Ardıcıl olaraq həyata
keçirilən infrastruktur layihələri regionların hərtərəfli
inkişafına təkan verib
Bu inkişafı cənub
bölgəsinin timsalında da aydın görmək
mümkündür
Öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan dünyanın əksər ölkələri üçün nümunə təşkil edir. Buna səbəb isə düşünülmüş və ardıcıl surətdə islahatarın həyata keçirilməsi, ölkənin ümumi tərəqqisini təmin edən Dövlət proqramlarının uğurla reallaşdırılmasıdır. Məhz bu kontekstdə 2015-ci il də bütövlükdə ölkəmiz üçün uğurlu il olub. Əvvəlki illərdə olduğu kimi ötən il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı işlər görülüb, ölkəmizin dinamik inkişafı təmin edilib. Ötən il ölkə iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edib, sosial layihələrin icrası təmin olunub. Yeri gəlmişkən, Azərbaycan dünyada iqtisadi artım tempinə görə sürətlə inkişaf edən ölkələrdən biri olmaqla beynəlxalq maliyyə qurumlarının da diqqət mərkəzindədir. Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycan Respublikasının regionda lider dövlətə çevrilməsi, bütün istiqamətlərdə sürətli inkişafın davam etməsi, öz növbəsində, ölkəmizin hər yerində tikinti-quruculuq və abadlıq işlərinin həyata keçirilməsinə, əhalinin sosial rifah halının daha da yüksəlməsinə geniş imkanlar açıb. Qəbul edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları üzrə ardıcıl olaraq həyata keçirilən layihələr isə şəhər, qəsəbə və kəndlərimizin abadlaşması ilə nəticələnib.
Bir sözlə, ölkəmizdə ardıcıl olaraq həyata keçirilən infrastruktur layihələri regionların hərtərəfli inkişafına təkan verib və bu inkişafı cənub bölgəsinin timsalında da aydın görmək mümkündür. Hər halda sözügedən regionun əhatə olunduğu rayonlarda, o cümlədən Astarada ötən il ərzində əldə edilən nailiyyətlər də belə deməyə əsas verir. Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, 2015-ci ilin ən yaddaqalan hadisələrindən biri Prezident İlham Əliyevin aprelin 11-də Astaraya növbəti səfəri olub. Səfər zamanı dövlətimizin başçısı 12 min nəfər əhalinin yaşadığı və 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun açılışını edib, müasir tələblər səviyyəsində qurulan, şəhərə xüsusi yaraşıq verən dənizkənarı park-bulvar kompleksi və “Astaraçay” MMC-nin çay emalı fabrikində yaradılan şəraitlə tanış olub, ictimaiyyət nümayəndələri ilə görüşüb.
Dövlət başçısı səfərdən sonra Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, 12 min nəfər əhalinin yaşadığı və 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi ilə bağlı Sərəncam imzalayıb.
Ümumiyyətlə, 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında müəyyən edilmiş tədbirlərə müvafiq olaraq, ötən il Astara rayonunda bir sıra infrastruktur layihələri reallaşdırılıb. Belə ki, hesabat ilində 360 şagird yerlik Artupa kənd tam orta məktəbinin tikintisi yekunlaşıb, 860 şagird yerlik Astara şəhər 2 nömrəli tam orta məktəb binasının əsaslı təmiri, Sım kənd tam orta məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması davam etdirilib, ucqar dağlıq əraziləri əhatə edən, mürəkkəb relyef şəraitində yerləşən Taxtanakəran-Toradi avtomobil yolunun tikintisinə start verilib. Ötən il Pensər çayı üzərində 2 avtomobil körpüsü tikilib istifadəyə verilib, Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsinə başlanılıb.
Rayon ərazisindəki avtomobil yollarının təmiri, abadlaşdırılması istiqamətində atılan addımlar çərçivəsində Kijəbə-Burzuband avtomobil yoluna, Siyaku kənddaxili yollarına, Rüdəkənar kənddaxili yollarına asfalt salınıb. Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində Siyaku-Marzəsəy, Sığəkəran və Siyakeş kənd avtomobil yollarına çınqıl materialı döşənib, kəndlərarası yollarda müxtəlif texnikalarla hamarlama işləri aparılıb. Pensər çayının Şəmətük kəndindən keçən hissəsində uzunluğu 18 metr, Şiyəkəran kəndindən keçən hissəsində isə uzunluğu 45 metr olan avtomobil körpüləri tikilib istifadəyə verilib.
