Regionlarda yay turizm mövsümünə hazırlıqla bağlı müxtəlif tədbirlər keçirilir

 

Mütəxəssislər hesab edirlər ki, respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artacağını söyləməyə əsas verir

Məlum olduğu kimi, hazırda bir çox ölkələrin milli inkişaf strategiyalarında turizm sahəsinin xüsusi yerirolu var. Bu sahədən əldə olunan gəlirlər iqtisadi inkişaf proqramlarında mühüm mənbələrdən biri kimi nəzərdə tutulur. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Prezident İlham Əliyev Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edibbu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, florafauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ilielan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Respublikamızda turizm potensialı paytaxt Bakı ilə yanaşı, şimal, şimal-qərb, cənub və qərb bölgələrində inkişaf etdirilir.

Azərbaycan dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biridir

Ölkəmizdə turizmin inkişafı ilə bağlı həyata keçirilən təşkilati tədbirlər, bu sahədə qanunvericilik bazasının müasir dünya standartları nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycanı nəinki regionda, hətta dünya miqyasında turizmin sürətlə inkişaf etdiyi ölkələrdən biri səviyyəsinə yüksəldib. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqust tarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Bu uğur Azərbaycanın özünü turizm ölkəsi kimi təsdiqləməsinin, qlobal miqyasda respublikamızın turizm reytinqinin artmasının ifadəsidir. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır. 2009-cu ildə Azərbaycan Turizm Assosiasiyasının yaradılması ölkəmizdə turizmin inkişafına yeni təkan verib. Qurum turizm şirkətlərini birləşdirir, onların fəaliyyətini əlaqələndirir. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. Yüksək dövlət qayğısı sayəsində respublikamızda turizmin qeyri-neft sektorunun mühüm istiqamətlərindən biri kimi sürətlə inkişaf etməsini 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2015-ci ildə onların sayı 42-yə çatıb. Ötən il bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edib. Qeyd edək ki, Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi Dünya Turizm Təşkilatı, Beynəlxalq Turizm Sərgiləri Assosiasiyası tərəfindən dəstəklənir ki, bu da sərginin beynəlxalq əhəmiyyətindən xəbər verir.

Mütəxəssislər hesab edirlər ki, respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artacağını söyləməyə əsas verir. Belə ki, son bir neçə ildə dünyadaAvropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub.

Yüksək səviyyəli infrastruktur təminatı bu sahənin inkişafına mühüm təkan verir

Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Buna görə də turizm sahəsində dövlət siyasətində hər bölgənin turizm sahəsində potensialı və ənənələri əsas götürülməklə müvafiq infrastruktur qurulmasına diqqət yetirilir. Başqa sözlə desək, ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində respublikamızın regionlarında Şahdağ, Naftalan, Duzdağ kimi dünya səviyyəli turizm obyektlərinin olduğuna diqqət çəkib. Son illərdə ölkəmizdə turizmin inkişafında diqqətəlayiq uğurların qazanılmasından məmnunluğunu ifadə edən dövlət başçısı ölkəyə çoxlu sayda turistin gəlməsinə nail olmaq üçün daha fəal işləmək lazım gəldiyini vurğulayıb. Ölkənin regionlarında müxtəlif turist marşrutları üzrə geniş infrastruktur qurulmasından söhbət açarkən dünya miqyasında məşhur brend hotellərin tikintisini ayrıca vurğulamaq gərəkdir. Ölkəmizdə mehmanxanamehmanxana tipli obyektlərin sayı 2003-cü illə müqayisədə 5,4 dəfə artaraq 500-ü ötüb ki, onların da böyük əksəriyyəti regionlarda yerləşir.

