Regionlarda yeni meyvə bağlarının salınması planlaşdırılır

 

Rayonlarda fəaliyyət göstərən fermer təsərrüfatlarının aqrotexniki vasitələrlə təmin olunması istiqamətində mühüm tədbirlər görülür

Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf dinamikasında regionların payı ilbəil artır. Bu da, ilk növbədə, bölgələrin ənənələri, inkişaf perspektivləri, əmək resursları və digər cəhətlər nəzərə alınmaqla qəbul edilən Dövlət proqramlarının uğurlu icrası nəticəsində mümkün olub. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları bölgələrin tarazlı inkişafını şərtləndirir.

Regionların sosial-iqtisadi inkişafı kontekstində ərzaq təhlükəsizliyinin təmin olunması da strateji əhəmiyyət kəsb edirbu istiqamətdə həyata keçirilən ardıcıl islahatlar əhəmiyyətli nəticələrin əldə edilməsini şərtləndirib. Ümumiyyətlə, regionlarda aqrar sektorun intensiv inkişafı əhalinin ərzaq təminatına etibarlı zəmin yaradır. Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun müasir inkişaf mərhələsində kənd təsərrüfatında yeni keyfiyyət dəyişikliyinə nail olunması ilə bağlı hədəflər qarşıya qoyulub. Dövlət başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli Sərəncamı və “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 16 aprel 2014-cü il tarixli Fərmanı kənd təsərrüfatında müasir dünya çağırışları nəzərə alınmaqla müəyyənləşdirilən hədəflərə çatılması üçün idarəetmənin və institusional strukturun təkmilləşdirilməsinə, innovativ dəyişikliklərin həyata keçirilməsinə möhkəm hüquqi təminat yaradır. Dövlət başçısı 2015-ci ilin martında “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamla ölkədə məhsul istehsalçılarının yüksək məhsuldar toxumlara tələbatının dolğun şəkildə ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun yaradılması qərara alınıb.

Göründüyü kimi, ölkəmizdə ərzaq təminatının yüksəldilməsi istiqamətində davamlı işlər görülür. Bunun nəticəsidir ki, rayonlarda kənd təsərrüfatı məhsullarının istehsalı ildən-ilə artırılır. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ölkə qarşısında duran həlli vacib məsələlərdəndir. Problemin həlli məqsədilə Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, bir sıra rayonlarda olduğu kimi, Qəbələ rayonunda da iri aqrar layihələr həyata keçirilməyə başlanılıb. Belə ki, Qəbələnin torpaqiqlim şəraiti burada meyvəçiliyin inkişafı, xüsusən də qoz və fındıq istehsalının artırılması, üzümçülüyün böyük sahələrdə becərilməsi üçün çox əlverişlidir. Rayonda kənd təsərrüfatının bu mühüm sahələri daim diqqət mərkəzində saxlanılır, onun inkişaf etdirilməsinə böyük qayğı göstərilir. Respublikamızın iri aqrar rayonlarından biri olan Qəbələdə kənd təsərrüfatının bu sahəsinə xüsusi önəm verilir. Belə ki, son vaxtlar Qəbələdə meyvəçilik və üzümçülük sahələrinin dirçəldilməsi, onun keçmiş şöhrətinin özünə qaytarılması məqsədilə mühüm tədbirlər həyata keçirilir.

Hazırda rayonda 10 min 424 hektar meyvə bağı mövcuddur. Ötən il Qəbələdə 3210 hektar fındıq bağından 6300 ton məhsul əldə edilib. Ümumiyyətlə, rayonda fındıq bağlarının genişləndirilməsi məhsuldarlığın artırılması prosesi gedir. Ötən il rayonda 45 hektar sahədə yeni fındıq bağı salınıb. Bu isə 2014-cü ildəkindən 17 hektar çoxdur.

