Vətən və xalq qarşısında fədakar xidmət nümunəsi

General Arif Heydərovun həyat və fəaliyyəti oxuculara yeni nəşrdə təqdim olunur

Elə tarixi şəxsiyyətlər, ictimai və dövlət xadimləri var ki, onların həyat və fəaliyyəti nəinki bu insanları yetirən el-obaya, həm də bütöv bir xalqa nümunə olur. Belə şəxsiyyətlərdən biri də Azərbaycanın görkəmli dövlət xadimi, 1970-1978-ci illərdə respublikanın daxili işlər naziri işləmiş, nəcib, xeyirxah insan kimi hamının böyük ehtiramını qazanmış general-leytenant Arif Nəzər oğlu Heydərovdur.

AZƏRTAC xəbər verir ki, bu görkəmli insanın anadan olmasının 90 illiyinə həsr edilmişGeneral Arif Heydərov” kitabı bu günlərdə çapdan çıxıb.

Kitabda toplanmış xatirələrin ümumi məzmununu bir cümlə ilə belə ifadə etmək olar: Mahir kəşfiyyatçı, bacarıqlı diplomat, dönməz siyasi əqidəyə malik peşəkar çekistnazir, ləyaqətli vətəndaş və şəxsiyyət.

Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirən general Arif Heydərov alman, ingilis, türk, fars dillərinin mahir bilicisi idi. İkinci Dünya müharibəsinin iştirakçısı olan Arif Heydərov Berlinə hücum əməliyyatında iştirak edib, 1945-1947-ci illərdə Polşada Almaniyada müttəfiqlərin qoşun heyətində kəşfiyyat işində çalışıb.

1949-1970-ci illərdə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin kəşfiyyat şöbəsində işləyib. Bu dövrdə operativ tapşırıqlarla əlaqədar dəfələrlə xarici ölkələrə gedib uzun müddət Almaniya Demokratik Respublikasında Türkiyədə daimi işdə çalışıb. Səkkiz il - 1970-1978-ci illərdə Azərbaycanın daxili işlər naziri olub. “Qırmızı Bayraq”, “Şərəf nişanıordenləri bir çox medallarla təltif edilib. 1978-ci il iyunun 29-da Bakıda başında faciəli şəkildə həlak olub.

General-leytenant Arif Heydərov haqqında danışarkən bir məqam xüsusi vurğulanmalıdır. Bu da onun Ümummilli lider Heydər Əliyevin yüksək etimad göstərdiyi inandığı rəhbər kadrlardan biri, sadiq silahdaşı məsləkdaşı, eyni zamanda, yaxın dostu olmasıdır. Kitab Ulu öndər Heydər Əliyevin 1996-cı il iyunun 28-də generalın anadan olmasının 70 illiyinə həsr olunmuş təntənəli tədbirdəki nitqi ilə açılır. Ulu öndər Heydər Əliyev general haqqında deyirdi: “Arif Heydərov mənim üçün sevimli bir insan idi... Arif Heydərov mənim yoldaşım, dostum olubdur, tutduğum yüksək vəzifələrdə mənim silahdaşım olubdur. Mən ona çox inanırdım, etibar edirdim, onun fəaliyyətini çox yüksək qiymətləndirirdim. Ona görə mən Azərbaycanda rəhbər olarkən o, mənim əsas dayaqlarımdan biri idi. Deyə bilərəm ki, əvvəl dövlət təhlükəsizliyi orqanlarında olduğu kimi, Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrdə - 8 il müddətində çox fədakarcasına çalışdı, çox işlər gördü... Ona verilən adlara, rütbələrə, ordenlərə, medallara o, tam layiq idi öz sədaqətli işi, saf əməlləri ilə bunların hamısını almağa haqq qazanmışdı. Mən qeyd etdim ki, Arif Heydərov bir insan kimi çox sadə, təvazökar yaxşı yoldaş idi”.

Həmçinin kitabda general Arif Heydərovun əqidə dostlarının yoldaşlarının xatirələri dolğunluqla öz əksini tapıb. GeneralınƏlavə izlərbədii filmi üçün yazdığı ssenari olduğu kimi kitaba daxil edilib. Nəşrdə general-leytenant Ziya Yusifzadənin “O anadan çekist doğulmuşdu”, Eldar HəsənovunMənim tale bələdçim”, sabiq daxili işlər naziri Cəfər VəliyevinMöhkəm əqidə”, general-mayor Tofiq AslanovunLəyaqət nümunəsi”, polis polkovniki Fətulla HüseynovunNazirimiz, iftixarımız”, polkovnik Maqsud MəmmədovunDostum haqqında xatirələr”, əməkdar jurnalist İradə ƏliyevanınKəşfiyyatçı. Diplomat. Nazir”, yazıçı Çingiz AbdullayevinArif Heydərovun xatirəsinə başqa yazılar fədakar insanın həyat yoluna fəaliyyətinə işıq tutur. Tanınmış çekistin övladı Murad Heydərovla müsahibədə oxucular general Arif Heydərovun həyat fəaliyyətinin maraqlı məqamları ilə tanış olacaqlar.

Kitabdakı acılı-şirinli xatirələri oxuduqca göz önündə general Arif Heydərovun Vətən və xalq qarşısındakı fədakar xidmətləri bir daha canlanır, bu böyük şəxsiyyət, sanki, roman qəhrəmanına çevrilir.

 

Mübariz Abdullayev,

Yeni azərbaycan.- 2016.- 6 iyun.- S.8