K.Abdullayev: Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə örnəkdir.

 

İyunun 28-dən 30-dək Bakıda “Azərbaycan, doğma diyardevizi ilə Milli Azlıqların V Respublika Festivalı keçirilir.

İyunun 30-da Xalça Muzeyində milli azlıqların həyat və məişətindən söhbət açanVahid ailədə” adlı fotosərgi təqdim olunub və “Azərbaycanda yaşayan milli azlıqların mahnı və rəqs folkloru nümunələri” diskininfotokataloqunun Azərbaycan, ingilis, rus, fransız və alman dillərində təqdimatı keçirilib.

Sərginin açılışında mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edərək bildirib ki, sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların adət-ənənələrini, həyat tərzini əks etdirən əsərlər nümayiş etdirilir. Nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif ölkələrə və dillərə həmişə böyük diqqətlə yanaşırlar, artıq bütün dünya Bakıya mədəniyyətlərarası dialoq məkanı kimi baxır.

Ekspozisiyada ölkənin milli azlıqlarının - avarların, ləzgilərin, saxurların, rutulların, tat, rus, yəhudi və başqalarının həyatından fotoşəkillər nümayiş etdirilir. Elə həmin gün Xalça Muzeyində “Multikulturalizmin Azərbaycan modelimövzusunda “dəyirmi masaolub. İclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev, Milli Məclisin deputatları, milli icmaların nümayəndələri iştirak ediblər. İştirakçılara milli azlıqların folkloru haqqında “Azərbaycan, doğma diyar” videoçarxı nümayiş etdirilib.

Çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda bütün dinlərin nümayəndələri azad yaşayır, dinlərin və mədəniyyətlərin hamısına eyni münasibət bəslənilir.

K.Abdullayev vurğulayıb ki, müasir dövrdə Azərbaycanın multikulturalizm siyasəti dünya dövlətlərinə, o cümlədən bu sahədə zəngin təcrübəsi olan Qərb ölkələrinə örnəkdir. Bu gün inamla deyə bilərik ki, Azərbaycan multikulturalizmi ölkənin siyasi simasının əsas xüsusiyyətlərindən birinə çevrilib. Dövlət müşaviri deyib: “Azərbaycan multikulturalizminin siyasi banisi Heydər Əliyevin əsas arzularından biri məhz bu idi”.

Akademik bildirib ki, Prezident İlham Əliyevin 2016-cı iliMultikulturalizm ilielan etməsi bir çox obyektiv amillərdən qaynaqlanır. Əsrlər boyu müxtəlif mədəniyyətlərin qovuşduğu məkan olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqda aparıcı rol oynayıb, zəngin tarixi baza yaradıb. Ölkəmizdə dini və milli zəmində qarşıdurma heç vaxt olmayıb və indiyoxdur. Azərbaycan cəmiyyətinə xas dözümlülük ölkədə unikal tolerant mühit yaradıb. Hazırda bu mühit bir örnək kimi beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Nəhayət, Azərbaycanda multikulturalizm ənənələrinin inkişafı və möhkəmlənməsi üçün zəruri siyasiiqtisadi şərait mövcuddur.

Festival iyunun 30-da Heydər Əliyev Sarayında qala-konsertlə başa çatacaq.

Yeni azərbaycan.- 2016.- 1 iyul.- S.7