28 May - Respublika Günü Londonda təntənəli
şəkildə qeyd
olunub
Azərbaycanın Böyük Britaniyadakı
səfirliyi Londonda 28
May - Respublika Günü
münasibətilə rəsmi
ziyafət təşkil
edib.
İngiltərə-Azərbaycan Cəmiyyətinin
Azərbaycan tərəfindən
həmsədri, M.V.Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.
Britaniyanın dövlət və hökumət nümayəndələri,
Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
Britaniya ictimaiyyətinin,
Azərbaycan və türk icmalarının nümayəndələri də
mərasimə qatılıblar.
Əvvəlcə azərbaycanlı skripkaçı
Səbinə Rakçayevanın
ifasında Azərbaycanın
və Britaniyanın dövlət himnləri səsləndirilib.
Sonra çıxış
edən Azərbaycanın
Böyük Britaniyadakı
səfiri Tahir Tağızadə 1918-ci ilin
bu günündə Azərbaycan xalqının
öz müstəqilliyini
elan etdiyini və müsəlman Şərqində ilk demokratik
respublikanın ölkəmizdə
qurulduğunu bildirib. Uzun illər
SSRİ-nin tərkibində
olmasına baxmayaraq, dövlətçilik ənənəsini
itirməyən Azərbaycan
xalqının 1991-ci ildə
Sovetlər Birliyinin dağılması ilə
yenidən öz müstəqilliyinə qovuşduğu
və ölkəmizin
dünya birliyinin bərabərhüquqlu üzvünə
çevrildiyi diqqətə
çatdırılıb.
Ölkəmizin iqtisadi, sosial, siyasi münasibətlərindən
danışan səfir
Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu gün Azərbaycanın dünyada sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoq üzrə tanınmış mərkəzə
çevrildiyini qeyd edib. Ənənəvi olaraq
keçirilən Bakı
Beynəlxalq Humanitar Forumunun dünyada hökm sürən humanitar böhrana fərqli yanaşmaları
ümumiləşdirmək, yeni həll yolları tapmaq və beynəlxalq birliyin həmrəyliyinə
nail olmaq baxımından
önəmi diqqətə
çatdırılıb. Cari ilin
aprelində Bakıda
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçirildiyi vurğulanıb.
Ölkəmizin bir çox mötəbər tədbirlərə
ev sahibliyi etdiyini diqqətə çatdıran diplomat “Bakı-2015” birinci Avropa Oyunlarını və bu ilin iyununda
paytaxtımızda keçiriləcək
“Formula-1” yarışını nümunə kimi göstərib.
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli
münasibətlərdən söhbət açan T.Tağızadə xüsusilə
enerji sahəsində əməkdaşlığın yüksək səviyyədə
olduğunu vurğulayıb. Ölkələrimiz arasında siyasi, hərbi, təhlükəsizlik
məsələlərinin, beynəlxalq təşkilatlar
çərçivəsində əməkdaşlığın daha da inkişaf
etdirilməsinin prioritet
olduğunu bildirib.
O, Böyük Britaniya
Baş nazirinin ticarət elçisinin Azərbaycandakı fəaliyyətini
yüksək qiymətləndirib.
Britaniyanın ölkəmizə yeni təyin olunmuş səfirinə fəaliyyətində uğurlar
arzu edib.
Diplomat qeyd edib ki, artıq qeyri-enerji sektorunda əməkdaşlığın inkişafı üçün
də geniş imkanlar mövcuddur. Hazırda Azərbaycanda
qeyri-enerji və sənaye sahələrinin
sürətli inkişafı
diqqət mərkəzindədir.
