Modelyer Gülnarə Xəlilovanın geyimlərindən ibarət kataloqun təqdimatı keçirilib

 

Ötən gün tanınmış modelyer, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Gülnarə Xəlilovanın geyimlərindən ibarət kataloqun təqdimatı keçirilib. “RİTZ” restoranında təşkil olunan tədbirdə millət vəkilləri, Bakıda akkreditə olunan diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri iştirak ediblər. Qeyd olunub ki, “Azərbaycan Milli Geyim Mərkəzi”nin və “Gülnarə Xəlilova MODA EVİ”nin təsisçisi və rəhbəri olan G.Xəlilova indiyədək bir sıra milli və beynəlxalq sərgilərin iştirakçısı olub. Uzun illər ərzində milli və beynəlxalq müsabiqə və festivallarda bir çox nüfuzlu mükafatlarla təltif olunub. Onun kolleksiyaları Rusiya Federasiyası, Birləşmiş Krallıq, Misir, Türkiyə, Çin kimi ölkələrdə müvəffəqiyyətlə təqdim olunub. Gülnarə Xəlilovanın milli geyim kolleksiyalarının nümunələri Misirin İsgəndəriyyə kitabxanasında, ABŞ və Avropanın müxtəlif şəhərlərində, bir sıra məşhur xarici müğənni, aktyorictimai xadimlərin şəxsi kolleksiyasında, mədəniyyət mərkəzlərində saxlanılır. O həmçinin kinematoqrafiyateatrda olan fəaliyyəti ilə də tanınır. Bundan əlavə, Gülnarə Xəlilova bir neçə kitab və dərsliklərin də müəllifidir.

Ümumiyyətlə, hər bir modelyerin öz siması var. Onun əl işlərinə baxdıqca belə qənaətə gəlmək olur ki, öz yaradıcılıq fikirlərini Gülnarə Xəlilova bir qayda olaraq, yumşaq, plastik siluet əmələ gətirən incə parçalar üzərində həyata keçirməyə üstünlük verir. Modelyer hər zaman milli geyimi müasir dizaynda təqdim etməyə çalışır, klassikanı müasir üslubla birləşdirməyə can atır. Onun yaratdığı qadın gözəlliyi idealını Azərbaycan qadınının müasir surəti təşkil edir. Gülnarə Xəlilovanın libaslarının palitrası da müxtəlifdir - incə, pastel tonlardan tutmuş qalın dolğun rənglərədək. Odur ki, onun milli üslubda olan kolleksiyaları bu gün incəsənət ustaları tərəfindən sevə-sevə geyilməkdədir.

Gülnarə Xəlilovanın ən böyük arzusu isə, özünün qeyd etdiyi kimi, “Azərbaycanın Milli Geyim Günü”nün keçirilməsi ilə bağlıdır. Modelyer 2006-cı ildən bu təşəbbüslə çıxış edir bu arzusunun bir gün reallaşacağına əmindir. Hazırda milli geyimlərimizə diqqət çox böyükdür. İncəsənət nümayəndələri, elə gənclərimiz bu geyimləri böyük həvəslə geyirlər. Elə, əslində, bu kataloqu hazırlamaqda əsas məqsədimiz milli geyimlərimizə olan bu həvəsi, bu diqqət qayğını daha da yüksəltməkdən ibarətdir. Bu, bizim ilk işimiz olsa da, sonuncu olmayacaq. Kataloqun ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdaram. Kataloqa daxil edilən geyimlərdə modelyer kimi çıxış etmiş Əməkdar artist Tünzalə Ağayeva mərhum ziyalımız Anar Məmmədxanlının qızı Məryəmə dərin təşəkkürümü bildirirəm”, - deyə Gülnarə Xəlilova vurğulayıb.

Tədbirdə çıxış edən Ailə, Qadın Uşaq məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkili Qənirə Paşayeva Gülnarə Xəlilovanın yaradıcılığına nəzər salıblar, onun geyimlərinin həmişə dəbdə olmasını vurğulayıblar.

Milli Məclisin üzvü, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu isə çıxışında Gülnarə Xəlilovanın yaradıcılığının gənc nəslin zövqünün formalaşmasında mühüm rol oynadığını bildirib. Hər bir xalq öz milli-mənəvi yaddaşı qədər mövcuddur. Biz o vaxt milli oluruq ki, öz milli-mənəvi dəyərlərimizin daşıyıcısı oluruq. O vaxt biz böyük oluruq ki, öz tariximizi, milli kimliyimizi bilirik. Bizim milli kimliyimizi formalaşdıran vasitələrdən biri milli adət-ənənələrimiz, milli düşüncəmiz milli geyimlərimizdir. Burada milli geyimlərimiz çox müasir üslubda təqdim olunur. İkincisi isə, rənglər arasında o qədər ahəngdarlıq harmoniya var ki, sanki bu rənglər insanın ruhunu, göz zövqünü oxşayır. Biz qədər bu dəyərlərimizə sahib çıxacağıqsa, bir o qədər uğur qazanacağıq. Düşünürəm ki, Gülnarə xanımın bu sənəti milliləşmə yolunda, milliləşmə üzərində yeni modern dəyərləri qəbul etməklə, yeni azərbaycançılıq zövqünün formalaşmasında böyük bir addımdır”, - deyə Hikmət Babaoğlu vurğulayıb.

Tanınmış modelyer Fəxriyyə Xələfova digər çıxışçılar da Gülnarə Xəlilovanın yeni kolleksiyasının çox uğurlu alındığını qeyd etməklə, ona gələcək işlərində uğurlar arzulayıblar.

Səlim LOĞMANOĞLU

Yeni Azərbaycan.- 2016.- 17 iyun.- S.6