Regionlarda əhalinin fasiləsiz olaraq elektrik enerjisi ilə təminatı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Görülən işlər nəticəsində Aran regionunda elektrik enerjisi təchizatında ciddi dönüşə nail olunub

Məlum olduğu kimi, hazırda inkişafın yeni mərhələsinə qədəm qoyan Azərbaycanda son 12 il ərzində bütün sahələrdə uğurlar əldə edilib. Bu uğurların əsasında isə həyata keçirilən düşünülmüş və çoxşaxəli dövlət siyasəti, həmçinin regionların hərtərəfli inkişafını təmin edən Dövlət proqramları dayanır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Yeri gəlmişkən, Dövlət proqramları çərçivəsində, eyni zamanda, bölgələrin elektrik enerjisi sisteminin yenidən qurulması istiqamətində ciddi tədbirlər görülüb və hazırda da görülməkdədir. Təbii ki, bu istiqamətdə “Azərişıq” ASC-nin üzərinə böyük məsuliyyət düşür. “Azərişıq” ASC yarandığı ilk gündən etibarən üzərinə çox ciddi və məsuliyyətli missiya götürüb. Bu missiya istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirmək, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı zəruri tədbirləri yerinə yetirmək, ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq, elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və işçilərin sosialmaddi rifah halının yaxşılaşdırılmasını və peşə şərəfini üstün tutması üçün daim tədbirlər görməkdən ibarətdir. 7 regional RETSİ üzrə ötən bir ildə həyata keçirdiyi işlər deməyə əsas verir ki, “Azərişıq” ASC bu missiyanı ciddi səylərlə həyata keçirir.

Ümumiyyətlə, “Azərişıq” ASC fəaliyyətə başladığı müddət ərzində paytaxt Bakı və bütün regionlar üzrə əhəmiyyətli dəyişikliklərə nail olub. Bu sırada “ŞimalRegional Enerji Təchizatı və Satışı İdarəsi hazırlanmış tədbirlər planına uyğun olaraq öz fəaliyyəti dövründə yarımstansiyaların, paylayıcı qurğuların, kabelhava elektrik xətlərinin, onların mühafizə və avtomatika vasitələrinin normal və qəzasız rejiminin təmin edilməsi məqsədilə ciddi dönüş yaradıb. Eyni zamanda, qış mövsümü üçünxüsusi hazırlıqlar görülüb. Şəbəkənin balansında olan 110/35/10-6 kV-luq yarımstansiyalarda avadanlıqlar cari təmir edilib, transformatorların əksəriyyəti test edilib, 2-ci kommutasiya dövrələri sazlanaraq, mühafizələri yoxlanılıb. Sumqayıt Elektrik Şəbəkəsinin əhatə zonasına daxil olan Corat, Saray qəsəbələrinin, Yaşma bağları, Stansiya Sumqayıt və Xəzər bağları yaşayış massivlərinin, Sumqayıt şəhəri 50-ci məhəllə, 11 və 12-ci mikrorayonlarının elektrik təchizatında uzun illər ərzində problemlər yaşandığını, əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq, həmin ərazilərdə müxtəlif gücə malik ümumilikdə 23 ədəd yeni güc mərkəzi yaradılıb.

“Azərişıq” ASC-nin ötənilki fəaliyyəti müddətində respublikanın paylayıcı elektrik şəbəkələrinin yenidən qurulması istiqamətində mühüm addımlar atılıb. Bu baxımdan ölkənin qərb regionu da diqqət mərkəzində olub. Belə ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrində istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik təchizatı üçün 110/35/10/6 və 0,4 kV-luq şəbəkələrinin yenidən qurulması, əsaslı və cari təmiri məqsədi ilə xeyli işlər görülüb. Qış mövsümü üçün yarımstansiyaların, paylayıcı qurğuların, kabelhava ötürücü xətlərin, onların mühafizə-avtomatika vasitələrinin normal və qəzasız rejiminin yaradılması məqsədilə ciddi planlar həyata keçirilib. Qış aylarında enerji təchizatında heç bir problemin yaranmaması üçün xüsusi proqram hazırlanıb. Proqramın icrası üçün ən vacib yarımstansiya və transformator məntəqələrində ikinövbəli rejimi tətbiq olunub.

