Məktəblilər nağıl qəhrəmanlarını canlandırıblar

 

Mayın 16-da Bakı şəhəri Tahir Həsənov adına 23 nömrəli tam orta məktəbdə “Bizoxuyuruq” layihəsi çərçivəsində “Nağıllar aləminə səyahət” mövzusunda ədəbi-musiqili kompozisiya keçirilib. Tədbir Azərbaycan Respublikası təhsil nazirinin “Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə” əmrinə əsasən keçirilib.

AZƏRTAC xəbər verir ki, məktəbin direktoru Yuliya Kərimova tədbirin əhəmiyyətindən danışıb, uşaqların çıxışını yüksək dəyərləndirib, onlara daha böyük uğurlar arzulayıb.

Tədbirin təşkilatçısı, məktəbin müəllimi Sevda Əliyeva kompozisiyanın təşkilində əməyi olanlara minnətdarlığını bildirib. Qeyd olunub ki, tədbirin keçirilməsinin məqsədi uşaqlar arasında kitaba marağı artırmaq, mütaliə vərdişini yaratmaq, uşaqlar arasında dostluq və yoldaşlığı təbliğ etmək, onların nitq bacarığı və intellektual səviyyələrini inkişaf etdirməkdir.

KompozisiyaAltun kitab evi”ndə çapdan çıxmış “Mənim ilk kitabım” seriyasından olan nağıl kitabları əsasında təşkil edilib. Məktəbin birinci sinif şagirdləri sinifdənkənar oxu dərsində oxuduqları doqquz nağıl kitabı - “İtin dostluğu”, “Çətin ”, “Şirsiçan”, “Çil toyuqsiçan balaları”, “İki ayı balası”, “Göydən qoz yağır”, “Tənha qu quşu”, “Sehrli torba” və “Ağac - hər dərdə əlac “ kitabları əsasında səhnəciklər hazırlayıblar.

Şagirdlərin nağıllar əsasında hazırladıqları əl işləri də nümayiş etdirilib.

SondaBizoxuyuruq” layihəsində fəal oxucu kimi fərqlənən şagirdlərə xüsusi diplomlar təqdim olunub.

Tədbirdə “Altun kitab evinin nümayəndələri, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Yeni Azərbaycan.- 2016.- 17 may.- S.6