Həmçinin rayonun kəndlərində məhsul istehsalçıları sonuncu mövsümdə 386 hektar şabalıd bağından 410 ton, 156 hektar qoz bağından isə 370 ton məhsul əldə ediblər. Fermerlər son bir ildə 20 hektar sahədə yeni şabalıd 32 hektar qoz bağları salıblar. Alma, armud, gilas, şaftalı, ərik, alça, zoğal bağlarının da ərazisi ildən-ilə artırılır daha çox məhsul istehsal olunur. Kəndlilər topladıqları məhsulu öz həyətlərində münasib qiymətə müştərilərə satırlar.

İsmayıllı rayonunda isə kartof əkini başlayıb. Hazırda əkin rayonun cənub ərazilərində, o cümlədən Kürdmaşı, Kəlbənd, Gəraybəyli, Eyyubbəyli, Xəlilli, Mollaisaqlı bir sıra digər ərazi vahidlərində aparılır. Martın əvvəlində 250 hektaradək sahədə kartof əkilib. Qeyd edək ki, cari mövsümdə kartof əkini sahələrinin 50-60 hektar artırılaraq 500 hektara çatdırılacağı proqnozlaşdırılır.

Zaqatala rayonunun təsərrüfatlarında da yaz tarla işlərinə başlanılıb. Bu il rayonda 15 min hektara yaxın sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Məhsul istehsalçıları bu günədək 261 hektar sahəyə yonca səpib, 456 hektar sahədə kartof, 338 hektar sahədə tərəvəz əkiblər bu mütəşəkkil aparılır. Hazırda təsərrüfatlarda taxıl əkini sahələrinə aqrotexniki qulluq işləri davam etdirilir, zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilir.

2016-cı il ərzində Naxçıvan Muxtar Respublikasında 120 hektar sahədə yeni yaşıllıq zolağının meyvə bağının salınması planlaşdırılır. Muxtar respublikada iməciliklər yolu ilə təkcə ötən il 216,8 hektar sahədə yaşıllıq zolağı meyvə bağı salınıb, 446 min 320 ədəd ting əkilib, 324,2 hektar sahədə bərpa işləri aparılıb. Ötən il ilk dəfə olaraq muxtar respublikada 50 hektar sahədə püstə bağı salınıb. Bu il daha 50 hektar püstə bağı salınacaq.

Görüləcək işlər sırasında Naxçıvançay vadisində 2, Naxçıvan Şəhər Su Anbarı Sutəmizləyici Qurğular Kompleksinin ətrafında 2,5, xüsusi mühafizə olunan təbiət ərazilərinin əhatə etdiyi orta dağlıq dağlıq ərazilərdə isə 7 hektar sahədə meyvə bağlarının, Naxçıvan-Çalxanqala yolunun kənarlarında 6 hektar yaşıllıq zolağının salınması da nəzərdə tutulub.

Vurğulamaq lazımdır ki, Azərbaycan dövləti hər zaman aqrar sahənin inkişaf etdirilməsi, məhsuldarlığın artaralması istiqamətində mühüm tədbirlər görür, fermerlərə yaxından köməkliklər edilir. Yeri gəlmişkən, Bərdə rayonunda da Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı iləYaz tarla işlərinə hazırlıq kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi üçün qarşıda duran vəzifələrmövzusunda regional müşavirə keçirilib.

Müşavirədə nazirliyin Bitkiçilik şöbəsinin, nazirlik yanında Bitki Sortlarının Qeydiyyatı Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm İnformasiya Məsləhət Mərkəzinin, Aqrar Universitetin, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab, Beyləqan, Füzuli, Goranboy, Yevlax, Ucar, Kürdəmir rayonlarında fəaliyyət göstərən yerli qurumların yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə 300-ə yaxın fermer sahibkar iştirak ediblər.

