaxili məhsul istehsalının həcmi 1,0 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi 8,4 faiz, kənd təsərrüfatı 6,6 faiz artıb. Nəticədə ümumdaxili məhsul istehsalı 2,7 faiz, yəni 22,6 milyon manat artaraq 846,6 milyon manata çatıb. İstehsal olunan məhsulun 74 faizi qeyri-dövlət bölməsində istehsal olunmaqla 2014-cü illə müqayisədə 5,5 faiz artıb. İstehsal olunan məhsulun 63,7 faizi respublika daxilində, 36,3 faizi Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrə ixrac olunub. Bundan başqa, Gəncə çayının sağ sahilində bulvar kompleksi inşa edilib, filarmoniya binasının tikintisi davam etdirilib, yeni salınmış qəsəbələrdə abadlıq və quruculuq işləri, eləcə də infrastruktur layihələri həyata keçirilib. Bundan başqa, şəhərdə mövcud olan parkxiyabanlarda abadlıq və quruculuq davam etdirilib, yaşıllaşdırma işləri aparılıb.

Gəncədə bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib

Bu gün ölkəmizin əsas turizm və sənaye mərkəzlərindən sayılan qədim Gəncənin inkişafı dövlətimizin diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, mühüm uğurlara imza atan şəhərdə yeni yerləri yaradılır, mühüm infrastrukturlar qurulur. Öz gözəl parkları, işıqlı yolları, geniş və səliqəli küçələri ilə göz oxşayan Gəncənin inkişafı 2016-cı ildə də davam edib.

Belə ki, bu ilin birinci rübündə şəhərdə bütün sahələr üzrə göstəricilər yüksəlib, infrastruktur layihələri uğurla davam etdirilib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sənayeləşmə siyasətinin çağdaş dövrün çağırışlarına uyğun uğurla həyata keçirilməsi Azərbaycan iqtisadiyyatının potensialının daha da yüksəlməsinə yol açıb.

Qeyd etmək lazımdır ki, 2016-cı ilin birinci rübü ərzində şəhər sənayesinin təsərrüfat subyektləri tərəfindən 68 milyon 874 min manatlıq sənaye məhsulu istehsal olunub və xidmətlər göstərilib. Özəl bölmədə istehsalın həcmi sənaye məhsulunun 62,2 faizini təşkil edib. Ümumi istehsalın 91,2 faizi sənaye mallarının istehsalı, 8,8 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranıb.

Özəl sektorda ümumi daxili məhsul buraxılışının xüsusi çəkisi 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artaraq 34,8 faizədək yüksəlib. Sənaye məhsulunun 92,2 faizi emal, 6,4 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, çirkli suların və tullantıların təmizlənməsi bölmələrində istehsal olunub.

Emal sənayesində, kompüter, elektronoptik məhsulları, qida məhsulları, tikinti materialları, kağız və karton, nəzarət ölçü cihazları, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, avtomobil, qoşqu və yarımqoşquların istehsalı, maşın və avadanlıqların quraşdırılması və təmiri bölmələrində və metallurgiya sənayesində artım müşahidə edilib. Dövlət başçısının tapşırığına əsasən 2015-ci ildə başlanılmış Gəncə avtomobil yolunun tikintisi cari ildə də davam etdirilir. Bundan başqa “Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Gəncə Paylayıcı Şəbəkəsi şəhərin sosial-iqtisadi inkişafını nəzərə almaqla əhalinin və iqtisadiyyatın dayanıqlı, fasiləsiz, sabit elektrik enerjisi ilə təmin olunması məqsədilə hesabat dövrü ərzində mərhələli şəkildə müəyyən tədbirlər həyata keçirib. Gəncə Qaz İstismarı Sahəsi 2016-cı ilin birinci rübü ərzində əhalinin və digər istehlakçıların normal və təhlükəsiz qaz təchizatının təmin olunması, ayrı-ayrı ərazilərdə yeni inşa edilmiş evlərin qazlaşdırılması və qaz təminatının bərpası istiqamətində mühüm işlər görüb. Şəhərin suya olan tələbatının ödənilməsi, mövcud su təchizatı və kanalizasiya sisteminin perspektivə uyğun təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı bu il ərzində icra olunan layihə uğurla davam etdirilir.

Qədim Gəncənin müasir inkişafı dövlətimizin diqqət mərkəzindədir

Xüsusi olaraq vurğulamaq yerinə düşər ki, Gəncə şəhəri hər zaman dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Son 5 ildə ölkə başçısının Gəncəyə beş dəfə səfər etməsi bu fikirlərimizi təsdiqləyir. Bu ilin fevralında ölkə başçısının Gəncəyə tarixi səfəri isə mühüm hadisələrlə yadda qaldı.

Səfər çərçivəsində Prezident İlham Əliyev Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib, Gəncə Dövlət Filarmoniyasının binasında tikinti işlərinin gedişi ilə də tanış olub. Məlumat verilib ki, bu tikili qəzalı vəziyyətə düşmüş köhnə filarmoniya binası, “Bakı” kinoteatrı və Uşaq Yaradıcılıq Mərkəzinin yerində ucaldılır. Bir hektardan çox ərazidə tikilən altımərtəbəli yeni binada layihə üzrə 1200 tamaşaçı yeri olan konsert zalı, iki kinozal, açıq havada yay estradası meydanı, şəkil qalereyası, baxış qülləsi yaradılır. Binada restoran və kafelər, o cümlədən 800 kvadratmetrlik yeraltı qaraj tikilir.

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Nizami” yarımstansiyasının açılışında iştirak edib. Eləcə də Gəncəçay çayı boyunca yaradılan park-bulvar kompleksi ilə də tanış olan dövlət başçısına məlumat verilib ki, Gəncəçay boyunca yeni yaradılan bulvar kompleksində geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, oturacaqlar qoyulub. Bulvar kompleksinin uzunluğu 1,2 kilometrdir. Ümumi sahəsi 34 hektar olan bu kompleksdə istirahət üçün hərtərəfli şərait yaradılıb, geniş işıqlandırma işləri görülüb, 15 fəvvarə və müxtəlif kompozisiyalı 10 heykəl quraşdırılıb. Bulvarda Bayraq Meydanı, “Əli və Ninokompleksi, Mətbuat evi, Kitab evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, altımərtəbəli və yeddimərtəbəli üç yaşayış binası, üç kafe, restorankinoteatr, açıq havada attraksionlar və digər sosial obyektlər inşa edilib.

Bundan başqa, Prezident İlham Əliyev “Gəncə - 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub. Məlumat verilir ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ötən ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib.

Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “Gəncə Avtomobil Zavoduİstehsalat Birliyinin istehsal sahələri ilə də tanış olub.

O cümlədən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində 240 yerlik körpələr evi-uşaq bağçasının, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edibAbbas Səhhət adına 1 nömrəli şəhər xəstəxanasında aparılan əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncəyə səfəri çərçivəsində “İmamzadə” dini kompleksində aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə də tanış olub. Tədbirdə çıxış edən ölkə Prezidenti bildirib ki, bizim gücümüzün mənbəyi Azərbaycan xalqıdır. Əgər Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləməsə, biz müstəqil siyasət apara bilmərik: “Bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər. Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur”.

Nadir Azəri

Yeni azərbaycan.- 2016.- 1 iyul.- S.7