Regionların inkişafı diqqət mərkəzindədir

 

2016-cı ilin ötən dövrü ərzində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlarda mühüm abadlıq-quruculuq işləri görülüb

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu əldə olunan nailiyyətlərin davamlılığını təmin edir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtdaregionlarda sosialiqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır.

Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Onu da qeyd edək ki, ötən 13 ildə respublikada açılan yeni yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Eyni zamanda, insanların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan parklar, geniş istirahət zolaqları bugünkü ümumi inkişaf tendensiyasına xüsusi rəng qatır.

Vurğulayaq ki, bu ilin 9 ayı ərzində də bütün bölgələrdə, o cümlədən Gəncə-Qazax iqtisadi rayonuna daxil olan rayonlarda da abadlıq-quruculuq, yenidənqurma işləri davam etdirilib. Məsələn, bu ilin 9 ayında iqtisadi rayona daxil olan Ağstafa rayonunda abadlıq-quruculuq və təmir-tikinti sahəsində sürətli inkişaf təmin edilib. Rayonun sərhəd ərazisində yerləşən Köhnəqışlaq kənd orta məktəbinin tikintisi davam etdirilir. Bundan başqa, rayonun Muğanlı, Poylu, Qaçaq Kərəm, Köçəsgər, Həsənsu, Pirili kəndlərinin məktəb binalarında və Uşaq Gənclər İdman məktəbində təmir işləri aparılıb. Hesabat dövründə Körpələr evi-uşaq bağçalarının maddi texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər görülüb. Rayonun Aşağı Kəsəmən kənd körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılıb, Dağ Kəsəmən kənd 2 saylı körpələr evi-uşaq bağçasında təmir işləri aparılıb.

Bu ilin ötən 3 rübündə Ağstafa şəhərinin abadlaşdırılması, küçə və meydanların yenidən qurulması, çoxmənzilli yaşayış bunalarının təmiri işləri ön plana çəkilib. Şəhərin Eyvaz Qələmçəli, Nüsrət Kəsəmənli, Həmid Abbas və Səməd Vurğun küçələrində abadlıq-yenidənqurma işləri başa çatdırılıb, fərdi yaşayış evlərinin və mənzillərin dam örtükləri və fasadlarında əsaslı təmir işləri aparılıb. Eləcə də şəhərin M. Allahverdiyev küçəsində 20 və 22, R. Alıcanov küçəsində 1 və 2, C.Cabbarlı küçəsi 38 və H.Arif küçəsində 33 mənzilli yaşayış binalarında təmir işləri aparılıb, yaşayış binalarının dam örtükləri, pilləkən boşluqları və həyətlərində təmir-bərpa işləri görülüb. Ötən dövr ərzində 12,7 km suvarma arxları təmizlənib, 44,7 km yol xırlanıb, 83 ədəd elektrik dayaqları yenisi ilə əvəz edilib. Bundan başqa, rayonda 16 ədəd subartezian quyusu təmir olunub, 27 su keçidi salınıb, 7 elektrik transformatoru təmir olunub, 3,3 km uzunluğunda içməli su xətti təmir edilib, 2 ədəd yeni idman meydançası salınıb. Rayonun Muğanlı kəndində istirahət parkı tikilib istifadəyə verilib.

Hazırda rayonda Ağstafaçay çayının üzərindəki qəzalı körpünün, Kür çayı üzərindəki və Acı dərədəki avtomobil körpülərinin Ağstafa şəhərindəki yol ötürücüsünün tikinti işləri aparılır. Rayonun Xətai-Aşağı Kəsəmən-Zəlimxan və Köçvəlili-Qarayazı, Tatlı-Köhnəqışlaq, Poylu-Düzqışlaq, st.Tatlı-Köçəsgər avtomobil yollarında cari təmir işləri aparılıb.

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Daşkəsən rayonunda ötən dövr ərzində bir çox təmir-tikinti, abadlıq, quruculuq işləri davam etdirilib. Rayonun Quşçu həkim məntəqəsində, Zinzahal kənd klubunda və Əhmədli kənd mədəniyyət evində təmir işləri görülüb. Daşkəsən şəhər N.Nərimanov adına 3 saylı tam orta məktəbin dam örtüyü, Daşkəsən qəsəbə tam orta məktəbin döşəməsi yenisi ilə əvəz olunub. Daşkəsən şəhərində 7 çoxmərtəbəli yaşayış binası təmir edilib. Yeni yaradılmış kənd təsərrüfatı idarəsinin inzibati binasında, Alunitdağ qəsəbəsində 35/6 kv-luq elektrik yarımstansiyasında son tamamlama işləri görülür.

