Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib

 

Dünən “Banking Baku” jurnalının və saytının təqdimat mərasimi keçirilib. Mərasimdə giriş sözü ilə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdiyini bildirib. O deyib ki, hazırda Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı və kütləvi informasiya vasitələri fəaliyyət göstərir. R.Zeyni qeyd edib ki, “Davamlı inkişaf təşəbbüsləri” İctimai Birliyi də fəal QHT-lərdən biridironun sədri Aysel Quliyevanın rəhbərliyi ilə “Banking Baku” jurnalı fəaliyyətə başlayıb. Onun sözlərinə görə, jurnal aktual mövzulara həsr olunur: “Bilirsiniz ki, Azərbaycan iqtisadi cəhətdən inkişaf edən ölkə kimi dünyanın diqqət mərkəzindədir. “Banking Baku” jurnalının da məqsədi iqtisadi inkişafımızı, maliyyə-bank sistemində vəziyyəti oxucuların, ictimaiyyətin diqqətinə çatdırmaqdır. Hesab edirik ki, banklarla əhali arasında münasibətlərin inkişafı baxımından da bu jurnal körpü rolunu oynayacaq”.

“Davamlı inkişaf təşəbbüsləri” İctimai Birliyinin sədri, “Banking Baku” jurnalının baş redaktoru Aysel Quliyeva mərasim iştirakçılarını salamlayaraq jurnalın məqsədləri barədə məlumat verib. O qeyd edib ki, jurnalın və saytın əsas məqsədlərindən biri bankların sosial məsuliyyəti ilə yaranacaq vətəndaş-bank münasibətlərində maarifləndirmə rolunu oynamaq, həmçinin bu sahədə yaranan münasibətlərə mütəxəssislər tərəfindən rəylər verilməsi və aydınlıq gətirilməsidir: Eyni zamanda, dünya maliyyə-bank sektorunda baş verən dəyişikliklər, yeniliklər barədə Azərbaycan oxucusuna operativ məlumat vermək, mövcud vəziyyəti ekspertlər səviyyəsində təhlil etmək, bu sektora Azərbaycan vətəndaşlarının çıxış imkanlarına dəstək verməkdir. Jurnalımızın və saytımızın yaranmasını zəruri edən digər səbəb isə Azərbaycanın qeyri-neft sektorunun sürətli inkişafı və bununla bağlı xarici adamlarının, investorların ölkəmizə göstərdiyi marağın artmasıdır. Hər bir adamı biznes qurmaq istədiyi ölkədə münbit iqtisadi investisiya şəraitinin olmasını ilk növbədə bank sektorunun səviyyəsi ilə dəyərləndirir. Azərbaycanda bank sektorunun vəziyyəti, bu sahədəki qanunçuluq, yeniliklər və s. məlumatları özündə əks etdirəcək jurnalımız və saytımız ölkəmizin bank sektoru ilə xarici adamları arasında məlumat körpüsü rolunu oynamaq arzusundadır”.

Daha sonraBanking Baku” jurnalının və saytının geniş təqdimatı olub.

Tədbirdə çıxış edən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev jurnalın kollektivinə uğurlar arzulayıb. Azərbaycanın iqtisadi baxımdan yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən M.Musayev bu mərhələdə sahibkarların üzərinə də mühüm vəzifələrin düşdüyünü bildirib. Onun sözlərinə görə, bu prosesdə KİV-lər də fəal iştirak etməlidir: “KİV-lər görülən işləri geniş təbliğ etməlidir. Bu baxımdan, “Banking Bakunun nəşrə başlaması çox əhəmiyyətlidir. Çünki bu jurnal iqtisadiyyat, bank-maliyyə sektoru ilə əlaqədar fəaliyyət göstərəcək. Mən jurnalın kollektivinə uğurlar arzulayıram və təşkilatımız bu prosesdə kollektivə dəstək verməyə hazırdır”.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev “Banking Baku” jurnalının ilk sayını yüksək qiymətləndirib və onun aktual mövzulara həsr olunduğunu bildirib. Hazırda dünyada mürəkkəb qlobal proseslərin baş verdiyini deyən Ş.Hacıyev maliyyə-iqtisadi böhranının bir çox ölkələrə ciddi təsir göstərdiyini qeyd edib: “Azərbaycan bu böhrandan az itkilərlə çıxan ölkədir. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində bu mərhələdən də uğurla çıxacağımıza inanırıq”.

Maliyyə-bank sisteminin iqtisadiyyatın qan-damar sistemi olduğunu deyən millət vəkilinin sözlərinə görə, “Banking Baku” jurnalının bu mövzuya həsr olunması əhəmiyyətlidir.

Bank of Bakunun Müşahidə Şurasının sədri Elçin İsayev çıxışında bank sisteminin iqtisadiyyatda rolundan bəhs edib və Azərbaycanda bu sahənin inkişaf etdiyini deyib. E.İsayev yeni nəşrə başlayanBanking Baku” jurnalının bankların fəaliyyətini ölkə ictimaiyyətinə geniş şəkildə təqdim edəcəyinə inandığını bildirib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov ölkəmizdə xeyli sayda jurnalın nəşr olunduğunu deyib. Onun sözlərinə görə, “Banking Baku” nəşrə başlamaqla KİV ailəsinə daxil olur: “Ölkəmizdə bir sıra jurnallar nəşr olunur ki, ölkəmizin beynəlxalq müstəvidə təbliğ olunmasında mühüm rol oynayır. İnanırıq ki, “Banking Bakuda belə nəşrlərdən olacaq”.

Tədbirdə həmçinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və millət vəkili İlham Məmmədov çıxış edərək yeni nəşrə başlayanBanking Baku” jurnalının kollektivinə uğurlar arzulayıblar.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2016.- 17 mart.- S.5