Regionlarda sahibkarlığın inkişafı diqqət mərkəzində saxlanılır

 

2016-cı ilin ötən dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə sahibkarlıq subyektlərinin 2032 investisiya layihəsinin maliyyələşdirilməsinə 134 milyon manat güzəştli kredit verilib

Məlumdur ki, dünyanın qabaqcıl ölkələrində iqtisadiyyat əsasən kiçikorta sahibkarlığın dəstəklənməsi hesabına inkişaf edir. Həmin ölkələrin istehsalının əsasında məhz özəl müəssisələrdə buraxılan müxtəlif növ məhsullar dayanır. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycan da məhz bu yolu tutaraq paytaxt Bakıda və respublikanın regionlarında özəl bölmənin inkişafına davamlı dəstək nümayiş etdirir.

Maddi dəstək tədbirlərinin gücləndirilməsi sahibkarlığın inkişafında mühüm rol oynayır

Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Respublikamızda özəl bölmənin inkişaf etdirilməsi məqsədilə özəlləşdirmə həyata keçirilib, ayrıca proqramlar qəbul edilib, hüquqi-qanunvericilik bazası möhkəmləndirilib. Ölkədə sahibkarlığın inkişafının təşviq edilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu təsis edilib. Prezident İlham Əliyevin 2014-cü il martın 3-də imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərman özəl bölmənin inkişafının yeni mərhələsinin hüquqi təminatlarını özündə əks etdirir. Sahibkarlıq subyektlərinin maliyyə təminatının gücləndirilməsi ölkədə özəl bölmənin inkişafında xüsusi rol oynayır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdakı nitqində 2004-cü ildən etibarən respublikamızda sahibkarlara göstərilən maliyyə dəstəyinin artmasından və cari ildaxil olmaqla 2 milyard manata çatmasından məmnunluq ifadə edərək vurğulayıb: “Biz sahibkarlığın inkişafına böyük dəstək vermişik. Güzəştli şərtlərlə 1,7 milyard manat kreditlər verilmişdir. Əgər biz bu ili də nəzərə alsaq, 2 milyard manat təşkil edəcəkdir”.

Əlamətdar haldır ki, özəl bölməyə ayrılan vəsaitlərin təxminən 77 faizi qaytarılan kreditlər hesabına formalaşır. Bu da özlüyündə kifayət qədər müsbət göstəricidir və sahibkarların dövlətin onlara göstərdiyi maddi dəstəkdən səmərəli istifadə etdiklərini təsdiqləyir. Beləliklə, dövlət büdcəsinə düşən yük getdikcə azalır.

Ölkədə sahibkarlığın inkişafına digər vasitələrlə də dəstək göstərilir

Ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı ilk növbədə çoxşaxəli olması ilə diqqəti cəlb edir. Belə ki, respublikada sahibkarlığın inkişafına maddi köməklə yanaşı, digər vasitələrlə də dəstək verilir. Son illərdə 256 sahibkarın Almaniyada iqtisadi kooperasiya üzrə ixtisas artırması təşkil olunub. Təkcə 2015-ci ildə sahibkarların maarifləndirilməsi, onlara metodiki köməyin, məsləhət və informasiya xidmətlərinin göstərilməsi məqsədilə ölkədə 3 mindən artıq sahibkarın iştirakı ilə 132 tədbir keçirilib. Regionlarda sahibkarların uzun illərdir banklarda üzləşdikləri girov probleminin həlli üçün kiçikhəcmli güzəştli kreditlərin girovsuz verilməsi məqsədilə 32 bank olmayan kredit təşkilatı əməkdaşlığa cəlb edilib və onların vasitəsilə 7 minədək fermerə 53 milyon manat kredit verilib. İnvestisiya imkanlarının təşviqi və yeni bazarlara çıxış məqsədilə 84-ü xaricdə olmaqla, 261 biznes forumu, sərgi, “dəyirmi masa” və bu qəbildən olan digər tədbirlər keçirilib. Bəhs olunan tədbirlərdə ölkənin investisiya mühiti təqdim olunub.