Ötən hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında Daşkəsən şəhərində, Daşkəsən qəsəbəsində və Qabaqtəpə kəndində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi yaşayış evinin tikintisinə başlanılıb və hazırda tikinti işləri davam etdirilir.

Gəncə-Qazax iqtisadi rayonunun mərkəzi sayılan Gəncə şəhərində də ötən dövr ərzində mühüm abadlıq-quruculuq və təmir işləri aparılıb. Bakı-Qazax avtomobil yolunun sağ tərəfində, 15 hektar torpaq sahəsində “NB Satınalma və Ticarət” MMC tərəfindən tikinti materialları istehsalı zavodunun, “MFK” MMC-nin illik istehsal gücü 30 milyon şərti müxtəlif ölçülərdə kərpic olan müəssisənin, “Elba Kəsim və Emal Fabrikası” MMC-nin inşası davam etdirilir.

Şəhərdə “Gəncəçay” park-bulvar kompleksinin davamı olaraq çayın sağsol hissəsində ümumilikdə 3,200 metr ərazidə müasir memarlıq üslubunda bulvar salınması nəzərdə tutulur. Şəhərin Vəli Xuluflu küçəsində çayın kənarında yerləşən 129 evin yaxın günlərdə söküntüsünə başlanılacaq. Köçürülən ailələr üçün dövlət hesabına fərdi yaşayış evlərinin tikintisinə start veriləcək. 2012-ci ildə inşasına başlanılan, 1,4 hektar ərazidə yerləşən, 6 mərtəbəli Gəncə Dövlət Filarmoniyasından son tamamlama işləri aparılır və binanın gələn ilin ilk aylarında təhvil verilməsi nəzərdə tutulur. Şəhərin Atatürk prospektində 264 və 266 ünvanda inşa edilən 50 mənzilli beşmərtəbəli yaşayış binasının, həmçinin bu prospektdə 4 ədəd yeddimərtəbəli, 2 ədəd beşmərtəbəli yaşayış binasının, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində, keçmiş Toxuculuq Kombinatının yataqxanalarında yaşayanlar üçün 3 ədəd 3 bloklu doqquzmərtəbəli bina, 1 ədəd, 1 bloklu onmərtəbəli bina, ümumilikdə 249 mənzilli çoxmərtəbəli yaşayış binalarının tikintisi isə sürətləndirilib.

Şəhərin Cavad xan küçəsi, 34 ünvanda hər biri yeddimərtəbəli olan uyğun olaraqMajestik Palace” və Hacıkənd qəsəbəsində “ARFA” mehmanxanalarının inşası davam etdirilir. Ş.İ.Xətai prospekti ilə V.Xuluflu küçəsinin kəsişməsində Gəncə şəhər Prokurorluğunun müasir tələblərə cavab verən yeni inzibati binasının bu ilin sonuna qədər istifadəyə verilməsi nəzərdə tutulur. Eyni zamanda, Gəncə-Şəmkir avtomobil yolunun sağ tərəfində 4,75 hektar torpaq sahəsində Məhkəmə Kompleksinin tikintisinin layihə-smeta sənədi hazırlanır. Kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal etdikləri məhsulların satışı üçün hər bir şəraiti olan, təxminən 17,0 hektar ərazidə inşası aparılan “Bazar Store” MMC-də tikintisi sürətləndirilib.

Bundan əlavə, Gəncə şəhərində üç yeraltı keçidin inşa olunacağı da planlaşdırılır. Ekoloji vəziyyətin sağlamlaşdırılması sahəsində görülən praktik işlər nəticəsində hesabat dövründə şəhərin müxtəlif ünvanlarında 5 hektardan çox qazon salınıb və 87 min 860-a yaxın ting, kol və çiçək əkilib.

Şəhərdə həyata keçirilən layihələr sırasında yeni körpələr evi-uşaq bağçalarının inşası, mövcudlarının isə ən müasir səviyyədə yenidən qurulması sahəsində işlər görülür. 240 yerlik 31 nömrəli və 280 yerlik 25 nömrəli Körpələr evi-uşaq bağçaları əsaslı təmirdən sonra istifadəyə verilib. 120 yerlik 1 nömrəli və 240 yerlik 44 nömrəli Körpələr evi-uşaq bağçalarında isə yenidənqurma və əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda Zülfüqar Məmmədov küçəsi və Məhsəti qəsəbəsində hər biri 120 yerlik Körpələr evi-uşaq bağçalarının tikintisi sürətləndirilib.