Rayon sakinlərini illərdən bəri narahat edən əsas problemlərdən biri də Astara şəhərinin əhalisinin içməli su ilə təminatının olmaması idi. Və 2015-ci ildə “Azərbaycan Respublikası regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Xanbulançay su anbarından Astara şəhərinə içməli su xəttinin çəkilməsi ilə əhalinin bu narahatçılığına son qoyulacaq. Magistral su xəttinin 8 km hissəsində işlər tamamlanıb, hazırda burada xətt tikintisi davam etdirilir.
Ötən il rayonun qaz təchizatının yaxşılaşdırılması sahəsində işlər davam edib, əvvəlki illərdə qaz almayan, ümumi abonent sayı 827 olan Çayoba və Tüləküvan kəndlərinin qazlaşdırılması təmin edilib. 2015-ci il ərzində rayon üzrə ümumilikdə 1424 evin qazlaşdırılması həyata keçirilib.
Eyni zamanda, rayonun elektrik xətt təsərrüfatının yaxşılaşdırılması istiqamətində işlər çərçivəsində ayrı-ayrı yaşayış məntəqələrində müxtəlif gücdə olan transformator və naqillər yenilənib, dəmir dayaqlar basdırılıb.
2015-ci ildə rayon Telekommunikasiya qovşağı tərəfindən əhaliyə göstərilən rabitə xidmətinin həcmi 730 min manat təşkil edib. İl ərzində bir sıra yaşayış məntəqələrinin kabel xətlərində təmir işləri aparılıb, telefon rabitəsinin dayanıqlılığı əsasən təmin edilib.
2015-ci ilin “Kənd təsərrüfatı ili” olması ilə əlaqədar rayonda aqrar sahənin inkişafına diqqət daha da artırılıb. Rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 253 min manat dəyərində güzəştli kreditlər verilib. 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 105 min manat subsidiya verilib, fermer təsərrüfatlarına və fiziki şəxslərə 501 ton mineral gübrə güzəştli şərtlərlə satılıb.
Rayonda yaradılmış çayçılıq təsərrüfatlarının ərazisi genişləndirilərək 343 hektara çatdırılıb. Bunun 192 hektarını məhsuldar, 151 hektarını isə cavan çay sahələri təşkil edir. Bütün çay plantasiyalarına lazımi aqrotexniki xidmətlər göstərilərək, mineral və üzvi gübrələr verilib, suötürücü kanallar təmizlənib. Ümumilikdə rayon üzrə 421 ton yaşıl çay yarpağı yığılaraq emal müəssisələrinə təhvil verilib.
Rayonda çəltikçiliyin inkişafı istiqamətində də müəyyən işlər görülüb. 65 hektar sahədə çəltik əkini aparılıb, 254 ton məhsul əldə edilib. 86 hektar buğda, 517 hektar paxlalı bitkilər, 234 hektar qarğıdalı, 1351 hektar kartof, 2727 hektar faraş tərəvəz, 916 hektar dənli bitkilər, 539 hektar bostan bitkiləri, 1124 hektar sahədə yonca əkilib.
2015-ci ildə iribuynuzlu mal-qaranın sayı 46
min 900 baş, xırdabuynuzluların sayı 28 min 600 baş
olub. 3723 ton diri çəkidə
ət, 30 min 150 ton süd, 25 ton yun, 11 milyon 400 min ədəd
yumurta istehsal olunub.
Rayonda suvarma əsasən açıq kanallar vasitəsilə
aparılır. İl ərzində ümumilikdə rayon ərazisində
115 min 900 paqonometr suvarma və suötürücü kanallar,
4500 paqonometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənib.
Rayonun Rudəkənar yaşayış məntəqəsində
subartezian quyusunun qazılması başa
çatdırılıb, Artupa və Maşxan kəndlərində
quyuların qazılması işləri davam etdirilir.
