“Azərsun Holdinq” Milli
Kulinariya Mərkəzini 25 illiyi
münasibətilə təbrik edib
Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Kulinariya Mərkəzinin 25 illiyinə həsr olunmuş tədbir keçirilib. Adıçəkilən mərkəz ölkəmizin və Azərbaycan mətbəxinin təamlarının bütün dünyada tanıdılması üçün müstəsna xidmətlər göstərib.
Bu illər ərzində müxtəlif beynəlxalq festivallara qatılan azərbaycanlı kulinarlar dəfələrlə qaliblər sırasında yer alıblar. Hər zaman kulinarlarımızın yanında olan “Azərsun Holdinq” keyfiyyətli məhsulları ilə bu uğurların əldə olunmasında pay sahibi olaraq bu işdən şərəf duyur. Mütəmadi olaraq keçirilən yarışlarda “Azərsun Holdinq” tərəfindən istehsal olunan müxtəlif yağ və digər məhsullardan hazırlanmış yemək və şirniyyatlar beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən ən yüksək xallarla qiymətləndirilir.
Şirkətlər Qrupu tərəfindən
istehsal olunan “Super Sun” markası bu dəfə də kulinarlarımıza öz dəstəyini göstərərək qeyd olunan tədbirdə
onları təbrik edib, müxtəlif hədiyyələrlə
təltif edib.
Yeni Azərbaycan.-
2016.- 7 may.- S.12