Gəncə şəhərində İ.Qayıbov adına 1¹-li, M. Müşfiq adına 14¹-li, S. Vurğun adına 41¹-li, İ.Nəsimi adına 44¹-li orta məktəblərdə, eləcə də 25¹-li, 44¹-li Körpələr evi-uşaq bağçaları, 5¹-li şəhər poliklinikası və 1¹-li Peşə məktəbinin əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Bundan başqa, Gəncə Dövlət Universitetinin üç tədris korpusunda əsaslı təmir işləri aparılıb, 5-ci tədris korpusunda isə əsaslı təmir və tikinti işləri davam etdirilir. Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni ikinci yataqxana binası, Azərbaycan Dövlət Aqrar Universitetinin mexanizasiya korpusu, 360 şagird yerlik 1¹-li Peşə liseylərində tikinti işləri davam edir.

Hesabat dövründə A.Səhhət adına 1 nömrəli şəhər xəstəxanası, Yoluxucu xəstəliklər xəstəxanası və 6 saylı poliklinika əsaslı təmir edilərək şəhər sakinlərinin istifadəsinə verilib.

2016-cı ilin ötən üç rübü ərzində Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Goranboy rayonunda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Bu dövrdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin inzibati binasının tikintisi davam etdirilib. Rayon Kənd Təsərrüfatı idarəsinin inzibati-laboratoriya binasının tikintisi başa çatdırılıb. Şəhər 3 saylı uşaq bağçasında bərpa və əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib.

Rayonda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün beş ədəd fərdi evin tikintisi aparılır. Eləcə də, Goranboy-Goran avtomobil yolunda 4 km ikitərəfli yolun tikintisi başa çatdırılıb, yola asfalt örtük salınıb, 2 min 200 metr kabel çəkilib və işıqlandırma sistemi istismara verilib.

Goranboy şəhərinin S.Civəzadə küçəsində, Şəhidlər Abidə Kompleksindən N.Nərimanov küçəsinədək uzunluğu 150 metr hasarın 298 kv.m hissəsi aqlay daşı ilə üzlənib. Şəhərin Heydər Əliyev prospektinə, İ.İsmayılov, Nizami, A.Məmmədov, Dədə Qorqud küçələrinə, C.Cabbarlı küçəsində yerləşən beş mərtəbəli və 2 mərtəbəli yaşayış binalarının həyətinə, xəstəxanadan Qarasüleymanlı kəndinə gedən yola 11 min 892 kv.m asfalt örtük salınıb.

31 Mart - Azərbaycanlıların soyqırımı abidəsində 70 kv.m hasar yenidən tikilərək mərmərlə üzlənib. Nizami Gəncəvi adına parkdaV.Bayramov küçəsində 120 metr hasar bərpa olunub. Şəhərin R.Mustafayev küçəsində piyadaların gediş-gəlişi üçün 540 kv.m səki tikilib.

Vurğulamaq lazımdır ki, bu ilin ötən dövrü ərzində Goranboy şəhəri ilə Rəhimli və Balakürd kəndləri arasında avtomobil yolunun kənarında 96 ədəd işıqlandırma dirəkləri quraşdırılaraq istismara verilib.

2016-cı il aprelin 2-dən 5-dək erməni hərbi birləşmələrinin atəşkəsi pozması nəticəsində düşmənlə təmas xəttində yerləşən Tap Qaraqoyunlu və Zeyvə kəndlərində fərdi evlərə, sosial-infrastruktur obyektlərinə dəyən ciddi ziyanın aradan qaldırılması üçün müvafiq addımlar atılıb. Ötən müddətdə işıq, qaz və içməli su xətlərinə dəymiş ziyan aradan qaldırılıb. Ziyan dəymiş fərdi evlərin bərpası ilə bağlı Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən Tap Qaraqoyunlu kəndində tamamilə dağıdılmış 4 ev, Zeyvə kəndində isə 1 evin tikintisi başa çatmaq üzrədir. Eləcə də Tap Qaraqoyunlu kəndində ziyan dəymiş 14 ev əsaslı təmir edilib, qismən ziyan dəymiş 219, Zeyvə kəndində isə 5 evin təmiri üçün tələb olunan tikinti materialları ev sahiblərinə təqdim edilib.

2016-cı ilin ötən dövründə rayon mərkəzi ilə yanaşı yaşayış məntəqələrində də abadlıq-quruculuq işləri davam etdirilib. 2013-2016-cı illərdə ümumilikdə Azərbaycan ikinci Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə rayonda 34 layihə həyata keçirilib. Təkcə 2016-cı ilin birinci yarısında bu təşkilat tərəfindən bütün bu layihələrin icrası nəticəsində 326 km kəndarası yollar yenidən qurulub, 31,3 km içməli su xətti çəkilib, tikinti-təmir işləri həyata keçirilib.