Cənub regionunun aparıcı rayonlarından olan Lənkəranda
da 2015-ci ildə sosial-iqtisadi inkişaf sahəsində
uğurlu nəticələr əldə edilib. Öncə qeyd edək ki,
ötən il aprelin 11-də Prezident
İlham Əliyevin Lənkərana növbəti səfəri
rayonun ictimai-siyasi həyatında mühüm hadisə kimi
tarixə düşüb. Səfər zamanı
dövlətimizin başçısı yeni obyektlərin
açılış mərasimlərində iştirak edib.
Ümumiyyətlə,
ötən il rayonda ümumi məhsul
buraxılışının həcmi 350,3
milyon manat olub. Bu, əvvəlki illə müqayisədə 0,6 faiz çoxdur. Bu dövrdə rayonda 2825 yeni
iş yeri açılıb ki, onun 2212-si daimi iş yeridir.
2015-ci il Lənkəranda bir çox sahələrdə
olduğu kimi, aqrar sahədə də uğurlarla yadda
qalıb. Belə ki, “Kənd təsərrüfatı ili”ndə
rayonda əkilmiş 8112 hektar sahənin 5138 hektarını tərəvəz,
1480 hektarını dənli bitkilər, 576 hektarını
kartof, 282 hektarını bostan bitkiləri, 579 hektarını
yem bitkiləri təşkil edib. İl ərzində rayonda 126
min ton tərəvəz, 101 ton yaşıl çay
yarpağı, 3124 ton taxıl məhsulları, 343 ton çəltik,
5115 ton kartof və 2548 ton bostan məhsulları istehsal edilib,
meyvə bağlarından 17272 ton məhsul
yığılıb.
Hesabat
ilində rayonda heyvandarlıq məhsullarının
istehsalı sahəsində də artım qeydə
alınıb, 6451 ton ət, 32885 ton süd, 38,6 ton yun, 15,6
milyon ədəd yumurta istehsal edilib.
Eyni
zamanda, ötən il rayonda sosial məsələlərin
də həllinə diqqət artırılıb, bir sıra
yeni obyektlər tikilərək istifadəyə verilib. Lənkəran şəhərində 29 çoxmərtəbəli
yaşayış binasının dam örtüyü əsaslı
təmir edilib, 14 binanın fasadı yenilənib.
Doqquz
yaşayış məntəqəsini birləşdirən 11,2 kilometr uzunluğunda Aşağı-Nüvədi-Kənarmeşə-Şürük
avtomobil yolu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı
ilə ayrılmış 3,2 milyon manat vəsait hesabına əsaslı
təmir olunaraq asfaltlanıb. Eyni zamanda, digər Sərəncama
əsasən ayrılmış 5,6 milyon
manat vəsait hesabına 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar
avtomobil yoluna asfalt döşənib.
Əvvəlki
illərdə olduğu kimi, ötən il
də rayon əhalisinin fasiləsiz içməli su, təbii
qaz və elektrik enerjisi ilə təmini məsələsi diqqət
mərkəzində olub. Ümumiyyətlə,
rayonun yaşayış məntəqələrində 42117
abonent təbii qazla təmin olunub. Bu,
ümumi abonentlərin 87 faizini təşkil edir. Ötən
il rayonun Darquba kəndində yeni məktəb
binası, Lənkəran şəhərində 120 yerli
uşaq bağçası tikilərək istifadəyə
verilib.
Cənub
regionunun digər rayonları kimi, 2015-ci il
Lerik üçün də uğurlu olub. Lerikdə
ötən ilin yekunları və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunan yığıncaqda da
bildirildiyi kimi, ölkəmizdə aparılan uğurlu iqtisadi
islahatlar bu rayonun da sosial-iqtisadi inkişafına müsbət
təsir göstərib.
Məlumat üçün bildirək ki, dağlıq ərazidə
yerləşən Lerikdə əhalinin əsas məşğuliyyəti
kənd təsərrüfatı ilə bağlıdır. Və dövlət səviyyəsində
aqrar bölmənin inkişafına göstərilən dəstək,
məhsul istehsalçılarına yanacaq, həmçinin
motor yağlarına görə verilən subsidiyaların
artırılması, güzəştli şərtlərlə
gübrələrin verilməsi əhalinin aqrar sahənin
inkişafına marağını artırıb.