Qeyd edək ki, bu istiqamətdə “AranRegional Enerji Təchizatı və Satışı İdarəsi tərəfindən çox böyük nailiyyətlərə imza atılıb. Ötən bir il ərzində müəssisənin struktur tərkibinə daxil olan elektrik şəbəkələrinin xidməti ərazilərində bütün 110/35/10 kV-luq, 35/10 kV-luq və 10/0,4 kV-luq YS-da, 110-35-10-0,4 kV-luq hava elektrik veriliş xətlərində planlaşdırılmış istehsalat təmir işləri aparılıb. Faktlara diqqət yetirək. Beyləqan Elektrik Şəbəkəsində “Azərişıq” ASC-nin 12.08.2015-ci il tarixli, İ-15/0168 saylı sərəncamına uyğun olaraq 110/35/10 kV-luqXalacYS-dan çıxan, 35 kV-luq “Dünyamalılar” və “Əlinəzərli” YS-nı qidalandıran, uzunluğu 11 km olan 35 kV-luq “Əlinəzərli” hava xəttinin istismara yararsız olduğu üçün istehlakçıların enerji təchizatında çətinliklər yaratdığına görə 35 kV-luq “Sarı su” və “Əlinəzərli” hava xətlərinin öz aralarında əlaqələndirilməsi üçün 3 km məsafədə yeni 35 kV-luq xətt çəkilib. 1961-ci ildə ağac dayaqlarla çəkilmiş, uzun müddət istismarda olduğundan yararsız vəziyyətə düşmüş 35 kV-luqDostluqhava xəttinin meşə zolağından keçən 1,9 km hissəsi sxemdən çıxarılıb, 35 kV-luq ikidövrəli “Xocavənd” hava xəttinə birləşdirilməsi üçün 0,25 km məsafədə yeni 35 kV-luq xətt çəkilərək 35/10 kV-luqDostluq” YS-nın etibarlı elektrik enerjisi təchizatı təmin edilib.

Sabirabad Elektrik Şəbəkəsinin 35 kV-luqKürdüstanhava elektrik veriliş xətti 6,5 km olmaqla tam yenidən qurulub. 110/35/10 kV-luq “Axtaçı” YS ilə yenidən qurulmuş 35/6 kV-luq “Axtaçı-Qaratuğay” yarımstansiyasının əlaqələndirilməsi üçün 0,65 km məsafədə yeni ikidövrəli 35 kV-luq xətt çəkilib. 35 kV-luq “757 saylı” hava xəttinin 4,4 km hissəsi, 35 kV-luq “758 saylı” hava xəttinin 2,8 km yararsız hissəsi yenidən qurulub. Sabirabad Elektrik Şəbəkəsində uzun müddət istismarda olan 35/6 kV-luq “Axtaçı- Qaratuğay” yarımstansiyası müasir standartlara cavab verən avadanlıqlarla tam komplektləşdirilərək yenidən qurulub, artan tələbat və gələcək perspektiv nəzərə alınaraq 2x3,2 MVA gücündə transformatorlar yeni 2x6,3 MVA transformatorlarla əvəz edilib.

Sabirabad Elektrik Şəbəkəsi işçilərinin normal şəraitinin təmin edilməsi məqsədi ilə şəhər mərkəzində ofis binası inşa edilib. Ofis binasında şəbəkənin əməkdaşları üçün bütün şərait yaradılıb, kompyüter avadanlıqları quraşdırılıb, abonentlərin ərizə və şikayətlərinin qəbulu, satış, qəza xidməti, maliyyə-mühasibatlıq üçün ayrı-ayrı otaqlar fəaliyyətə başlayıb.

Ağcabədi Elektrik Şəbəkəsində 110/35/10 kV-luq “Ağcabədi” YS-dan çıxan 35/10 kV-luq “Qış Yatağı” YS-nı qidalandıran, uzun müddət istismarda olan 35 kV-luq “Qış Yatağı” hava elektrik veriliş xətti yenidən qurulub, 21,5 km məsafədə yeni 35 kV-luq hava elektrik veriliş xətti çəkilib.

