Multikultural dəyərlər azərbaycançılıq ideologiyası

YAP Qadınlar Şurasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşkilatçılığı ilə partiyanın Yasamal rayon təşkilatının qərargahındaMultikultural dəyərlər azərbaycançılıq ideologiyasımövzusunda konfrans keçirilib. Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Nurlana Əliyeva Azərbaycanın tolerantlıq məkanı olduğunu, bütün vətəndaşların əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan mədəniyyətlərin inteqrasiyası tolerantlıq təcrübəsinə malik olan bir ölkədir: “Bu səbəbdən mədəniyyətlər, sivilizasiyalar konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu istiqamətdə beynəlxalq forumların keçirilməsi üçün ideal yerdir. Azərbaycan Prezidenti İlham Əliyev multikulturalizmin ölkəmizdə bir həyat tərzi olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xalqımızın tolerantlıq ənənələrinin dünyada təbliğ olunması baxımından mühüm tədbirlər keçirir”.

N.Əliyeva qeyd edib ki, Azərbaycanın dünyada sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir. Onun sözlərinə görə, respublikamızda İslam dininə aid tarixi-dini abidələrin bərpasına dövlət vəsaiti ayrıldığı kimi, digər dinlərlə bağlı abidələrə eyni yanaşma tətbiq olunur. O, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının ölkəmizdə yaşayan bütün xalqları vahid amal uğrunda birləşdirdiyini vurğulayıb.

Konfransda YAP Yasamal rayon təşkilatı Qadınlar Şurasının sədri Tamilla Şahbazova, YAP Səbail rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə Kərimova YAP Qaradağ rayon təşkilatı Qadınlar Şurasının sədri Təranə İsmayılova çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.

Azərbaycan Memarlıq İnşaat Universitetinin rektoru, YAP Siyasi Şurasının üzvü Gülçöhrə Məmmədova bildirib ki, bu gün ölkəmiz artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Onun sözlərinə görə, tolerantlıq multikulturalizmin Azərbaycan modeli bütün dünyada böyük rəğbətlə təqdirlə qarşılanır.

Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova konfransda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin qədim tarixi köklərə malik olduğunu söyləyib. O bildirib ki, multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub: “Hazırda isə multikulturalizm ölkəmizdə alternativi olmayan həyat tərzidir. Müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, çoxkonfessiyalılıq, etnik mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətləridir. Prezident İlham Əliyevin 2016-cı ili AzərbaycandaMultikulturalizm ilielan etməsi, dövlətimizin başçısının dediyi kimi, bir daha sübut edir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir”.

B.Muradova qeyd edib ki, Azərbaycan tolerant dövlətdir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Onun sözlərinə görə, bu gün Azərbaycan dünyada təkcə enerji resursları ilə zəngin olan ölkə kimi deyil, həm də humanizm prinsiplərinə sadiq, tolerantmultikultural ölkə kimi tanınır: Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər. Bu da onun bariz göstəricisidir ki, Azərbaycan multikulturalizmin əsas məkanlarından biridir. Bu mənada, məzmunca multikultural dəyərlər Azərbaycanda tarix boyu mövcud olub”.

YAP İdarə Heyətinin üzvü deyib ki, Ümummilli lider Heydər Əliyevin atdığı düşünülmüş qətiyyətli addımlar, milli-mənəvi dəyərlərə göstərdiyi diqqət qayğı Azərbaycanda tolerantlığın multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı: “Biz bunu çox yüksək qiymətləndiririk daim qoruyub saxlamalıyıq”.

Vitse-spikerin fikrincə, Ulu öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası multikultural dəyərlər bir-birilə bağlıdır.

YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov Ulu öndərin haqlı olaraq multikulturalizm siyasətini ölkənin demokratik inkişafının tərkib hissəsi hesab etdiyini söyləyib. O, ölkəmizin xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi qeyri-maddi irsin qorunmasında təbliğində mühüm işlər görən Heydər Əliyev Fondunun da böyük əməyinin olduğunu vurğulayıb.

Xatırladaq ki, tədbirdə YAP-ın Yasamal, Səbail Qaradağ rayon təşkilatlarının qadınlar şuralarının üzvləri iştirak ediblər.

Nardar BAYRAMLI

Yeni azərbaycan.- 2016.- 3 may.- S.5