Heydər Əliyev
Mərkəzində Budapeştin
Ferens List Kamera Orkestrinin konserti keçiriləcək
Mayın 3-də Heydər Əliyev Mərkəzində Budapeştin
Ferens List Kamera Orkestrinin konserti keçiriləcək.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, konsert proqramında
dünya klassik musiqisinin görkəmli nümayəndələri Volfqanq
Amadey Motsart, Pablo de Sarasate, Kamil Sen-Sans, Bencamin Britten, Pyotr Çaykovski, Yohannes Brams və Ferens Listin əsərləri təqdim olunacaq.
Konsertdə bir sıra ölkələrdə
dinləyicilərin qəlbini
fəth etmiş virtuoz skripkaçı Yojef Lendvay solist
olaraq çıxış
edəcək.
Yojef Lendvay müasir dövrün görkəmli skripka ustalarından biridir. 1974-cü ildə
Budapeştdə anadan
olub, Ferens List adına Budapeşt
Musiqi Akademiyasında təhsil alıb. Yojef Lendvay çoxsaylı
müsabiqələrin, o cümlədən
İsveçrədə keçirilən
Tibor Varqa adına Beynəlxalq
Skripka Müsabiqəsinin
laureatıdır. O, bir
çox mükafat və təqaüdlərlə,
o cümlədən Macarıstanın
“Qızıl Xaç”
medalı ilə təltif olunub.
Qeyd edək
ki, kamera orkestrini 1963-cü ildə
görkəmli bəstəkar
və pianoçu Ferens Listin adını
daşıyan Budapeşt
Musiqi Akademiyasının
məzunları yaradıb. Musiqi kollektivinin
belə adlandırılması
təsadüfi olmayıb,
çünki bu ad hər kəsdə Macarıstan və onun musiqi ənənələrinə
bağlılıq assosiasiyası
yaradır.
Hazırda bütün dünyada məşhur olan Ferens List Kamera Orkestrinin özünəməxsus
musiqi obrazı var. Orkestrin repertuarı bütün dövrləri
və üslubları
əhatə edir. Repertuara barokko,
klassik, romantik və müasir əsərlər daxildir.
Öz vətənində çoxsaylı
mükafatlara, həmçinin
Parisdə “Grand Prix du Disque”
mükafatına layiq görülən orkestr indiyədək 200-dən çox
disk yazdırıb.
Kollektiv
50-dən çox ölkədə,
o cümlədən Nyu-Yorkda
Karnegi zalı, Sidney
Opera Teatrı, Tokioda Santori zalı, Parisdə De la Vill teatrı kimi məşhur salonlarda çıxış edib.
Orkestr Svyatoslav
Rixter, Yehudi Menuhin, Mstislav Rastropoviç, Adam Fişer, İsaak Stern, Marta Arqerix
və digər tanınmış musiqiçilərlə əməkdaşlıq
edib, nüfuzlu musiqi festivallarının
iştirakçısı olub.
Yenı
Azərbaycan.- 2016.- 15 mart.- S.5