NizamiKino Mərkəzində Ümummilli lider Heydər Əliyevə həsr edilmiş filmin təqdimatı olub

 

Mayın 10-da “NizamiKino Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr edilmişUnudulmaz” sənədli filminin təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, öncə Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Jurnalist Elnur Niftəliyevin çəkdiyi filmdə Ulu öndərin həyatının ABŞ-ın Klivlend şəhərindəki dövründən danışılır.

Ulu öndər Heydər Əliyev müayinə və müalicə olunmaq üçün 2003-cü il avqustun 6-da Klivlend klinikasına qəbul edilir. 1999-cu ildə Ümummilli liderin ürəyində aorta-koronar şuntlama əməliyyatı aparılıb. Sonrakı dövrdə O, bir neçə dəfə klinikada müayinə və müalicə olunub.

Filmin nümayişindən əvvəl rejissor Elnur Niftəliyev sənədli lent üzərindəki işindən danışıb.

Filmdə klinika həkimlərinin Heydər Əliyev haqqında xatirələri və fikirləri, bir çox digər maraqlı materiallar toplanıb. Məsələn, Klivlend klinikasının xarici əlaqələr şöbəsinin müdiri Nizar Zeyn, cərrah-kardioloqlar Murad TuzçiBrüs Laytl, habelə başqa işçilər Heydər Əliyev haqqında xatirələrini bölüşərək, Onun yüksək erudisiyasını, Vətənə məhəbbətini, ünsiyyətcil olmasını və böyük yumor hissini vurğulayıblar.

Filmin təqdimatında Yeni Azərbaycan Partiyasının, “Lider” telekanalının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, filmin yaradıcı heyəti iştirak ediblər.

Yeni Azərbaycan.- 2016.- 11 may.- S.6