Bundan başqa, SEDA layihəsi çərçivəsində ilin ötən dövründə Goranlı kəndində tibb məntəqəsi, elektron kitabxana, Əzizbəyov kəndində həkim məntəqəsi tikilərək istifadəyə verilib. Qaradağlı kənd tam orta məktəbində və Xoylu kənd uşaq bağçasında yeni istilik sistemi quraşdırılıb. Hazırda uşaq bağçasında əsaslı təmir işləri aparılır.

Gəncə-Qazax iqtisadi rayonunun Göygöl rayonunda isə müvafiq Dövlət Proqramı çərçivəsində mühüm işlər görülüb. Göygöl şəhərinin D.Qorqud, Həsən bəy Zərdabi küçələrinə və kəsişməsinə, eyni zamanda R.Nəsibov məhəlləsinə 13439 kv.m, səkilərə 4916 kv.m, asfalt örtük salınıb, 1435 p/m su ötürücü arxlar və 183 p/m səki daşları düzülüb. Göygöl şəhərinin küçələrində dağılmış asfalt hissələri frezlənib və yenidən 3412 m2 asfalt örtük salınaraq cari təmir işləri aparılıb. Eyni zamanda 30 km yol örtüyü yol boyası ilə rənglənib. Şəhərin R.Nəsibov və 21-ci məhəllələrində, Dadaş Bayramov küçəsində yerləşən çoxmənzilli binaların 12 ədədinin fasad hissəsi suvanaraq rənglənib, 4 binanın dam örtüyü dəyişdirilib, Göygöl şəhərində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansında olan 17 fərdi yaşayış evində təmir işləri aparılıb. Azərbaycan İkinci Kənd İnvestisiya Layihəsinin maliyyə dəstəyi ilə Şəhriyar, Kərəmli, Qızılca, Nadil, Çaylı, Zurnabad, Göyçəkənd, Balçılı, Üçtəpə və Toğanalı kəndlərinin daxili yollarının 78,2 kilometri, həmçinin Məcburi Köçkünlərin Sosial-İnkişaf fondu tərəfindən Mollacəlilli kəndində 7 kilometr, ümumilikdə 85,2 km kənddaxili yollara çınqıl verilərək təmir edilib. Rayonun ən ucqar kəndi olan Tülallar avtomobil yolu təmir olunub.

Bu dövrdə Göygöl rayon Kənd Təsərrüfatı İdarəsinin tikintisi başa çatdırılıb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Göygöl rayon şöbəsi üçün inzibati binanın, müasir tipli otelin, Göygöl rayonunda yerləşən Azərbaycan Respublikası Süni Mayalama Mərkəzinin maddi texniki bazasını möhkəmləndirmək üçün müasir tələblərə cavab verən yeni 40 başlıq kompleksin tikintisi davam etdirilir.

Rayonun Şəhriyar kəndində uşaq bağçası, Mollacəlilli kənd tam orta məktəbi, Çaykənd kənd tam orta məktəbinin bir hissəsi, Qarabulaq kənd tam orta məktəbi əsaslı təmir edilib, Mollacəlilli kənd tam orta məktəbində 100 şagird yerlik əlavə sinif otağı tikintisiMixaylovka klubu və kitabxanasının təmiri davam etdirilib. Göygöl Mərkəzi Rayon Xəstəxanası və Yeni Zod kənd həkim məntəqəsinin təmiri işləri də davam etdirilir.

Gəncə-Qazax iqtisadi rayonunun Qazax rayonunda da abadlıq-quruculuq işləri yüksək səviyyədə davam etdirilib. 2016-cı ilin ötən dövrü ərzində Qazax Elektrik şəbəkəsi tərəfindən 10 kv hava xəttində 19,53 km, 0,4 kv hava xəttində 11,05 km uzunluğunda cari təmir işləri aparılıb, 479 ədəd yararsız dayaqlar yenisi ilə əvəz edilib və 501 ədəd transformator cari təmir olunaraq sxemə qoşulub. Əhali tərəfindən 328 yeni tikilmiş evlərə sayğaclar quraşdırılıb, 4,44 km uzunluğunda giriş xətləri çəkilib, 900 ədəd zədəli sayğaclar yeni elektron sayğaclarla əvəz edilib.