Ötən
il həmçinin rayonda 732 nəfər
yeni işlə təmin olunub. Bunun 410-u daimi iş yerləridir.
Eyni zamanda, Peştətük kəndində tikintisinə
başlanılan süfrə suyu və şirə müəssisəsi
rayonda meyvəçiliyin daha da inkişafına stimul verəcək,
meyvə və giləmeyvələrin emalı əhalinin gəlirlərinin
artmasına zəmin yaradacaq.
2015-ci ildə rayonda sosial-iqtisadi sahədə də bir
çox uğurlar əldə olunub. Belə ki, hesabat ilində
sosial məsələlərin həllinə diqqət
artırılıb, yeni obyektlər tikilərək istifadəyə
verilib. 180 şagird yerlik Pirasora və Ambu kənd tam orta
məktəbləri üçün yeni bina inşa edilib,
Lerik şəhər 3 nömrəli tam orta, Sors kənd
ümumi orta məktəbi, Sorsçay kənd ibtidai məktəbinin
binaları əsaslı təmir olunub.
Bundan
başqa hesabat dövründə Heydər Əliyev Fondunun
maliyyə dəstəyi ilə 100 yerlik uşaq
bağçasının tikintisi başa
çatdırılıb, 180 şagird yerlik Boykəndil kənd
tam orta və Əvilə kənd ümumi orta məktəbləri
üçün yeni binaların tikintisi davam etdirilib.
Anburdərə, Zəriküməco, Hıramo, Yuxarı
Bilnə, Nıso-Murya, Qədiməkücə, Livədirqə
kəndlərinin qazlaşdırılması başa
çatdırılıb. Hazırda Murya, Durğan, Mastayıl
və Əvilə kəndlərinin
qazlaşdırılması istiqamətində işlər
aparılır.
Lerik
şəhərində 17 meqavatlıq modul tipli elektrik
stansiyasının tikintisi ilə əlaqədar olaraq 35
kilovoltluq yüksəkgərginlikli Lerik-Telavar-Yardımlı
elektrik hava xətti yenidən inşa olunub, Lənkəran-Hamarat-Lerik
elektrik hava xətti isə əsaslı təmir edilib.
Ölkəmizin
hər yerində olduğu kimi, Masallıda da 2015-ci il sosial-iqtisadi inkişaf göstəricilərinə
görə uğurlu olub. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında
Masallı rayonu üzrə nəzərdə tutulan tədbirlər
uğurla yerinə yetirilib və əsas makroiqtisadi göstəricilər
üzrə rayonda müsbət dinamika əldə olunub. Rayon İcra Hakimiyyətindən verilən məlumata
görə, 2014-2018-ci illəri əhatə edən
üçüncü Dövlət Proqramı bu
inkişafın daha sürətlə aparılmasını və
onun əhatə dairəsinin genişlənməsini təmin
edəcək.
Qeyd olunub
ki, hesabat dövründə rayon üzrə məhsul
istehsalı və göstərilən xidmətlərin həcmi
17,8 faiz artaraq 562,3 milyon manat olub. Bu
dövrdə sənaye məhsullarının həcmi 4,6, kənd təsərrüfatı məhsullarının
həcmi 3,9, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 7,3 faiz artıb.
Ötən
il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
sahibkarlara 274 layihə üzrə 2 milyon 589 min 500 manat kredit
verilməsi sahibkarlıq subyektlərinin sayının
artmasına, fəaliyyət dairəsinin genişlənməsinə
və 331 yeni iş yerinin açılmasına səbəb
olub.
Hazırda rayonda “ASAN həyat” kompleksində tikinti
işləri sürətlə aparılır. Birinci mərhələdə
tikintisi nəzərdə tutulan “ASAN xidmət” mərkəzinin
binasının beton konstruksiya işləri başa
çatdırılıb və hazırda divar hörgü
işləri görülür. Bu ilin
birinci yarısında layihənin birinci mərhələsinin
başa çatdırılıb istifadəyə verilməsi
nəzərdə tutulur.
