Azərbaycanın regionlarında güclü aqrar-sənaye kompleksi qurulur

 

Son illərdə ayrı-ayrı bölgələrdə yeni aqrar-sənaye müəssisələrinin fəaliyyətə başlaması sayəsində əhalinin daxili istehsal hesabına ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, respublikanın yeni ixrac imkanları yaranıb

Son illərdə ölkəmizdə davamlı olaraq həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən birini kənd təsərrüfatında yüksək inkişafa nail olunması, o cümlədən də respublikada güclü aqrar-sənaye komplekslərinin yaradılması təşkil edir. Azərbaycanın hər sahədə müasirləşdirilməsini strateji xətt kimi qarşıya qoyan Prezident İlham Əliyev regionlarında kənd təsərrüfatında artım tempinin təmin olunmasını və bu istiqamətdə müasir dövrün tələblərinə cavab verən səmərəli tədbirlərin həyata keçirilməsini daim diqqət mərkəzində saxlayır. Dövlət başçısı dəfələrlə Öz qəti mövqeyini ifadə edərək bildirib ki, bundan sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı dünyanın aparıcı təcrübəsinə əsaslanmalıdır. Prezident İlham Əliyevin respublikamızda aqrar sektorun inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji kursa uyğun olaraq qısa müddətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsi hazırlanıb.

Azərbaycan aqrar-sənaye kompleksinin geniş inkişaf imkanlarına malik olan ölkədir

Əlverişli coğrafi-iqlim xüsusiyyətləri ölkəmizdə sənaye əsaslı aqrar sektorun geniş inkişaf imkanlarına malik olmasını şərtləndirir. Eyni zamanda, həyata keçirilən səmərəli siyasət sayəsində ölkənin iqtisadi potensialının artması respublikamızda kənd təsərrüfatı sahəsində mövcud olan imkanlardan geniş istifadə edilməsinə, yeni emal müəssisələrinin yaradılmasına münbit zəmin formalaşdırır. Elə ölkələr var ki, orada aqrar sektorun inkişafından söhbət belə gedə bilməz. Azərbaycanda isə münbit torpaqlar, əlverişli coğrafi amillər aqrar sahənin intensiv metodlarla inkişafına geniş imkanlar açır. Ölkəmizin coğrafi-iqlim xüsusiyyətləri elədir ki, burada qabaqcıl dünya təcrübəsini, bir sıra intensiv metodları tətbiq etməklə həm heyvandarlığı, həm də bitkiçiliyi inkişaf etdirmək və bu əsasda ölkənin daxili istehsal imkanlarını artırmaq, əhalinin ərzaq təminatını gücləndirmək, eyni zamanda, yeni ixrac bazarlarına çıxmaq mümkündür.

Respublika əhalisinin təxminən yarısının bölgələrdə yaşadığını və məşğul əhalinin 40 faizinin kənd təsərrüfatında çalışdığını nəzərə alsaq, deyə bilərik ki, aqrar sektorun sənaye əsasında inkişaf etdirilməsi, regionlarda yeni aqrar-sənaye komplekslərinin yaradılması sosial baxımdan da ciddi önəm kəsb edir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə son 13 ildə yaradılan 1milyon 500 minədək yeni yerinin 80 faizə yaxını bölgələrin payına düşür. Yeni yerlərinin böyük qismi isə məhz regionlarda işə salınan aqrar-sənaye müəssisələrində açılıb.

Respublikamızda kənd təsərrüfatının inkişafına göstərilən çoxşaxəli dövlət dəstəyi regionlarda aqrar sektorun müxtəlif sahələrinin intensiv metodlarla, o cümlədən də sənaye əsasında inkişafına münbit zəmin yaradır. Qeyd edək ki, bölgələrdə dövlət vəsaiti hesabına kənd təsərrüfatı üçün lazımi infrastruktur yaradılır, bu sahəyə investisiyalar yönəldilir. “AqrolizinqASC-nin fəaliyyəti dövlət tərəfindən dəstəklənir. Sahibkarlığa Kömək Milli Fondunun kredit portfelinin 65-70 faizi kənd təsərrüfatı istehsalına və kənd təsərrüfatı məhsullarının emalı sahələrinə, yeni aqrar-sənaye müəssisələrinin yaradılmasına yönəldilir.