Coğazçay-Qazax magistral su xəttində baş vermiş qəzalar nəticəsində diametri 530 mm-lik magistral su xəttinin 20 p/m hissəsi yenisi ilə əvəz olunub və Dəmirçilər kəndi ərazisində magistral xəttin çayın içərisindən keçən hissəsində 300 p/m su xəttinin alt hissəsi çınqılla doldurulub bərkidilib.

Qazax Mənzil İstismar Sahəsi tərəfindən balansında olan 19 çoxmənzilli binanın blok və fasadlarında təmir işləri aparılıb. Mənzil İstismar Sahəsi ötən dövr ərzində 3 binanın dam örtüyündə köhnə azbest şiferləri yeni metal kirəmitlərlə əvəz edib. Ötən dövr ərzində rayonun uzunluğu 7 km olan Cəfərli, uzunluğu 5 km olan Fərəhli kəndlərinin yollarına, həmçinin Quşçu Ayrım, Məzəm və Çaylı kəndlərinin kənddaxili yollarına çınqıl döşənib. Rayon ərazisindən keçən magistral avtomobil yolunda və Yuxarı Salahlı-Kəmərli avtomobil yolu təmir olunub, Aslanbəyli kəndində bardurlar düzülərək səkilərə asfalt örtüyü vurulub.

Gəncə-Qazax iqtisadi rayonuna daxil olan Samux rayonunda da bu dövrdə bir sıra işlər görülüb. Belə ki, hesabat dövründə rayonun Qarabağlar və Lək kəndlərində əhalinin içməli və məişət istifadəsi üçün su təchizatının yaxşılaşdırılması məqsədilə su xətləri çəkilib, bulaqlar inşa edilib. Qarabağlar kəndində 40 ədəd və Lək kəndində 32 ədəd bulaq inşa edilib. Rayonun Qarayeri qəsəbəsi və Qovlarsarı kəndində 7 yaşayış binasında təmir işlərinə başlanılıb və hər biri 1040 m2 olmaqla, ümumilikdə 7280 m2 dam örtüyü yenisi ilə əvəz olunub. Binaların fasad hissələri əsaslı təmir edilib, binaların girişlərinə dəmir qapılar quraşdırılıb və ətraflarında abadlıq işləri həyata keçirilib. Alabaşlı qəsəbə 1 saylı uşaq bağçasında yenidənqurma və bərpa işləri başa çatdırılaraq istifadəyə verilib, Samux şəhər 4 saylı uşaq bağçasında təmir işləri aparılıb.

Bununla yanaşı, rayon Elektrik Şəbəkəsi üçün yeni inzibati binanın tikintisinə başlanılıb, hazırda tikinti işləri davam etdirilir. Rayonun Qarayeri və Alabaşlı qəsəbələrində, Sərkar, Ziyadlı, Hacıalılı, Füzuli, Seyidlər və Qədli kəndlərində Kənd İnvestisiyası Layihəsi çərçivəsində küçə və yolların təmirinə, park və xiyabanların yenidən qurulması layihələrinin icrasına başlanılıb. Layihə çərçivəsində Qarayeri qəsəbəsində 20,5 km, Alabaşlı qəsəbəsində 4 km, Sərkar kəndində 11 km, Ziyadlı kəndində 13 km, Seyidlər kəndində 7 km, Qədli kəndində 5 km, Füzuli kəndində 13,5 km, Hacıalılı kəndində 11 km yolda təmir işləri başa çatdırılıb. Təmir prosesində su keçidləri yenilənib, arxlar qaydaya salınıb. Su keçidlərinə Qarayeri qəsəbəsində 76 m, Sərkar kəndində 53 m, Ziyadlı kəndində 50 m, Hacıalılı kəndində 24 m, Fizuli kəndində 45 metr boru istifadə olunub. Ziyadlı kəndində 1700 metr uzunluğunda içməli su xətti çəkilib. Eyni zamanda layihə çərçivəsində Yuxarı Ağasıbəyli kəndinin küçələrinə içməli su xətləri çəkilərək, 50 ədəd bulaq quraşdırılıb.

Bununla bərabər Zazalı, Tatlı, Qiyaslı, Lək, Çobanabdallı və Qarabağlar kəndlərində daxili küçə və yollara balans verilərək, hamarlama işləri aparılıb. Uzunluğu 7 km olan Qarayeri-Qaraarx avtomobil yolunun əsaslı təmiri başa çatdırılıb, həmin yola yeni asfalt örtüyü salınıb. Rayon mərkəzinin Şəhidlər küçəsi və Alıncalı küçəsinin qalan hissəsində əsaslı təmir işləri aparılıb, burada olan su keçidləri dəyişdirilib.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 3 noyabr.- S.8