Əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir

Milli Məclisin deputatı Sevinc Hüseynova www.yap.org.az saytına müsahibə verib:

- Sevinc xanım, son illər Azərbaycanın bölgələri dinamik inkişaf etməkdədir. Bu inkişaf prosesində həyata keçirilən dövlət proqramlarının əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Bildiyiniz kimi, ölkəmizdə 2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları həyata keçirilir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır və bu proses böyük dinamika ilə müşahidə olunur. Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişib. Bu günbu proses uğurla davam edir. Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dinamik şəkildə inkişaf edir. Sevindirici haldır ki, bu inkişaf bütün sahələri əhatə edir. Əminliklə demək olar ki, regionların inkişafı ilə bağlı dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynamaqdadır.

Qeyd edim ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların növbəti mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa, bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur.

- Həyata keçirilən tədbir işsizliyinyoxsulluğun aradan qaldırılmasında nə dərəcədə rol oynayır?

- Əlbəttə ki, bu məsələ daim dövlətin diqqət mərkəzindədir. Qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində yüzminlərlə yeni yeri yaradılıb.

Regionların sosial-iqtisadi inkişafını şərtləndirən Dövlət proqramlarının ən mühüm tədbirlərindən biri yoxsulluğun azalmasına yönəlib. Yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən birini bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni yerləri yaratmaq təşkil edir. Bölgələrdə yeni yerlərinin açılması və işsizlik probleminin, demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib. Ötən dövrdə yoxsulluq təqribən 50 faizdən 5 faizə düşüb, işsizlik də 5 faiz təşkil edir. Bu göstəricilərə görə Azərbaycan hətta bir sıra inkişaf etmiş ölkələri qabaqlayır.

Hazırda da bu istiqamətdə tədbirlər davam edir və başlıca məqsəd əhalinin məşğulluğunun təmin olunmasıdır.

- Hazırda ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir. Sizcə, bu islahatlar perspektiv üçün nə vəd edir?

- Təbii ki, hazırkı şəraitdə qeyri-neft sektorunun inkişafı başlıca hədəflərdən biridir. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi bu məsələni olduqca aktual edir. Azərbaycan dünyanın bir parçası olduğu üçün dünyadaregionda baş verən proseslər ölkəmizə təsirsiz ötüşmür. Bu təsirlərin mənfi fəsadlarından sığortalanmaq üçün Prezident İlham Əliyev tərəfindən hökumət qarşısında müvafiq vəzifələr qoyulub. Hazırda ölkəmizdə islahatların yeni mərhələsi davam edir.

Sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırır. Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtdaregionlarda sosialiqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiqləyir.

- Sevinc xanım, regionlarda yeni sənaye, emal müəssisələri yaradılır ki, bu da qeyri-neft sektorunun inkişafına xidmət edir. Bu amil əhalinin rifahının yüksəlməsində nə dərəcədə rol oynayır?

- Şübhəsiz, regionlarda sənaye müəssisələrinin yaradılması çox əhəmiyyətlidir. Son illər ölkə üzrə yaradılan müəssisələrin böyük hissəsi regionların payına düşür. Bu, bölgə əhalisinin işlə təminatı baxımından ciddi fakt olmaqla yanaşı, bütövlükdə qeyri-neft sektorunun inkişafında mühüm amildir.

Son illərdə Prezident İlham Əliyevin ciddi səyləri sayəsində ölkəmizdə qeyri-neft sektorunun üstün inkişafının təmin edilməsi Azərbaycan iqtisadiyyatının qlobal risklərə, o cümlədən də neftin qiymətinin aşağı düşməsinə yüksək dayanıqlılıq göstərməsini şərtləndirən amillər sırasında mühüm yer tutur.

Ümumiyyətlə, ölkəmizdə qeyri-neft sektorunun daha da inkişafı üçün böyük potensial mövcuddur. Bilirsiniz ki, bölgələrdə sənaye məhəllələri yaradılacaq ki, bu da sənaye sahəsinin inkşafına ciddi təkan verəcək. Eyni zamanda, kənd təsərrüfatının, turizmin inkişafı üçün ardıcıl olaraq tədbirlər həyata keçirilir. Bütün bunlar nəticə etibarilə qeyri-neft sektorunun ÜDM-də payının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Ümumiyyətlə, regionların inkişafı bütün istiqamətlərdə özünü göstərir. Millət vəkili seçildiyim Gədəbəy rayonunda da abadlıq və quruculuq işləri uğurla davam edir. Bütövlükdə isə, açılan yeni yerləri, yaradılan infrastrukturlar əhalinin rifahının yüksəlməsinə də müsbət mənada ciddi təsir edir.

- Bəs hazırda sosial sahədə həyata keçirilən dövlət siyasəti haqqında nə deyə bilərsiniz?

- Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu, reallıqda da özünü doğruldur. Dünyada baş verən maliyyə-iqtisadi böhran şəraitində Azərbaycanda heç bir sosial layihənin icrası dayanmayıb, əksinə belə layihələr genişləndirilir.

Eləcə də bu ilin əvvəlində büdcədən maliyyələşən bir çox təşkilatlarda çalışan işçilərin əməkhaqları, təqaüdlər artırılıb. Bütün bunlar onu bir daha təsdiq edir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin prioritetidir.

Yeni Azərbaycan.- 2016.- 14 may.- S.6