BANM-də “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib

 

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in müəllim və tələbələri ilə görüşüonun elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin bu ali təhsil müəssisəsinin foyesindəki büstü önünə gül dəstələri düzülüb.

Tədbirdə BANM-in rektoru Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyev 2016-cı ili ölkədə “Multikulturalizm ilielan edib. Bu, olduqca mühüm hadisədir və yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət daşıyır. 2016-cı ilinMultikulturalizm ilielan olunmasının dünya ictimaiyyətinə bir çağırış olduğunu söyləyən E.Qasımov ölkəmizdə müxtəlif dini konfessiyaların nümayəndələrinin mehriban yaşadıqlarını, onların dilinə, dininə, mədəniyyətinə xalqımız tərəfindən dəyər verildiyini vurğulayıb. Bu sahədə böyük işlərin görüldüyünü, BANM-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə bir sıra tədbirlər keçirdiyini diqqətə çatdıran rektor bunun davamlı olacağını bildirib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizmdini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışıb. Vurğulanıb ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ilielan edilməsi tolerantlığın Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, demokratik dəyərə çevrildiyini bir daha təsdiqləyir. K.Abdullayev Prezident İlham Əliyevin Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasına yönələn çoxcəhətli siyasətindən söz açıb. Bu sahədə Ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Bildirib ki, Ulu öndərin təşəbbüsü ilə bu məsələ hüquqi sənədlərdə, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapıb. Multikulturalizm siyasətinin əsasını təşkil edən tolerantlıq prinsipi Azərbaycan Konstitusiyasının bir sıra maddələrində aydın təsbit olunub.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının əhəmiyyətindən danışan akademik bu əsərdə klassik şair və yazıçılarımızın yaradıcılığına fərqli yanaşmanın olduğunu, nəşrin mövzu aktuallığı ilə seçildiyini diqqətə çatdırıb.

K.Abdullayev sualları cavablandırıb, müəllifi və redaktoru olduğu kitabları BANM-in kitabxanasına və tələbələrə hədiyyə edib.

Sonda akademik K.Abdullayevə BANM-in “Fəxri qonaqdiplomu təqdim olunub.

Yeni Azərbaycan.- 2016.- 1 mart.- S.6