Son illərdə bölgələrdə çoxlu sayda aqrar-sənaye müəssisəsi fəaliyyətə başlayıb

Respublikamızda indiyədək dövlətin ayırdığı güzəştli kreditlər hesabına çoxlu sayda yeni aqrar-sənaye müəssisələri yaradılıb. Abşeron rayonundaMillasüd məhsulları və dondurma istehsalı zavodu istifadəyə verilib. Ağcabədi rayonundaAqat-Aqro” heyvandarlıq kompleksi, Balakən və Gədəbəy rayonlarında soyuducu anbar kompleksləri, Qəbələdə üzüm emalı zavodu, heyvandarlıq-südçülük kompleksi, Sabirabad rayonunda istixana kompleksi, Yardımlı rayonunda meyvə tədarükü və emalı ilə məşğul olan limonad, su, kompot və mürəbbə sexi tikilib. Azərbaycanın regionlarında güzəştli kreditlərdən istifadə edilməklə yaradılan müəssisələrdən biri də ötən il Bərdədə fəaliyyətə başlayan Qarabağ Aqrar Sənaye Parkıdır. Aqrar-sənaye parkının tərkibinə 5 min tonluq logistik mərkəz, 4200 başlıq ətlik və südlük istiqamətli heyvandarlıq kompleksləri, illik 5,4 min ton istehsal gücünə malik ət kəsimi və emalı fabriki, saatda 10 ton yem istehsal edən zavod daxildir. Aqrar-sənaye parkının ümumi dəyəri 32 milyon manatdır. Bu müəssisələrin maliyyələşdirilməsinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 20,4 milyon manat güzəştli kredit verilib.

Əlamətdar haldır ki, Prezident İlham Əliyev yeni yaradılan aqrar-sənaye komplekslərinin bir çoxunun açılışında şəxsən iştirak edibsahibkarlara dəyərli tövsiyələr verib. Ağdaşda dövlət başçısının iştirakı ilə Gilan yem emalı zavodu istifadəyə verilib. Təxminən 8 hektar ərazidə yaradılan zavoda iki fabrik daxildir. Birinci fabrikin istehsal gücü saatda 15 ton preslənmiş yem və 20 ton açıq yemdir. İkinci fabrik isə saatda 45 ton preslənmiş yem istehsal etmək imkanına malikdir. Birnövbəli rejimində zavodda ümumilikdə 210 min ton yem istehsal etmək mümkündür.

Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən aqrar-sənaye komplekslərindən biri Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksidir. Ümumi dəyəri 25 milyon manat olan müəssisə regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının həyata keçirilməsinin bəhrəsidir. Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 26 hektardır. Müəssisəyə südlük ətlik istiqamətli heyvandarlıq kompleksləri, müasir suvarma sisteminin tətbiqinə əsaslanan əkinçilik təsərrüfatı aqroservis daxildir.

Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda istifadəyə verilənSağlam qidaaqrar-sənaye kompleksi isə 7 hektar ərazidə istehsal xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarətdir. Kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması satışı üzrə logistik mərkəz daxildir.

Yeni müəssisələr hesabına regionların ənənələri bərpa olunur

Yeni kənd təsərrüfatı müəssisələri yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan AstaradaAstaraçaykənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil.

Astaraçaykənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. ƏkilənKolxidaçay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sex müasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq yeni sitrus bağları salınır. Ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Lənkəranda yeniGilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib.

Yeni sitrus təsərrüfatında becərilən məhsuldar sitrus növlərindən yüksək dad keyfiyyətlərinə və əmtəəlik xüsusiyyətlərə malik meyvələr əldə ediləcək. İstehsal olunmuş meyvələrdən təzə haldaqida, qənnadı, kosmetik, ətriyyat və digər sənaye sahələrində, həmçinin şirə istehsalında və şərabçılıqda istifadə edilməsi nəzərdə tutulur. O cümlədən daxili bazarda satış üçün rayonda mövcud olan Gilan-Lənkəran konserv zavodunda meyvə şirəsi istehsal olunacaq. Sitrus təsərrüfatında ümumilikdə 1800 ton məhsul götürüləcək. Bu da 180 min nəfərin illik istehlak normasına bərabərdir.

Regionlarda aqrar-sənaye müəssisələrinin yaradılması əhalinin ərzaq təminatına müsbət təsir göstərib

Son illərdə ölkənin müxtəlif regionlarında yeni aqrar-sənaye komplekslərinin yaradılması sayəsində əhalinin daxili istehsal hesabına ərzaq məhsulları ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Belə bir faktı məmnunluqla vurğulamaq yerinə düşər ki, respublikamızda əhalinin daxili istehsal hesabına əsas ərzaq məhsulları ilə təminatı səviyyəsi iki dəfəyə qədər artıb.

Son illərdə Azərbaycanda aqrar sektorda ərzaq məhsulları istehsalının artım dinamikası heyvandarlıqda daha qabarıq şəkildə nəzərə çarpır. Təkcə son bir neçə ildə respublikanın 19 rayonunda 40 quşçuluq təsərrüfatına, 13 rayonda 20 heyvandarlıq və 8 rayonda südçülük komplekslərinə, 6 rayonda 7 ət kəsimi və emalı müəssisəsinə 240 milyon manat güzəştli kredit yönəldilib. Ölkədə heyvandarlığın inkişafında intensiv metodlardan istifadə edilməsinin rolunu xüsusi vurğulamaq lazımdır. Bu sahədə intensiv metodların tətbiqi sayəsində son bir ildə ölkəmizdə mal-qaranın baş sayı cəmi 21 faiz artdığı halda, ət istehsalında 46,4 faiz, süd istehsalında 53 faiz artım əldə olunub.

Mübariz ABDULLAYEV

Yeni azərbaycan.- 2016.- 7 may.- S.11