On iki rəssamın “12?” adlı sərgisi

 

Martın 2-də Müasir İncəsənət Muzeyində on iki azərbaycanlı rəssamın rəsm əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, dövlət hökumət üzvlərinin, tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi “12?” adlı sərgidə fırça ustalarının müxtəlif mövzulu sənət əsərləri nümayiş olunub.

Tədbirdə Müasir İncəsənət Muzeyinin direktoru Xəyyam Abdinov çıxış edərək sərgi rəssamlar barədə məlumat verib. Bildirib ki, sərgidə həm gənc, həm yaşlı nəslin nümayəndələrini təmsil edən tanınmış Azərbaycan rəssamları - Altay Sadıqzadə, Eldar Məmmədov, Şamil Buksayev, Əli İbadullayev, Hüseyn Haqverdiyev, Anar Hüseynzadə, Elşən Qaraca, Vüqar Quliyev, Elşən Sərxanoğlu, Fəxri Abbasov, Emin Əsgərov Rəşad Babayevin əsərləri təqdim olunur. Layihənin kuratoru tanınmış rəssam Altay Sadıqzadədir.

Vurğulanıb ki, iki nəslin on iki tanınmış nümayəndəsi öz xalqının zəngin mədəni irsi ilə bağlılığı qorumaqla bərabər, Azərbaycan müasir incəsənətinin inkişafına nail olmağa can atır.

Muzeyinin direktoru bildirib ki, “12?” adlı sərgi axtarışda olan araşdırma aparan rəssamların həm baxışsərgisidir. Sərgidə müəlliflər bu günü əks etdirən əsərləri təqdim edirlər.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Aprelin 3-dək davam edəcək sərgi böyük maraqla qarşılanıb.

Yeni Azərbaycan.- 2016.-3 mart.- S.7