Bütün ölkə boyu sahibkarlığın dəstəklənməsi tədbirləri yeni iqtisadi şəraitdə daha intensiv hal alıb

Azərbaycanda yeni iqtisadi şəraitdə özəl sektora dəstək tədbirlərində yeni yanaşma tətbiq edilir. Cari ilin əvvəlindən başlayaraq bütün ölkə boyu sahibkarlıq subyektlərinin dəstəklənməsinə yönələn tədbirlər daha intensiv hal alıb. Prezident İlham Əliyev ölkədə biznes və sahibkarlıq mühitinin daha da optimallaşdırılmasını təmin etmək məqsədilə müvafiq Fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamalar 2 il müddətinə dayandırılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə və “Elektron lisenziya” portalının yaradılmasına başlanılıb.

Eyni zamanda, cari ilin əvvəlindən etibarən Sahibkarlığa Kömək Milli Fondu tərəfindən respublikanın müxtəlif regionlarında özəl bölmə təmsilçilərinin müxtəlif layihələrinin maliyyələşdirilməsi məqsədilə bir neçə biznes forumu keçirilib. Elə bu günlərdə fondun İsmayıllı rayonunun Qalınçaq kəndində keçirdiyi işgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən 37 sahibkara 2,2 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, intensiv kartofçuluq, bağçılıq, logistika mərkəzinin tikintisis. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-dan çox yeni yerinin açılması mümkün olacaq.

Biznes forumunda Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövründə fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2032 investisiya layihəsinin maliyyələşdirilməsinə 134 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 6200-dən çox yeni yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1800-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 67,5 milyon manat güzəştli kredit verilib.

İlin əvvəlindən bəri regionlarda sahibkarların maarifləndirilməsi tədbirləri də davam etdirilib. Məsələn, İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin GöyçayYevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə İsmayıllıda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq təşkil olunub. “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Biznes planların və investisiya layihələrinin hazırlanması” mövzularını əhatə edən treninqdə biznesdə risklərin azaldılması, sığortanın əhəmiyyəti və bu sahədə mövcud qanunvericilik, biznes ideyasının yaradılması, biznes planı və onun tərtib edilməsi, biznesin planlaşdırılması və idarə edilməsinin təşkili, biznesdə insan resurslarının səmərəli idarə edilməsi və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Bu qəbildən olan daha bir tədbir - sahibkarlıq subyektləri üçün növbəti interaktiv treninq isə Şirvan şəhərində keçirilib. Treninqdə iştirakçılara ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması və sənaye istehsalının artırılması üçün mühüm əhəmiyyət daşıyan investisiya təşviqi sənədi və təsdiqedici sənəd, onların sahibkarlar üçün yaratdığı üstünlüklər barədə geniş məlumat verilib, bu sənədlərin alınması üçün qanunvericiliyin tələbləri izah edilib, praktiki məşğələlər vasitəsilə nümunələr göstərilib.

Kiçikorta sahibkarlar respublikamızda sənaye potensialının artmasına sanballı töhfələr verirlər

Respublikamızda özəl bölməyə göstərilən dövlət dəstəyi bu sahədə diqqətəlayiq uğurların əldə olunması ilə nəticələnib. Son 13 ildə respublikamızda məşğulluqda və vergi daxilolmalarında özəl bölmənin çəkisi 70 faizi ötüb. Ölkəmizdə sahibkarlıq subyektlərinin sayı 2004-cü illə müqayisədə 2,6 dəfə artaraq 386 minə çatıb.

O cümlədən milli sahibkarlar ordusu respublikanın sənaye potensialının artmasına öz töhfələrini verirlər. Məlumdur ki, son illərdə Azərbaycan respublikanın potensialından səmərəli istifadə olunması və davamlı dövlət dəstəyi sayəsində sənaye quruculuğu sahəsində diqqətəlayiq uğurlara nail olub. Ümumiyyətlə, son 13 ildə Azərbaycanda sənaye istehsalının 2,7 dəfə artması ölkəmizin müasir mənzərəsini səciyyələndirir. Ölkəmizdə sənayenin inkişafına təkan verən mühüm amillərdən biri isə, heç şübhəsiz ki, özəl bölmədir. Sahibkarlıq subyektlərinin texniki və maliyyə imkanları artdıqca onların sənayenin müxtəlif sahələrinə sərmayələr yönəltmələri də genişlənir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bildirib ki, ortakiçik sahibkarlığın inkişafı sənaye potensialımızı daha da gücləndirəcəkdir.

