Professor İradə Hüseynovanın
“Tarix. Zaman. Düşüncələr”
çoxcildliyinin birinci
cildi işıq üzü görüb
Kitab dövrümüzün aktual
məsələlərinə, Ulu öndər Heydər Əliyevin çoxşaxəli dövlətçilik
və siyasi fəaliyyətinin təhlilinə
həsr olunub
Bakı
Dövlət Universitetinin
“Qafqaz xalqları tarixi” kafedrasının müdiri, “Erməni araşdırmaları” elmi-tədqiqat
laboratoriyasının rəhbəri,
tarix elmləri doktoru, professor, Əməkdar
müəllim, elm, təhsil
və innovasiyaların
inkişafındakı xidmətlərinə
görə Beynəlxalq
“Sokrat” mükafatı
laureatı İradə
Hüseynovanın “Tarix.
Zaman.
Düşüncələr” çoxcildliyinin birinci cildi çapdan
çıxıb. Kitab Ulu
öndər Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümü
ərəfəsində işiq
üzü görüb.
AZƏRTAC
xəbər verir ki, tanınmış tarixçi alim, ictimai xadim, professor İradə Hüseynovanın
35 illik gərgin əməyinin, yaradıcılığının
bəhrəsi olan çoxcildliyin birinci cildinə daxil edilmiş materiallar
1981-2002-ci illəri əhatə
edir. Poliqrafik cəhətdən nəfis
şəkildə nəşr
olunmuş bu kitabda Azərbaycanda çağdaş milli intibahın, milli dirçəlişin böyük
ideoloqu, müasir müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin
bütün aspektləri,
mərhələləri və
istiqamətləri vahid
sistem halında tədqiq olunub.
Xalqımızın Ümummilli lideri Heydər Əliyev şəxsiyyətinə böyük
məhəbbətlə qələmə
alınmış bu dəyərli monoqrafiyada Azərbaycan tarixinin ən yeni dövrünün
tam və aydın mənzərəsi nəzərdən
keçirilib.
Müəllifin geniş elmi ictimaiyyətə təqdim
edilən və “Müstəqil Azərbaycanın
təkamül yolu”, “Ən böyük amal ümummilli mənafeyə xidmətdir”,
“Rəylər. Düşüncələr. Təbriklər...” bölmələrindən ibarət olan “Tarix. Zaman. Düşüncələr” adlı fundamental monoqrafiyası istər məzmunu və mündəricəsi, istərsə
də araşdırılan
problemlərin elmi-nəzəri
dərinliyi, sanbalı
ilə diqqəti cəlb edir.
Əsərdə 2003-cü ildən Azərbaycan
Respublikasına rəhbərlik
edən, Heydər Əliyevin müdrik siyasi kursunun layiqli davamçısı,
Ulu öndərin işiqlı ideyalarını
gerçəkləşdirən Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi milli inkişaf prioritetləri, elmi əsaslarla yeritdiyi düşünülmüş sosial-iqtisadi strategiya barədə geniş təhlillər aparılıb.
Kitabda bildirilir ki, Ulu öndərin müəyyənləşdirdiyi siyasi-iqtisadi kursun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam və inkişaf etdirilməsi, dövlətimizin başçısının
balanslaşdırılmış uzaqgörən, praqmatik siyasəti ölkəmizin
nəinki Qafqazda, bütün dünya birliyində nüfuzunu möhkəmləndirib.
Kitabda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,
ISESCO-nun və UNESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın çoxşaxəli
fəaliyyətinin xalqımızın
milli-mədəni dəyərlərinin,
adət-ənənələrinin, tariximizin, elm, təhsil və mədəniyyətimizin
qorunub saxlanmasında rolu geniş surətdə əksini tapıb.
Monoqrafiyada, həmçinin gender təhsili,
ölkəmizin təhsil
sistemində qadınların
rolu, qadın təhsili və gender bərabərliyi, qadın
təhsilində mövcud
problemlər və onların aradan qaldırılması yolları
ilə bağlı dəyərli araşdırmalar
aparılır.
“Tarix. Zaman. Düşüncələr”
çoxcildliyinin birinci
cildində Azərbaycanın
müxtəlif dövrlərdə
keçdiyi tarixi yol, müstəqillik uğrunda mübarizəsi,
ölkəmizin hərtərəfli
inkişafı, bu inkişafa gətirən amillər, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin Azərbaycan tarixində oynadığı
rol, ölçüyə
gəlməz xidmətləri,
müasir dövrdə,
yeni geosiyasi məkanda ölkədə
əzmlə aparılan
dövlət quruculuğu
məsələləri, beynəlxalq
aləmdə Azərbaycanın
yeri və rolu və s. kimi məsələlər
tədqiq olunur. Burada oxucu onu maraqlandıran
hər bir sahə - elm, təhsil, tarix, iqtisadiyyat, siyasət, kənd təsərrüfatı, beynəlxalq
və sosial həyat, geosiyasət, hüquq, ədəbiyyat və incəsənət barədə dolğun məlumatlar ala bilər.
Professor İradə Hüseynova ölkəmizdə tanınmış
tarixçi alim olmaqla yanaşı, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətini
araşdıran, müstəqil
Azərbaycan dövlətinin
yaranması, inkişafı
və möhkəmləndirilməsində
Ulu öndərin əvəzsiz xidmətlərinə
həsr olunmuş ilk doktorluq dissertasiyasının
müəllifidir. Alimin bu
istiqamətdə 8 monoqrafiyası,
200-dən artıq elmi
məqaləsi nəşr
edilib, ölkəmizdə
və xaricdə keçirilən nüfuzlu
elmi beynəlxalq forumlarda, konfranslarda böyük rəğbətlə
qarşılanan çoxsaylı
məruzələri dinlənilib.
Tanınmış tarixçi alim,
YAP Siyasi Şurasının
üzvü İradə
Hüseynovanın bu mövzuda olan monoqrafiyaları - “Dövlətçilik
naminə” (Bakı,
2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı,
2003), “Müstəqil Azərbaycan
dövlətinin qurucusu”
(Bakı, 2004), “Qeydar Aliev- ot politiçeskoqo
rukovoditelə k obhenaüionalğnomu
lideru” (Baku, 2005), “İstoriə
narodov Kavkaza” (Bakı 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2009) və s. əsərləri
kimi “Tarix. Zaman. Düşüncələr” çoxcildliyi də
Heydər Əliyev irsinin öyrənilməsi
istiqamətində mühüm
addımdır.
Çoxcildli əsərin elmi redaktoru tarix elmləri doktoru, professor Əli Həsənov, rəyçisi Azərbaycan
Milli Elmlər Akademiyasının həqiqi
üzvü Teymur Bünyadovdur.
Azərbaycan
tarixşünaslıq elminə böyük
töhfə olan bu fundamental əsər müxtəlif sahələrdə
çalışan tarixçilər, alimlər, politoloqlar, beynəlxalq hüquq,
beynəlxalq münasibətlər, tarix, ictimai və siyasi elmlər
sahələrində çalışan mütəxəssislər,
siyasətçilər, qafqazşünaslar,
həmçinin müəllimlər və tələbələr
üçün nəzərdə tutulub.
Yeni Azərbaycan.-
2016.- 17 may.- S.5