Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim olunub

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya mayın 19-da Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomu təqdim edilib.

Moskva Dövlət Humanitar İqtisad Universitetinə gələn Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə tələbələrlə görüşüb. Sonra ali təhsil ocağının qonaqlarına universitetin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Moskva Dövlət Humanitar İqtisad Universitetinin rektoru Vaqif Bayramov bildirib ki, bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri təhsil almaları üçün bütün şərait yaradılıb. Rektor deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 9 il əvvəl universitetin qonağı olub, təhsil ocağının müəllim-tələbə heyəti ilə görüşüb. Universitetin 20 illiyində Leyla Əliyevanın təşəbbüsü ilə ali təhsil ocağının kompyuter otağı müasir texnologiya ilə təchiz edilib, linqvistika otağına yeni avadanlıqlar hədiyyə olunub. Diqqətə çatdırılıb ki, universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridir.

Universitetin rektoru Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Leyla Əliyevanın Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına diplomuna layiq görüldüyünü bildirib.

Bu fəxri ad Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Rusiya Federasiyası ilə dostluq əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin, mədəniyyətinin qorunub saxlanılması populyarlaşmasına verdiyi töhfələrə görə ötən il noyabrın 4-də Moskvada Böyük Kreml Sarayının Georgiyevski zalında Rusiya Prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla ƏliyevayaPuşkinmedalını təqdim edib. Bundan başqa, Heydər Əliyev Fondunun vitse-prezidentiHəştərxan vilayəti qarşısında xidmətlərinə görə”, “Volqoqrad vilayəti qarşısında xidmətlərinə görəmedallarına, habelə III dərəcəliMüqəddəs Mələksima Knyaginya Olqaordeninə layiq görülüb.

Rektor Vaqif Bayramov universitetin fəxri professoru diplomunu mantiyanı Leyla Əliyevaya təqdim edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu yüksək etimada görə təşəkkürünü bildirərək deyib: “Mən buraya gəldiyim andan səmimi, isti, həyat eşqi ilə dolu bir şəraitə düşdüm. Burada 9 il bundan əvvəl olmuşdum. Hazırladığınız filmə görə sağ olun. Bu, olduqca təsirli dəyərli əsərdir. İnanıram ki, həyatda heç təsadüfi olmur. Bizim hamımızı Ulu Tanrı qoruyur, onun sayəsində möcüzələr baş verir. Əsas məsələ buna inanmaq, öz qəlbini açmaq, heç nədən qorxmamaqdır.

Bu ali məktəbin bütün müəllimlərinə ayrıca təşəkkür etmək istəyirəm, çünki siz bu işə can qoyursunuz, adi insanlarla müqayisədə siz həyata daha böyük dəyər verirsiniz. Hər şeydə gözəlliyi görmək bacarığınıza görə sağ olun. Bu gün biz videoda sizin qələbələrinizi gördük, onlar çox böyük qürur heyranlıq hissinə layiqdir.

Heydər Əliyev Fondu öz fəal işini davam etdirir - bu, incəsənətə , xeyriyyəçiliyə , ekologiyaya da aiddir. Hazırda biz ekologiyaya xeyli vaxt həsr edirik, çünki həyatdan qiymətli, hətta bir yarpağın, bir böcəyin həyatından da qiymətli heç yoxdur. Nəsli kəsilmək təhlükəsi olan heyvanların müdafiəsi üzrə böyük layihələrimiz var. Bilirəm ki, Rusiyada da bu sahədə çox görülür. Sizə təbiət qoynunda daha çox vaxt keçirməyinizi, həyatı qiymətləndirməyinizi, möcüzəyə inanmağınızı arzulamaq sözlərimi bununla tamamlamaq istəyirəm ki, biz Bakıda da belə bir filial açmağı çox arzu edirik”.

Leyla Əliyevaya universitet adından hədiyyələr təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti tələbələrin suallarını cavablandırıb.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndəsi Arif Babayev Rusiya-Azərbaycan əlaqələrindən danışıb, bu əlaqələrin bütün sahələrdə inkişaf etdiyini bildirib. O, Leyla Əliyevanın bu yaxınlarda Moskvada işıq üzü görmüş şeirlər toplusuna oxucular tərəfindən böyük marağın olduğunu diqqətə çatdırıb.

Daha sonra universitetin tələbələrinin iştirakı ilə konsert proqramı təqdim olunub.

Sonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva universitetin xatirə kitabına ürək sözlərini yazıb.

Yeni azərbaycan.- 2016.- 20 may.- S.6