Azərbaycanın regionlarında intensiv qazlaşdırma layihələri həyata keçirilir

 

Görülən işlər nəticəsində respublika üzrə qazlaşdırmanın səviyyəsi 90 faizə çatdırılıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyasının əsas hədəflərindən biri Azərbaycanı müasir dünya çağırışlarına uyğun olaraq yüksək infrastruktur təminatına malik ölkəyə çevirməkdən ibarətdir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (indiyədək respublikamızda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008, 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilib və hazırda 2014-2018-ci illəri əhatə edən sayca üçüncü Dövlət Proqramı da uğurla həyata keçirilir), eləcə də Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində reallaşdırılan su, yol-nəqliyyat, elektrik enerjisi layihələri Azərbaycanın simasını dəyişib və respublikamızı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır.

İlk növbədə, Azərbaycan əhalisi qazla təmin olunmalıdır”

Məlumdur ki, son illərdə Azərbaycan uğurlu enerji siyasəti sayəsində həm də qaz ixracatçısına çevrilib. Azərbaycanın təşəbbüsü, qonşu ölkələrin fəal iştirakı ilə “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə hesablanan “Cənub” qaz dəhlizi qlobal miqyasda yeganə yenimavi yanacaq” mənbəyi kimi respublikamızın önəmini əhəmiyyətli dərəcədə artırıb. Bir neçə gün bundan əvvəl Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı baş tutub. Toplantıda vurğulandığı kimi, zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycan yaxın perspektivdə Avropanın enerji təhlükəsizliyinə daha sanballı töhfələr verəcək. Təxminən 3600 kilometr məsafədə uzanacaq yeni dəhlizin inşasına 45 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulub. Beləliklə, bir sıra Avropa ölkələrinin rəsmilərinin də etiraf etdikləri kimi, hazırda Azərbaycanın iştirakı ilə “qoca qitə”nin enerji xəritəsi yenilənir və Azərbaycan bu prosesdə mərkəzi rol oynayır.

Bununla belə, ölkə Prezidentinin qətiyyətli siyasi iradəsi ona yönəlib ki, Azərbaycanın zəngin qaz potensialından, ilk növbədə, ölkə əhalisi bəhrələnməlidir. Prezident İlham Əliyev ötən il Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşündə daxili qaz istehlakının təmin olunmasının zəruriliyini bir daha vurğulayaraq bildirib: “Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma, ilk növbədə, Azərbaycan əhalisini təmin etməliyik”.

Ölkə üzrə bütün şəhərlərdə qazlaşdırmanın səviyyəsinin 100 faizə çatması böyük nailiyyətdir

Son 12 ildə respublikanın bütün regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib ki, bunun da sayəsində ölkənin bütün şəhərlərinin “mavi yanacaq” təchizatına yüz faiz həcmində nail olunub. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində Azərbaycanda qazlaşmanın səviyyəsindən məmnunluğunu ifadə edərək deyib: “Biz 2007-ci ilə qədər qazı xaricdən alırdıq. Bu gün Azərbaycanda qazlaşdırma 90 faizə yaxınlaşır, bölgələrdə isə bütün şəhərlər 100 faiz qazlaşdırılıb. Hətta sovet dövründə heç vaxt qaz görməyən yerlərə də biz qaz xətləri çəkdik. Bu gün bölgələrdə qazlaşdırma 80 faizə yaxındır”.

Dövlət başçısının ölkənin qazlaşdırılması ilə bağlı qarşıya qoyduğu hədəflərə uyğun olaraq “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, eləcə də “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində mühüm tədbirlər həyata keçirilir. Belə ki, əhali kateqoriyasına aid istehlakçıların mənzillərindəki istismar müddəti bitən mexaniki sayğaclarSmart-karttipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir, təmir-bərpa işləri aparılır. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə bir sıra layihələr reallaşdırılır. Bu proses 2015-ci ildə də intensiv şəkildə davam etdirilib. Son bir ildə ölkə ərazisində 12500 kilometrə yaxın qaz xətləri çəkilib, 43 rayon üzrə 430 yaşayış məntəqəsi təbii qazla təmin edilib, eyni zamanda, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 400 kilometrdən çox qaz kəmərləri əsaslı təmir edilib. Bütün ölkə boyu qazlaşdırma layihələri cari ilin əvvəlindən intensiv şəkildə davam etdirilir. İstehlakçıların qaz təchizatının yaxşılaşdırılması, yeni yaşayış məntəqələrinin qazlaşdırılması məqsədi ilə 2016-cı ilin yanvar-fevral ayları ərzində 1883 kilometr uzunluğunda yeni qaz kəməri quraşdırılıb, şəbəkənin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün 110,5 kilometr qaz kəməri əsaslı təmir olunub.

Respublikada geniş qazlaşdırma aparılması nəticəsində, əsasən regionlarda olmaqla abonentlərin sayı əhəmiyyətli dərəcədə artıb. Hazırda ölkə üzrə təbii qazla təmin olunan əhali kateqoriyasına aid abonentlərin sayı 1 milyon 700 mini ötüb. Onu da vurğulamaq yerinə düşər ki, qaz satışı üzrə yığım istər əhali, istərsə də qeyri-əhali sektorlarında 100 faizi ötüb.

