“London LIVE”
kanalında “Sonsuz dəhliz” filmi nümayiş etdirilib
Mayın 19-da “London
LİVE” televiziya kanalında
ABŞ və Litva kinematoqrafçılarının birgə istehsalı olan “Sonsuz dəhliz”
(“Endless corridor”) sənədli filmi nümayiş etdirilib. Filmin bu kanalda nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən “Xocalıya
ədalət!” təbliğat-təşviqat
kampaniyası çərçivəsində
Avropa Azərbaycan Cəmiyyəti tərəfindən
təşkil edilib.
“Sonsuz dəhliz”
sənədli filmi şahid ifadələri əsasında lentə alındığı üçün
Xocalı hadisələrinin
bütün reallığını
əks etdirir. Film beş il müddətində böyük
əmək sərf edilərək hazırlanıb.
Xocalıda törədilmiş kütləvi insan qırğınını daha
dərindən dərk
etmək üçün
bu film əvəzsiz ekran əsəridir.
Xatırladaq ki, filmin dünya üzrə ilk premyerası 2014-cü il iyulun 1-də Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında
(BAFTA) keçirilib. Təqdimatda Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. “Sonsuz dəhliz”
filmi prodüserlər
Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı
Cerald Rafşun
(ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi
Ayronz tərəfindən
səsləndirilib.
2015-ci ildə beynəlxalq
səviyyədə uğurla
keçən premyerasından
sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçiləri
tərəfindən rəğbətlə
qarşılanıb. Bu film Madrid şəhərində
keçirilən “Tenerife” Beynəlxalq
Film Festivalında “Ən
yaxşı sənədli
film” və “Sənədli
filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq
Kinematoqrafçılar Festivalında
“Sənədli filmin ən yaxşı montajı” mükafatına,
eləcə də
ABŞ-da keçirilən
Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata - 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa”,
2016-cı ilin yanvar ayında “Humanitar” mükafatlarına layiq görülüb.
Film “Xocalıya ədalət!”
təbliğat-təşviqat kampaniyası çərçivəsində
Türkiyənin “TRT 1”, “Kanal 24”, “CNN Türk” kanallarında, Albaniyanın Milli Televiziyasında, İsrailin
“Channel 1” və “Eurochannel”
kanallarında nümayiş etdirilib.
Yeni azərbaycan.-
2016.- 21 may.- S.8