Sahibkarlar regionların sosial-iqtisadi inkişafı prosesində yaxından iştirak edirlər

Dövlətin verdiyi güzəştli kreditlər nəticəsində ölkə sahibkarları bölgələrdə yeni sənaye müəssisələri yaradırlar

Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanda bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr yeni yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür.

Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar. Təkcə iyun ayında Sahibkarlığa Kömək Milli Fondu tərəfindən bir neçə rayonda sahibkarlara güzəştli kreditlər verilib. İyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində keçirilən işgüzar forumda Qazax və ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verilib. Kreditlər, əsasən, heyvandarlıq, çörək və un məmulatları, tikinti materialları, sönmüş əhəng, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni yerinin açılması mümkün olacaq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işgüzar forumun keçirilməsində məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Qazaxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Doxsana yaxın sahibkarın iştirak etdiyi forumda Qazax rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının (o cümlədən balın sənaye üsulu ilə emalı müəssisəsinin), ət kəsimi və pendir istehsalı müəssisələrinin və 3 ulduz hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, istixana təsərrüfatlarının, quşçuluq fabrikinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, süfrə sularının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

Forum çərçivəsində Qazax rayonunun Daş Salahlı kəndində güzəştli kredit ayrılmış və ildə 91 min ton sönmüş əhəng istehsal etmək gücündə olan zavodun tikinti işlərinə baxış keçirilib. Zavod fəaliyyətə başlayanda burada 350 nəfər işçi çalışacaq.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iyun ayında Lerik rayonunun Anbu kəndində də işgüzar forum keçirib. Forumda Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni yerinin açılması mümkün olacaq. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Lerikdə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə və balın sənaye üsulu ilə emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib.

Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2891 investisiya layihəsinin maliyyələşdirilməsinə 105,6 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, meyvə-tərəvəz emalı, tikinti materialları, süfrə suları, mebel istehsalı müəssisələrinin, çayçılıq, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 10 min 500-dən çox yeni yerinin açılması imkanı yaradılıb. Forum çərçivəsində Lerikdə güzəştli kredit ayrılmış və gün ərzində 6 ton çörək istehsal etmək gücü olan müəssisəyə və illik istehsal gücü 3,5 min ton olan quşçuluq fabrikinə baxış keçirilib.

Ağsu rayonunun Muradlı kəndində keçirilən sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumda isə güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib. Ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 64,3 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, ixtisaslaşdırılan “Yaşıl marketin, çörək zavodunun, quşçuluq fabrikinin, heyvandarlıq komplekslərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, tikinti materialları istehsalı müəssisəsinin yaradılması və sair sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 5100-dən çox yeni yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Ağsu və ətraf rayonlardan olan 51 sahibkara 371 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, kartofçuluq, bağçılıq, arıçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni yerinin açılması mümkün olacaq. Forumda vurğulanıb ki, əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, respublikanın 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72,4 milyon manat güzəştli kredit verilib.

İyun ayı ərzində belə bir tədbir Saatlı rayonunda da baş tutub. Saatlıda keçirilən forumda rayonda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl marketin, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 86 sahibkara 620 min manat güzəştli kredit verilib. Kreditlər əsasən pambıqçılıq, heyvandarlıq, quşçuluqs. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılan pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilib. Ümumilikdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 milyon manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 250-dək kiçik və ortahəcmli pambıqçılıq təsərrüfatına 2,6 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manatmüasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.

Göründüyü kimi, sahibkarlara dövlət dəstəyi nəticəsində adamları bölgələrin inkişafında yaxından iştirak edirlər. Bunun nəticəsində regionlarda həm yeni müəssisələr, həm də xeyli sayda yerləri açılır.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 2 iyun.- S.8