Regionlarda həyata keçirilən yeni qazlaşdırma layihələri ekologiyanın qorunmasına sanballı töhfədir

Son vaxtlar ölkənin digər regionları kimi, Şəki-Zaqatala bölgəsində də yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər daha da intensivləşdirilib. Zaqatala Regional Qaz İstismar İdarəsinin fəaliyyət dairəsi Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarını əhatə edir. Bu rayonlara ilk dəfə təbii qaz ötən əsrin 70-80-ci illərində verilib. Sonralar müxtəlif səbəblər üzündən bölgəyə təbii qazın verilməsi müvəqqəti dayandırılıb. 2002-ci ildən başlayaraq təbii qazın verilməsi tədricən bərpa edilib.

Regional idarədən AZƏRTAC-a bildiriblər ki, qurumun fəaliyyət göstərdiyi 5 rayonda hazırda 79 min 958 əhali abonenti, həmçinin 723 qeyri-əhali istehlakçısı təbii qazla təmin olunub. Əhali abonentləri üzrə qazlaşma 77,4 faiz təşkil edir. Bu rayonlar üzrə 279 yaşayış məntəqəsindən 153-ü qazlaşdırılıb. Balakən rayonunun yaşayış məntəqələrinin qazlaşdırılması işləri artıq tam başa çatdırılıb. İki ildir ki, bu rayonun 54 yaşayış məntəqəsinin əhalisi fasiləsiz olaraq təbii qazdan istifadə edir.

Qurumdan verilən məlumata görə, hazırda Şəki rayonu üzrə 71 yaşayış məntəqəsindən 30-u, Zaqatala rayonunda 61 yaşayış məntəqəsindən 29-u, Qax rayonunda 59 yaşayış məntəqəsindən 23-ü, Oğuzda isə 34 yaşayış məntəqəsindən 17-si qazlaşdırılıb.

Ötən il Zaqatala Regional Qaz İstismar İdarəsinin əhatə etdiyi rayonlarda qazlaşdırma işləri xüsusilə sürətlənib. Belə ki, 2015-ci ildə bu rayonlarda 35 yaşayış məntəqəsi “mavi yanacaqla təmin edilib. O cümlədən Zaqatalada 13, Qaxda 9, Şəkidə 7, Oğuzda isə 6 yaşayış məntəqəsinə təbii qaz verilib. Hazırda Şəki rayonunda 14, Oğuz rayonunda isə 6 yaşayış məntəqəsinin qazlaşdırılması işləri davam etdirilir.

Son illər regional idarənin xidmət göstərdiyi bu rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması üçün ümumi uzunluğu 595 min 845 metr olan müxtəlif diametrli polietilenmetal borularla qaz xətləri çəkilib. Bütün istehlakçılar sayğac və fərdi tənzimləyicilərlə təmin olunub.

Yaşayış məntəqələrinin qazlaşdırılması ekologiyanın qorunmasına, ekoloji mühitin sağlamlaşmasına çox böyük təsir göstərir, meşələrin, yaşıllıqların kütləvi şəkildə qırılmasının qarşısı alınır, eyni zamanda, insanların rahatlığı təmin olunur.

Novruz bayramı ərəfəsində kəndlərdə sakinlər “mavi yanacağ”ın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar

Son illərdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradəyə uyğun olaraq bütün ölkə boyu reallaşdırılan qazlaşdırmanın ən səciyyəvi əlaməti isə ondan ibarətdir ki, artıq bu proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib. Qeyd etmək yerinə düşər ki, qarşıya qoyulan hədəfə uyğun olaraq son vaxtlarda çoxlu sayda kəndin sakinləri mənzillərində “mavi yanacağ”ın ilk dəfə alovlandırılmasının sevincini yaşayıblar. Aparılan tikinti-quraşdırma işləri nəticəsində təkcə 2016-cı ilin yanvar-fevral aylarında 27 yaşayış məntəqəsi qazlaşdırılıb. Novruz bayramı ərəfəsində ölkənin müxtəlif regionlarında əvvəllər qaz almayan kəndlərə “mavi yanacaq” verilməsi isə sakinlərin ikiqat sevincinə səbəb olub. Bayram ərəfəsində Kürdəmir rayonunda 585 nəfər əhalisi olan Mehdili və 679 nəfər sakinin yaşadığı Qoçulu kəndlərinə təbii qaz verilib. Beləliklə, rayonda 49 yaşayış məntəqəsi üzrə 17391 abonentya rayon əhalisinin 81,1 faizimavi yanacaqdan istifadə edir. Ötən il rayonun 22, cari ilin əvvəlindən isə 5 kəndə təbii qaz verilib. Hazırda daha 9 kənddə - Muradxan, Çöl-Qubalı, Qocalı, Beyi, Carlı, Mollakənd, Türkədi, Dayıkazımlı və Axtaçı-Qarabucaq kəndlərində qazlaşdırma işləri aparılır.

Budəfəki Novruz bayramının gəlişi Cəlilabad rayonunun Həziabad kənd sakinləri üçün də düşərli olub. Kənd sakinləri bayram ərəfəsində mənzillərində “mavi yanacağ”ın alovlanmasına görə ikiqat sevinc hissi yaşayıblar. Layihəyə əsasən, 367 abonenti olan kənddə 25 min 548 metr uzunluğunda müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Qazlaşdırma layihələri Cəlilabad rayonunun digər yaşayış məntəqələrində də geniş vüsət alıb. Təkcə son bir ildə rayonun 42 kəndinə təbii qaz verilməsi təmin olunub.

Mübariz ABDULLAYEV

Yenı Azərbaycan.- 2016.- 15 mart.- S.8