“Türkologiya”
jurnalının 2016/1-ci sayı
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin orqanı olan “Türkologiya” jurnalının 2016-cı il üçün 1-ci sayı yaxın günlərdə işıq üzü görəcək.
“Türkologiya” jurnalının bu sayında Azərbaycan, rus, ingilis və türk dillərində Rusiya, Türkiyə, Qazaxstan, Türkmənistan, Almaniya, Albaniya və Azərbaycan alimlərinin məqalələri yer alır. Oxucu dilçilik, folklor, mifologiya, tarix və digər sahələrdə diqqətəlayiq elmi nümunələrlə qarşılaşacaq.
AMEA-nın Rəyasət Heyətinin qərarı ilə jurnal artıq daha geniş istiqamətləri əhatə edir. Beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik problemləri”, “Ədəbiyyat və folklor”, “Mifologiya”, “Fəlsəfə və tarix”, “Yazılı abidələr” rubrikalarında yer alan nəzəri məqalələr, həmçinin “Müzakirə və diskussiya”, “I Türkoloji qurultay”ın 90 illiyi, “Kitabi-Dədə Qorqud” dastanının dünya elminə tanıdılmasının 200 illiyi, “Türkoloji mərkəzlər”, “Elmi həyat”, “Personalia”, “Nekroloqlar” bölmələrində toplanan yazılar oxucuların marağına səbəb olacaq.
Beynəlxalq elmi jurnalın
qayəsi “Sovetskaya Türkologiya”
jurnalının ənənələrinin davamı və
türkologiyanı təkcə bu elmi istiqamətin deyil, digər
elm sahələrinin mütəxəssisləri
üçün də maraqlı etməkdir.
Yeni Azərbaycan.-
2016.- 14 may.- S.7