Eyni zamanda, Masallı rayonunda sənaye məhəlləsinin
tikilməsi üçün hazırlıq işlərinə
də başlanılıb. 10 hektar sahəni əhatə
edəcək sənaye məhəlləsinin tikintisi Masallı
iqtisadiyyatının sürətli inkişafına və təkmilləşməsinə
yeni təkan verəcək.
2015-ci ildə
istifadəyə verilmiş istehsal, emal və xidmət obyektləri
yeni iş yerlərinin açılmasına öz müsbət
təsirini göstərib. Rayonda 2140 yeni iş yeri
yaradılıb ki, bunun da 1780-i daimidir.
Ölkəmizdə
əldə edilən uğurlardan Yardımlı rayonuna da pay düşüb. Ümumiyyətlə,
dövlətin, şəxsən Prezident İlham Əliyevin
diqqət və qayğısı nəticəsində
respublikanın digər bölgələri kimi, Yardımlı
rayonu da inkişaf dövrünü yaşayır. Məhz
bunun nəticəsidir ki, ötən il
rayonda sosial-iqtisadi inkişaf sahəsində uğurlu nəticələr
qazanılıb. Nəzərdə tutulmuş
bütün sosial layihələr uğurla icra edilib. Eyni
zamanda, infrastruktur layihələri uğurla icra olunub və həmin
istiqamətdə işlər bu il ərzində
də davam etdiriləcək.
Məlumat
üçün bildirək ki, Prezident İlham Əliyevin 6
yanvar 2016-cı il tarixli Sərəncamı ilə on min nəfər
əhalinin yaşadığı 12 yaşayış məntəqəsini
birləşdirən Yardımlı-Hamarkənd-Abbasabad
avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə
Azərbaycan Respublikasının 2016-cı il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon
İcra Hakimiyyətinə 1,4 milyon (bir milyon dörd yüz
min) manat, 10 fevral 2016-cı il tarixli Sərəncamı ilə
on üç min nəfər əhalinin
yaşadığı 23 yaşayış məntəqəsini
birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun
tikintisinin başa çatdırılması məqsədi ilə
Azərbaycan Respublikasının 2016-cı il dövlət
büdcəsində avtomobil yolları təsərrüfatı
üçün nəzərdə tutulmuş vəsait
hesabına “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə
1,3 milyon (bir milyon üç yüz min) manat vəsait
ayrılıb.
Bundan
başqa, Sırıq-Vərgədüz-Bürzümbül-Osnağaran
yolu ilə bağlı layihə təqdim olunub və tikintisi
bu il üçün
planlaşdırılıb. Rayon İcra Hakimiyyətinin daxili
imkanları hesabına isə uzunluğu 1,5 km olan
Çayüzü və uzunluğu 2,5 km olan Pirembel kənd
yolu asfaltlaşdırılıb. Digər kəndlərdə
də yollar çınqıl örtüklə təmir
olunub, kəndarası və kənddaxili yollar da təmir
edilib.
Ötən
il rayonun mərkəzi küçəsi
asfaltlaşdırılıb və digər küçələri
çınqıl örtüklə təmir olunub. Şəhərdə su və kanalizasiya xətlərinin,
rayon İcra Hakimiyyəti üçün yeni inzibati
binanın, eləcə də idman kompleksinin tikintisi davam edir.
Şəhər 1 saylı tam orta məktəbi əsaslı
təmir olunub, şəhər 2 saylı uşaq
bağçası Heydər Əliyev Fondu hesabına tikilib.
Digər kəndlərdə də məktəb
tikintiləri davam etdirilir.
Əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması, məşğulluğunun
artırılması istiqamətində mühüm
addımlar atılıb. Belə ki, rayon məşğulluq mərkəzində
350-yə yaxın yeni iş yerləri yaradılıb və
artıq mərkəzdə qeydiyyatda olan 300 nəfər
müvafiq işlə təmin olunub.