Ümumilikdə, 2015-ci il ərzində Aran RETSİ-nin xidməti ərazisində 35 kV-luq hava elektrik veriliş xətlərində 51,55 km məsafədə yenidənqurma işləri aparılıb. 17 ədəd 110/35/10 kV-luq, 119 ədəd 35/10(6) kV-luq yarımstansiya təmir edilib. Keçən müddət ərzində 1575 ədəd müxtəlif güclü l0/0,4 kV-luq transformator cari, 241 ədəd transformator əsaslı təmir edilərək abonentlərin istifadəsinə verilib.

İmişli-Saatlı avtomobil yolunun kənarında 7,5 km, Bəhrəmtəpə-Beyləqan yolunun kənarında 4,0 km, Kürdəmir-Ağsu yolunun kənarında 8,0 km, Bakı-Kürdəmir yolunun kənarında 3,0 km, Mollakənd-Zərdab yolunun kənarında 6,3 km, Ağcabədi-Bərdə yolunun kənarında 5,8 km, Ağcabədi-Hindarx-Ağdam yolunun kənarında 6,5 km, Füzuli rayonu Araz-Dilağarda kəndi ərazisində 2,5 km, Beyləqan rayonu Magistral yolunun kənarında 3,0 km, Bəhrəmtəpə-Horadiz yolunun kənarında 2,0 km məsafədə, ümumilikdə 48,6 km məsafədə yeni 10 kV-luq xətt tikilərək istismara verilib.

İstehlakçıların enerji təchizatının yaxşılaşdırılması məqsədi ilə “Aran” RETSİ tərəfindən İmişli EŞ-də 45 ədəd, Saatlı EŞ-də 20 ədəd, Zərdab EŞ-də 11 ədəd, Sabirabad EŞ-də 20 ədəd, Beyləqan EŞ-də 15 ədəd, Kürdəmir EŞ-də 14 ədəd, Ağcabədi EŞ-də 28 ədəd, Füzuli EŞ-də 12 ədəd, Ağdam EŞ-də 19 ədəd, ümumilikdə 184 ədəd yeni KTM-lər quraşdırılıb. KTM-lər abonentlərin artan tələbatını nəzərə alaraq ən çox olan yerlərdə qoyulub. 63 ədədi artıq şəbəkəyə qoşulub, digər KTM-lərin şəbəkəyə qoşulması istiqamətində işlər aparılır. Tabeçilikdə olan elektrik şəbəkələrinin xidməti ərazilərində uzun müddət istismarda olan, həyətyanı sahələrdən keçən, ağac dayaqlarla çəkilmiş 0,4 kV-luq elektrik xətləri yenidən qurulub. 244,7 km məsafədə SİP (ÖİN) markalı kabel çəkilib, 8983 ədəd yeni dayaq, 12500 ədəd elektrik sayğacı quraşdırılıb.

Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luqHoradizYS-da artıq yüklənən 2 saylı 4,0 MVA transformator 10 MVA transformatorla əvəz edilib.

İmişli Elektrik Şəbəkəsinin 35 kV-luqMuğan SES-Bəhrəmtəpə” hava xəttində, 35 kV-luqQaralarhava xəttinin Çahar budaqlanmasında, Beyləqan Elektrik Şəbəkəsinin 35 kV-luqXalac”, Ağcabədi Elektrik Şəbəkəsinin 35 kV-luqHindarxhava elektrik veriliş xəttində yararsız dayaqlarqüsurlu izolyatorlar yenisi ilə əvəz edilib. İstehlakçıların qış rejimində normal elektrik təchizatı üçün 10-6-0,4 kV-luq hava elektrik veriliş xətlərində yararsız dayaqlarqüsurlu izolyatorlar yenisi ilə əvəz edilib, əyilmiş dayaqlar düzəldilib, qabarit aşağı olan yerlərdə dartılaraq normalar həddinə çatdırılıb, mal-material ehtiyatı yaradılıb.

Hazırda bütün regionlar üzrə yenidənqurma işləri davam edir. “Azərişıq” ASC Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkə ərazisində istehlakçıları keyfiyyətli, etibarlı və səmərəli şəkildə elektrik enerjisi ilə təmin etmək üçün səylə çalışır. Regionların sosial-iqtisadi inkişafında üzərinə düşən vəzifəni yüksək səviyyədə icra edərək əhaliyə xidmətin şəffaflaşmasında əlindən gələni əsirgəmir.

Nardar BAYRAMLI

Yeni azərbaycan.- 2016.- 4 mart.- S.8