Azərbaycanlı dizaynerin
kolleksiyası Parisdəki məşhur “New
Couture” sərgisində nümayiş
olunub
Parisin 1-ci rayonunda, Vendome meydanındakı “Westin” otelinin Napoleon zalında “New Couture” 2016-2017 payız-qış kolleksiyasının sərgisi təşkil olunub.
Sərgidə dünyanın, eləcə də Qafqaz ölkələrinin tanınmış dizaynerlərinin kolleksiyaları nümayiş etdirilib.
Azərbaycan sərgidə tanınmış dizayner Fidan Ələkbərlinin “Fee Dan” brendi ilə təmsil olunub.
“Fee Dan” brendinin kolleksiyasında Azərbaycan ornamentli və naxışlı lüks kokteyl və axşam geyimləri nümayiş olunur. “Fee Dan” kolleksiyasında ilk dəfə həndəsi dizaynlı xəz palto nümayiş etdirilib.
Kolleksiyasında milli ornament və naxışlara üstünlük
verən azərbaycanlı dizayner geyimlərində
əsasən yaşıl, bənövşəyi və
açıq qəhvəyi rənglərdən istifadə edib.
Yeni Azərbaycan.- 2016.- 10 mart.- S.8