Qeyd edək ki, artıq paytaxt Bakı ilə yanaşı, respublikamızın regionlarında da sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan çoxlu sayda sənaye müəssisəsi uğurla fəaliyyət göstərir. Bu sırada Sumqayıtda texnologiyalartekstil parklarını, kağız emalı, bitki yağları, günəş panelləri müəssisələrini, Gəncədə alüminium, Goranboyda gipsgips məhsulları, Mingəçevirdə polietilen borular, elektron avadanlıqları, Masallıda və Abşeronda kərpic, Hacıqabulda seramik plitələr, Daşkəsəndə qızıl emalı, Masallıda mebel fabriki, yüzlərlə digər tikinti materialı, mebel, çörək və digər müasir istehsalatları misal göstərmək mümkündür.

Azərbaycanın regionlarında özəl sahibkarlıq subyektlərinin investisiyaları hesabına yaradılan müəssisələrdən söhbət açarkən “Qazax Sement ZavoduMMC-nin fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Bəhs olunan istehsalat Azərbaycanın qərb regionunda fəaliyyət göstərən iri sement istehsalçılarından biridir və hazırkı istehsal gücü ildə 1 milyon ton sement təşkil edir. 2018-ci ilə qədər zavodun istehsal həcminin genişləndirilərək illik 3 milyon tona çatdırılması, ixrac potensialının artırılması, o cümlədən iri istehsal texnoparkının yaradılması nəzərdə tutulur. Cari il iyunun 17-də AğstafadaKarvan-L” şirkətinin istehsalemal müəssisələrini birləşdirən sənaye parkının təməli qoyulub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında yaradılan Neftçala Sənaye Məhəlləsində işlər uğurla davam edir. Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. İlkin mərhələdə ümumi investisiya məbləği 20 milyon manatdan çox olan 7 layihə icra olunacaq və 380 iş yeri açılacaq. Növbəti sənaye məhəlləsi isə Masallıda yaradılacaq.

Sahibkarlığın dəstəklənməsi regionlarda aqrar sektorun inkişafına güclü təkan verib

Ölkədə sahibkarlığın dəstəklənməsinin güclü potensiala malik aqrar sektorun və bütövlükdə regionların inkişafında mühüm rol oynadığını da ayrıca qeyd etmək lazımdır. Bölgələrdə sahibkarlıq subyektlərinin artması sayəsində regionlardan vergi daxilolmaları əhəmiyyətli dərəcədə çoxalıb, həmçinin xərclərini yerli gəlirlər hesabına maliyyələşdirən şəhər və rayonların sayı 6-ya çatıb. Son illərdə dövlətin güzəştli kreditləri hesabına 43 müasir quşçuluq və 25 heyvandarlıq kompleksinin, 39 intensiv bağçılıq təsərrüfatının, 53 logistik mərkəzin və 22 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 9 süd emalı, 8 ət emalı müəssisəsinin, 28 çörək zavodunun, 46 istixana kompleksinin, 6 yem zavodunun və digər müasir müəssisələrin yaradılması aqrar sektorda dönüşün əldə olunmasına, ixrac potensialının artmasına, idxaldan asılılığın azalmasına, ümumilikdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə səbəb olub.

Hazırda sahibkarlar aqrar sektorda qabaqcıl təcrübənin və intensiv metodların tətbiqində fəal şəkildə iştirak edirlər. Son vaxtlar respublika miqyasında sahibkarlıq subyektləri tərəfindən taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasında uğurlu nəticələr qazanılıb. Qeyd edək ki, ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Dövlət başçısının tapşırığına uyğun olaraq hazırda Ağcabədi, Beyləqan, Kürdəmir, Ağsu, İmişli, Hacıqabul, Cəlilabad, Salyan, Xaçmaz, Füzuli, Saatlı və digər rayonlarda iri fermer təsərrüfatları yaradılır. İndiyədək 19 rayonda 40 min hektardan artıq sahədə 29 iri fermer taxılçılıq təsərrüfatının yaradılması başa çatıb və hər hektardan məhsuldarlıq 58-60 sentnerə yüksəlib.

regionlarda aqroparkların yaradılması sayəsində ölkənin ərzaq təminatı daha da möhkəmlənəcək

Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə sahibkarların fəal iştirakı ilə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emalinfrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsalixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Eyni zamanda, mütəxəssislər bu qənaətdədirlər ki, sahibkarların fəal iştirakı ilə regionlarda aqroparkların yaradılması sayəsində ölkənin ərzaq təminatı daha da möhkəmlənəcək.

Belə aqroparklardan biriXaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev cari il sentyabrın 8-də Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbarsaatda 30 ton taxılqurudan qurğu quraşdırılıb.

Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qazelektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə Avtomobil Zavodunda istehsal olunan 15 adda 24 müasir texnikaaqreqatlar alınıb.

Gələcəkdə aqropark fəaliyyətini daha da genişləndirəcək. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur.

Respublikanın daha 10 bölgəsində yeni aqroparklar yaradılacaq

Respublikanın digər bölgələrində də müasir aqroparkların yaradılması istiqamətində müvafiq işlər görülür. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaq üzrədir. Bundan başqa, burada müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. Aqroparkda 2-ci mərhələnin icrası üçün hazırlıq işlərinə də start verilib. Ümumiyyətlə, respublikanın bölgələrində aqroparklar şəbəkəsinin genişləndirilməsi qarşıya məqsəd qoyulub. Prezident İlham Əliyev “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkı ilə tanışlıqdan sonra ictimaiyyətin nümayəndələri ilə görüşdəki çıxışında belə müəssisələrin yaradılmasının önəminə diqqət çəkərək bildirib ki, ölkə miqyasında aqroparkların sayı 10-a çatdırılmalıdır: “...Belə aqroparkların sayı ən azı 10-a çatmalıdır. Belə olan halda biz heyvandarlıqla, südçülüklə bağlı bütün problemləri tamamilə həll edərik”.

Sahibkarlar özəl təsərrüfatlarda yetişdirdikləri məhsulları xarici bazarlara çıxarırlar

Hazırda sahibkarlar regionlarda uğurla fəaliyyət göstərən özəl təsərrüfatlarda yetişdirdikləri məhsulları xarici bazarlara çıxarırlar ki, bu da böyük uğurdur. Beş il bundan əvvəl Ağsuda fəaliyyətə başlayanAz-QranataMMC-nin meyvə şirələri və şərab emalı zavodu ötən dövrdə uğurlu yol keçib. Bu gün Cənubi Qafqazda ən böyük istehsal müəssisələrindən birinə çevrilən MMC-də istehsal edilən məhsullar əsasən Almaniya, ABŞ, Çin, Yaponiya, Polşa, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac olunur.

Ən müasir texnoloji avadanlıqlarla təchiz edilən zavod mövsüm ərzində 10 min ton meyvə və 5 min ton üzüm qəbulu, saatda 12 ton meyvə şirəsi istehsalı gücündədir. İllik istehsal gücü isə 100 milyon qablaşdırmadır. Zavodda 2013-cü ildən sənaye üsulu ilə Azərbaycanın qədim spirtsiz içkisi olanAbqora” (kal üzüm şirəsi və ya qora suyu) istehsalına başlanılıb. Müəssisənin Şotlandiya texnologiyasına uyğun hazırlanan “Whisky”, meyvə və giləmeyvə likör şərabları, Azərbaycanda ilk dəfə olaraq qazlaşdırılmış nar şərabı, “Badikubə” muskat rakiyası, keçi südü əsasında istehsal edilən spirtli içkilər, şirə və şərab məhsulları nəinki respublikamızda, xarici bazarlarda da tanınır.

Respublikamızın digər bölgələrində olduğu kimi, Ağcabədi rayonunda da kənd təsərrüfatı məhsullarının ixracını artırmaq, xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq istiqamətində məqsədyönlü aparılır, müasir istehsal sahələri, emal müəssisələri yaradılır. Belə təsərrüfatlardan biri rayonun Hacıbədəlli kəndi ərazisində yerləşir.

Yerli sahibkar Samir Mürşüdov tərəfindən yaradılan kompleksin tikintisinə bu ilin mart ayında başlanılıb. Ümumi ərazisi 6 hektar olan kompleksin 3 hektarında istixana təsərrüfatı yaradılıb. Tərkibinə xüsusi konstruksiya əsasında qurulan müasir istixana, qazanxana, 800 tonluq su anbarı, inzibati bina, yeməkxana, anbar və yardımçı tikililər daxildir. Kompleksdə Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıq quraşdırılıb. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunur.

Təsərrüfatın rəhbəri Samir Mürşüdov bildirib ki, illik istehsal gücü 550 ton olan istixana kompleksində yüksək standartlara cavab verən pomidor istehsal ediləcək. Məhsul daxili bazara çıxarılmaqla yanaşı, respublikamızdan kənara da ixrac olunacaq.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.-15noyabr.- S.8