TədbirdəYaz tarla işlərinin vaxtında keyfiyyətlə aparılmasının kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində rolumövzusunda çıxışlar edilib, kənd təsərrüfatı bitkiləri üçün tövsiyə olunan müasir becərmə texnologiyalarının tətbiqinin vacibliyindən danışılıb, payızlıq taxıl sahələrinə yemləmə gübrələrinin verilməsi, alaq otlarına qarşı mübarizə digər torpaq becərmə işlərinin optimal müddətdə aparılmasının gələcək yüksək məhsulun təməlinin qoyulmasında mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Tədbirdə əkinlərin elmi əsaslarla aparılmasının üstünlüyü, yeni taxıl sortlarının məhsuldarlığı, taxıl toxumçuluğu, “Aqrolizinq” ASC tərəfindən texniki təminatın yaxşılaşdırılması məqsədi ilə həyata keçirilən tədbirlər, həmçinin zərərli orqanizmlərlə mübarizə işinin düzgün təşkili sair ilə bağlı çıxışlar edilib, mövcud problemlər onların həlli yolları barədə geniş fikir mübadiləsi aparılıb.

Taxılçılıq rayonu sayılan Cəlilabad rayonunda da müasir texnologiyalara əsaslanan iri toxumçuluq təsərrüfatı yaradılıb. Qeyd edək ki, Cəlilabad rayonunda 1300 hektarlıq ərazini əhatə edən toxumçuluq təsərrüfatında əkin sahələrini yağış üsulu ilə suvarmağa imkan verən ABŞ-dan gətirilən müasir suvarma sistemləri quraşdırılıb. Ötən il təsərrüfatın sahələrində qarğıdalı əkilib hər hektardan 90 sentner məhsul götürülüb. Toxumçuluq təsərrüfatında bu il 376 hektarda arpa, 700 hektardan çox sahədə buğda səpini aparılıb. Hər hektardan orta hesabla 50-55 sentner məhsul gözlənilir. Yeni toxumçuluq təsərrüfatı rayonun toxum tələbatının 30-40 faizini ödəyəcək. Təsərrüfatda yetişdirilən toxumlar yüksək reproduksiyalı olduğundan rayonda taxıl istehsalının artırılmasına geniş imkanlar açacaq. Vurğulamaq lazımdır ki, Cəlilabadda bu cür rentabelli toxumçuluq təsərrüfatlarının sayının artırılması nəzərdə tutulub.

Şəki rayonunun taxılçılıq təsərrüfatlarında isə payızlıq taxıl əkinlərinə aqrotexniki qulluq işləri davam etdirilir. Hazırda taxıl sahələrinə yemləmə - azot gübrəsi verilir. Aqrolizinq” ASC-nin Şəki regional nümayəndəliyinə istehsalçılara güzəştli şərtlərlə satılmaq üçün 3 min ton azot gübrəsi gətirilib. Gübrənin dəyərinin 70 faizi dövlət, 30 faizi isə istehsalçı tərəfindən ödənilir. Artıq 4 min hektar sahəyə yemləmə gübrəsi verilib bu davam etdirilir.

Taxıl sahələrində, eyni zamanda, fitosanitar tədbirlər davam etdirilir. İndiyədək 20,1 min hektar sahədə taxıl böcəyinə, 12,5 min hektarda isə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Bundan əlavə, 2,8 min hektar sahədə suvarma işləri aparılıb.

Xatırladaq ki, respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2016-cı ilin məhsulu üçün 67 min 373 hektar sahədə payızlıq taxıl əkilib. Əkin sahələri əvvəlki illə müqayisədə 5 min hektardan çox artıb. Taxıl əkinlərinin 42 min 167 hektarını buğda, 24 min 956 hektarını arpa, 250 hektarını isə xəsillik arpa təşkil edir.

Qeyd etdiyimiz kimi, ərzaq təhlükəsizliyinin təmin olunması, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, yerli istehsalın inkişafı məqsədyönlü siyasətin əsas istiqamətlərini təşkil etməkdədir. Ümumilikdə, dövlətimiz tərəfindən ərzaq təhlükəsizliyinə bilavasitə aidiyyəti olan ayrı-ayrı sahələrdə kompleks tədbirlər görülür mühüm nəticələr əldə edilməkdədir. Sadalanan faktlar göstərir ki, bu istiqamətdə regionların payı müstəsna əhəmiyyət kəsb edir ərzaq təhlükəsizliyinin təmin olunması yönündə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün geniş potensial mövcuddur.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 8 mart.- S.8