Britaniya ilə Azərbaycan arasındakı ikitərəfli
münasibətlərin bütün
sahələrdə sürətlə
genişləndiyini diqqətə
çatdıran T.Tağızadə
bu əlaqələrin
inkişafına dəstək
verən şəxslərin
fəaliyyətinin əvəzedilməz
olduğunu deyib. Birləşmiş Krallıqda professor Nərgiz
Paşayevanın təşəbbüsü
ilə Azərbaycan və Qafqaz bölgəsini öyrənən
Britaniya Fondunun yaradılmasını və
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə açılan sənət
qalereyasını nümunə
göstərib.
Britaniyada fəaliyyət göstərən
İngiltərə-Azərbaycan Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti
kimi təşkilatların
əlaqələrimizin inkişafındakı
əvəzsiz xidmətlərindən
bəhs edilib. İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrləri professor Nərgiz
Paşayevaya və
Lord Germana, Avropa Azərbaycan Cəmiyyətinin
rəhbəri Taleh Heydərova minnətdarlıq
ifadə olunub.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
məlumat verən səfir ölkəmizin bu füsunkar guşəsinin 23 ildir işğal altında olduğunu deyib. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olan Qarabağın tarixi, mədəniyyəti, təbiətinin
heyrətamiz olduğunu
vurğulayan T.Tağızadə
məhz bu bölgəyə xas olan atlarla Britaniya
Kraliçası II Elizabetin
90 illik yubiley tədbirlərində nümayiş
etdirilən möhtəşəm
şou haqqında danışıb.
Britaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Mərkəzi Asiya İdarəsinin direktoru Maykl Tethem çıxış
edərək ikitərəfli
münasibətlərimizin yüksələn
xətlə inkişaf
etdiyini diqqətə çatdırıb.
Qeyd edilib ki, Britaniya Azərbaycanın
ən böyük investorlarındandır. Britaniya şirkətlərinin
Azərbaycanda fəaliyyət
göstərməyə böyük
maraqları var. Cari ilin fevralında Britaniya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
ilk iclasında bütün
sahələrdə əməkdaşlığın
və gələcək
perspektivlərin geniş
müzakirə olunduğu
vurğulanıb. Britaniya XİN rəsmisi əlaqələrimizin
sadəcə enerji deyil, digər sahələrdə də sürətlə genişləndiyinin
sevindirici hal olduğunu vurğulayıb.
Bildirilib ki, Britaniya şirkətləri
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin təşkilatçılığında
bu ölkə ilə sıx əməkdaşlıq edir.
M.Tethem qeyd edib ki,
münasibətlərimizin daha
da inkişafı üçün böyük
potensial mövcuddur və Britaniya hökuməti Azərbaycan
ilə əlaqələrin
genişləndirilməsində maraqlıdır.
Milli Məclisin
deputatı, Azərbaycan-Böyük
Britaniya parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkələrimizin
parlamentlərarası münasibətlərindən
danışıb. Bildirilib ki,
Birləşmiş Krallıq
Avropada Azərbaycanın
müstəqilliyini tanıyan
ilk dövlətlərdən biri olub. Ölkəmiz 1991-ci ildə müstəqilliyini
bərpa etdikdən sonra Britaniya ilə Azərbaycan parlamentləri arasındakı
münasibətlər yeni
mərhələsinə qədəm
qoyub. Bütün sahələrdə olduğu kimi, parlamentlərarası münasibətlərimizin
də bundan sonra daha da
inkişaf edəcəyinə
əminlik ifadə olunub.
Sonda tədbir
iştirakçıları Azərbaycanın milli
ornamentləri, suvenirləri ilə bəzədilmiş stendi ziyarət ediblər. Stenddə ölkəmizin
iqtisadi, sosial
inkişafı və turizm imkanlarından
bəhs edən kitablar da
nümayiş olunub. Bundan başqa, Azərbaycanın
qədim tarixi, zəngin mədəniyyəti,
özünəməxsus memarlığı, füsunkar
təbiəti, son illər əldə etdiyi sosial-iqtisadi nailiyyətlər
barədə sənədli film nümayiş etdirilib.
Yeni Azərbaycan.-
2016.- 1 iyun.- S.5