Yardımlı rayonunda dayanıqlı elektrik enerjisinin təmini
məqsədilə rayona yeni 35 kilovoltluq yüksəkgərginlikli
hava elektrik xətti çəkilib, Ərus
yarımstansiyası yenidən tikilib və tam müasir
avadanlıqla təchiz olunub. Bununla da rayonun
bütün yaşayış məntəqələrinə
24 saat elektrik verilişi bərpa olunub. Rayonun
qazlaşması istiqamətində də işlər davam
etdirilir. Ötən ildə rayonun Urakəran
və Bürzümbül kəndləri də qazla təmin
edilib və qazlaşmış yaşayış məntəqələrinin
sayı 13-ə, abonentlərin sayı 2,225-ə
çatdırılaraq, rayon üzrə qazlaşma 30 faiz təşkil
edib.
Ümumiyyətlə,
2015-ci ildə rayon üzrə 94 milyon 583 min manatlıq
ümumi məhsul istehsal olunub ki, bu da 2014-cü illə
müqayisədə 8,8 faiz çoxdur. Məhsul
istehsalı ötən illə müqayisədə 7 faiz
artaraq 1,471 manat olub. 658 min manatlıq sənaye, 36 milyon
823 min manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunub və 3 milyon 437 min manatlıq tikinti işləri
həyata keçirilib. Qeyd edək ki, rayonda
iqtisadiyyatın əsasını kənd təsərrüfatı
təşkil edir, əhalinin əksəriyyəti
heyvandarlıq və əkinçiliklə məşğul
olur.
Ötən
il Cəlilabad rayonu üçün də
bir çox əlamətdar hadisələrlə yadda qalıb.
Bunlardan ən mühümü Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin avqustun 11-də
rayona növbəti səfəri olub.
Eyni
zamanda, ötən il rayonda sosial-iqtisadi
inkişaf sahəsində uğurlar qazanılıb,
genişmiqyaslı tikinti-quruculuq işləri aparılıb,
infrastruktur layihələri həyata keçirilib. “Kənd təsərrüfatı
ili”ndə rayonda əvvəlki illə müqayisədə kənd
təsərrüfatı məhsullarının istehsalı 4,1 faiz artıb. Azərbaycan
Prezidentinin tapşırığına uyğun olaraq,
keçmiş dövlət kənd təsərrüfatı
istehsalı müəssisəsinin bazasında “Avanqard” MMC-nin
taxılçılıq təsərrüfatı
yaradılıb.
2015-ci ildə
rayonda taxıl məhsulları ilə yanaşı, 85681 ton
kartof, 1175 ton tərəvəz, 254 ton bostan məhsulu, 4085 ton
qarğıdalı, 1148 ton günəbaxan, 1705 ton şəkər
çuğunduru, 1402 ton meyvə və 9850 ton üzüm
istehsal olunub.
Ötən
il lizinq yolu ilə xaricdən 35 baş cins qaramal
alınıb, həmçinin 2747 baş qaramal süni yolla
mayalandırılıb. İl ərzində 23100 ton ət,
82940 ton süd, 354 ton yun və 41 milyon 332 min ədəd
yumurta istehsal edilib.
Beləliklə, yuxarıda sadalananlar ölkəmizdə
sosial-iqtisadi inkişaf siyasətinin davamlı xarakter
daşıdığını və hər bir bölgənin
tərəqqisinə təkan verdiyini bir daha təsdiqləyir. Heç şübhəsiz,
əldə edilən uğurlarda 2004-cü ildən
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramlarının da
payı var. Daha doğrusu, ölkəmizin iqtisadi
inkişafının, eləcə də bölgələrin əsaslı
yüksəlişinin təməl bazası sayılan
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarının uğurlu icrası nəticəsində
regionların siması əhəmiyyətli şəkildə
dəyişib, onların dinamik inkişafı təmin edilib.
Dövlət proqramları çərçivəsində
respublikanın bütün bölgələrində yeni yollar
çəkilib və ya yenidən qurulub, çoxlu sayda
körpülər, yol qovşaqları tikilib, kommunal
infrastruktur daha da yaxşılaşdırılıb, rabitə
və digər xidmətlərin səviyyəsi yüksəlib,
çoxsaylı sənaye, kənd təsərrüfatı,
xidmət, ticarət müəssisəsi fəaliyyətə
başlayıb və bu siyasət davamlı xatakter
daşıyır.
Nadir
AZƏRİ
Yeni Azərbaycan.-
2016.-3 mart.- S.8