Regionlarda müxtəlif mədəni tədbirlər, idman yarışları, əyləncəli oyunlar və maraqlı diskussiyalar təşkil edilir

Artıq regionlarda yay turizm mövsümünə hazırlıq işlərinə start verilib. Bu məqsədlə bir sıra rayon və şəhərlərdə iməciliklər təşkil edilib, turizm imkanları geniş olan bölgələrdə yol-nəqliyyat və digər sosial infrastrukturun yenilənməsi işləri görülüb. Eyni zamanda, turizmin təşviqi məqsədilə müxtəlif mədəni tədbirlər, idman yarışları və digər əyləncəli oyunlar və maraqlı diskussiyaların təşkili də yay mövsümünə hazırlıq proqramının tərkib hissəsini təşkil edir. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, yay turizm mövsümünə hazırlıqla bağlı nazirliyin tədbirlər planına uyğun olaraq, respublikanın 8 şəhər və rayonunda, həmçinin Bakı şəhərində yeni pilot-layihənin icrasına başlanılıb. Tədbirlər planına əsasən, iyun-avqust aylarında Şəki şəhəri, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarında əvvəlcədən razılaşdırılmış məkanlarda yerli sakinlər və turistlər üçün hər gün xüsusi mədəni proqramların təşkil edilməsi nəzərdə tutulur. Layihə çərçivəsində iyunun 4-də Qax şəhərindəki Rəsm Qalereyasının qarşısında həvəskar rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət ilk satış-sərgi təşkil edilib. Sərgiyə yerli sənətkarların iki yüzə yaxın rəsm əsəri və əl işləri çıxarılıb. Sərginin açılışında iştirak edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirib ki, belə tədbirlərin açıq havada keçirilməsində əsas məqsəd daha çox insan, turist cəlb etməkdir. Çünki qapalı məkanlara turistlər o qədər də maraq göstərmirlər. Bildirilib ki, mədəni proqramlar yalnız sərgilərlə məhdudlaşmayacaq. Qonaqlar, turistlər rayonun, bölgənin milli musiqisi, folkloru, mətbəxi ilə də yaxından tanış ola biləcəklər. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sənətə yenicə qədəm qoyan balaca rəssamlar da sərgidə öz bacarıqlarını nümayiş etdiriblər.

Bundan başqa, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışı keçirilib. Yarışda müxtəlif idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 30-dan çox ailə komandası mübarizə aparır. İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində mübarizə aparırlar. Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, həm də ailənin ən kiçik üzvlərinin də çevikliyi vacibdir.

Lənkəranda isə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları təmizlik aksiyası keçiriblər. Aksiya Xəzər dənizi sahilində tullantılarla çirkləndirilmiş ərazilərdə həyata keçirilib. Aksiya zamanı sahilboyu ərazilər tullantılardan təmizlənib. Qeyd edək ki, bu, 1 saylı ərazi üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən artıq ikinci belə bir aksiyadır. İlk aksiyaYer Günü” ilə bağlı təşkil olunub və təmizlik aksiyasına ümumtəhsil məktəblərinin şagirdləri cəlb ediliblər.

Şöbənin baş məsləhətçisi Afiq Məlikov bildirib ki, qarşıdan turizmyay mövsümü gəlir. Dənizin sahilboyu əraziləri həm yerli, həm də əcnəbi turistlər tərəfindən ən çox ziyarət ediləcək yerlərdən biri olacaq. Məhz buna görə də qərara aldıq ki, iməciliyi bu ərazidə təşkil edək.

Ölkəmizin səfalı guşələrindən biri olan Xəzər dənizi və Talış dağları ilə əhatələnən Masallıda isə rayonun turizm obyektləri və istirahət mərkəzləri yeni mövsümdə turistləri qəbul etməyə artıq tam hazırdır. Masallı xüsusilə müalicəvi turizmi ilə turistlərin sevimli məkanına çevrilib. Rayon həm termal, həm də soyuq mineral bulaqlarla, bəzi yerlərdə isə tərkibində kükürd və digər elementlərin olduğu bulaqlarla zəngindir.

Ötən il ölkəmizdə ilk Avropa Oyunlarının keçirilməsinin turizm sektoruna müsbət təsir etdiyini bildirən yerli sahibkarlar qeyd ediblər ki, Bakıda keçiriləcək “Formula-1” yarışları da bölgəyə turist axınına müsbət təsir göstərəcək.

Qeyd edək ki, Masallının turizm obyektlərində birotaqlı kotteclər müştərilərə 25-30 manata, üçotaqlı kotteclər isə 40-45 manata təklif edilir. Bu xidmətə səhər yeməyi də daxildir. Kəndlərdə fərdi evlər isə daha ucuz qiymətə təklif olunur. İstirahət günlərində turistlər üçün rayonun görməli yerlərinə gəzintilər də təşkil edilir.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2016.- 8 iyun.- S.8