Regionlarda özəl bölmənin inkişafına hərtərəfli dəstək göstərilir

 

2016-cı ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən əksəriyyəti bölgələrdə olmaqla 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilibyeni layihələr hesabına 3 mindən çox yerinin açılmasına imkan yaranıb

Azərbaycanın regionlarının davamlı və hərtərəfli inkişaf strategiyasında özəl bölmənin potensialının daha da artırılması mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında özəl bölmənin inkişafının təşviq edilməsinə, sahibkarlıq subyektlərinə texniki dəstək göstərilməsinə, onların maliyyə təminatının gücləndirilməsinə yönələn tədbirlərə geniş yer verilib. Zamanında respublikanın bütün bölgələrində iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən də özəl bölmənin inkişafının stimullaşdırılması bu gün etibarlı platforma qismində çıxış edərək ölkəmizin yeni qlobal çağırışlara yüksək dayanıqlılığına möhkəm təminat yaradır.

Azərbaycanda özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir

Respublikamızda Prezident İlham Əliyevin bəyan etdiyi “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından keçir” tezisinə uyğun olaraq dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Son bir ildə fond tərəfindən 5243 sahibkara 248,5 milyon manat güzəştli kredit verilib. Kreditlərin 40 faizi büdcə, 60 faizi isə qaytarılmış vəsaitlər hesabına verilib.

Respublikada sahibkarlığın inkişafına digər vasitələrlə dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. İnvestisiya imkanlarının təşviqi yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forumu, sərgi, “dəyirmi masa bu qəbildən olan digər tədbirlər keçirilib. Bəhs olunan tədbirlərdə ölkənin investisiya mühiti təqdim olunub.

Göründüyü kimi, ölkəmizdə özəl bölmənin inkişafına göstərilən dövlət qayğısı çoxşaxəlidir. Prezident İlham ƏliyevAzərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara böyük dəstək göstərildiyini nəzərə çatdıraraq deyib: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.

Təbii ki, yeni dövr yeni yanaşmalar tələb edir. Respublikamızda xarici mənfi təsirlər nəticəsində yaranan yeni şəraitdə sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi məqsədilə əlavə tədbirlər həyata keçirilir, müvafiq islahatlar aparılır. Dövlət başçısının müəyyənləşdirdiyi yeni iqtisadi kurs iqtisadiyyatın neftdənkənar sahələrinin, o cümlədən özəl bölmənin üstün inkişafının təmin edilməsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin ölkədə yaranmış yeni şəraitdə biznes mühitinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vergi bazasının genişləndirilməsi yolu ilə sahibkarların vergi yükünün azaldılması, qeyri-formal iqtisadiyyatın leqallaşdırılması ilə bağlı müəyyənləşdirdiyi hədəflər xüsusi aktuallıq daşıyır. Dövlət başçısının ölkədə biznes mühitinin yaxşılaşdırılmasına hesablanan başqa bir tələbi gömrük rəsmiləşdirilməsinin bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılması, inhisarçılığın qarşısının alınması ilə bağlıdır. Bundan başqa, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmətmərkəzlərində verilməsinə başlanılıb.

Davamlı dövlət qayğısı özəl bölmədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib

Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 12 ildə ölkə üzrə məşğulluqda vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.

Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun bütövlükdə regionların inkişafında mühüm rol oynadığını ayrıca qeyd etmək lazımdır. Sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalılb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər rayonların sayı 6-ya çatıb. Ümumiyyətlə, son 12 ildə ölkə üzrə sahibkarlara verilən kreditlərin 78 faizi, açılan yerlərinin isə 81 faizi regionların payına düşüb.

Ölkəmizdə yaradılan aqrar-sənaye müəssisələri uğurla fəaliyyət göstərir. Son illərdə dövlətin güzəştli kreditləri hesabına əksəriyyəti regionlarda olmaqla 43 müasir quşçuluq 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına səbəb olub.

Azərbaycanda sahibkarlığın dəstəklənməsi sayəsində regionlarda yeni kənd təsərrüfatı sistemi formalaşmaqdadır ki, bu da istər bütövlükdə ölkənin iqtisadi inkişafı, istərsə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması baxımından çox önəmlidir. Regionlarda sahibkarlığın dəstəklənməsi dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin ölkəmizin aqrar sektorunda da geniş şəkildə tətbiqinə imkan yaradıb. Bu baxımdan respublikanın müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılması diqqətəlayiq haldır. Dövlət Torpaq Fondunun hesabına iri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlətimizin başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edir. Şəmkir Xaçmaz rayonlarında yaradılan aqroparklarda birinci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir.

Yeni iqtisadi şəraitdə regionlarda özəl bölmənin dəstəklənməsi daha intensiv hal alıb

Yeni iqtisadi şəraitdə ölkəmizin regionlarında sahibkarlara dəstək tədbirləri daha intensiv hal alıb. Ölkə miqyasında özəl bölmənin dəstəklənməsinin hüquqi bazasının möhkəmləndirilməsi ilə paralel surətdə, sahibkarlıq subyektlərinin maliyyə təminatının gücləndirilməsi istiqamətində intensiv tədbirlər həyata keçirilir. Sahibkarlığa Kömək Milli Fondu regionlarda sahibkarlığın inkişafının dəstəklənməsi tədbirləri çərçivəsində bölgələrdə ardıcıl surətdə işgüzar forumlar keçirir. Cari il iyunun 30-da Qazax rayonunun Qazaxbəyli kəndində keçirilən işgüzar forumda Qazax ətraf rayonlardan olan 65 sahibkara 8 milyon manat güzəştli kredit verib. Bu kreditlərin reallaşdırılması hesabına 400-dən çox yeni yerinin açılması mümkün olacaq.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev deyib ki, 2016-cı ilin ötən dövrü ərzində 1252 sahibkara 71,6 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3 mindən çox yeni yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5914 investisiya layihəsinin maliyyələşdirilməsinə 220,7 milyon manat güzəştli kredit verilib.

Sahibkarlığa Kömək Milli Fondunun cari il iyun ayının son ongünlüyündə Lerik rayonunun Anbu kəndində keçirdiyi işgüzar forumda isə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 59 sahibkara 516 min manat güzəştli kredit verilib. Bu kreditlər, əsasən, heyvandarlıq, arıçılıq, çörək istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 80-ə yaxın yeni yerinin açılması mümkün olacaq. Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lerik rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq arıçılıq təsərrüfatlarının, pendir, şirniyyat məhsullarının istehsalı, meyvə balın sənaye üsulu ilə emalı qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütün hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 8 iyul.- S.7