Regionlarda ixracyönümlü məhsul istehsalı genişləndirilir

 

2016-cı ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub

Xarici mənfi təsirlər nəticəsində yaranan yeni iqtisadi şəraitdə Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq bütünlüklə neft amilindən asılılığı aradan qaldırmağa, iqtisadiyyatın neftdənkənar sahələrinin üstün inkişafının təmin olunmasına istiqamətlənib. Yaranmış vəziyyətdə müəyyənləşdirilən vəzifələr neft gəlirlərinin azaldığı dövrdə də inkişafın ardıcıllığını qoruyub saxlamağa hesablanıb. Yeni iqtisadi şəraitin meydana çıxardığı mühüm çağırışlardan biri isə ölkənin regionlarının potensialından geniş istifadə edilməsi, aqrar sektorda respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır.

Azərbaycan regionlarda geniş ixrac potensialına malik ölkədir

Azərbaycan yaxın uzaq istehlak bazarlarına böyük həcmlərdə kənd təsərrüfatı məhsulları çıxarmaq imkanına malikdir. İndiki şəraitdə bu imkanlardan səmərəli istifadə olunması ölkənin aqrar sektorunda ixractutumlu məhsulların istehsalının genişləndirilməsi böyük önəm daşıyır. Prezident İlham Əliyev ölkəmizin neft gəlirlərinin azalmasını aqrar sektorda ixractutumlu məhsul istehsalının artırılması, o cümlədən pambıqçılığın, tütünçülüyün, baramaçılığın inkişafı hesabına kompensasiya etməyin mümkün olduğunu strateji vəzifə kimi qarşıya qoyub.

Sevindirici haldır ki, artıq ölkənin regionlarında ixractutumlu məhsulların istehsalının artırılmasına nail olmaq məqsədilə zəruri tədbirlər həyata keçirilir. Fermerlərə güzəştli subsidiyaların artırılması, dövriyyəyə yeni torpaqların cəlb olunması, kollektiv təsərrüfatların yaradılması, zəruri texnikanın alınması, intensiv metodların tətbiqinə geniş meydan verilməsi aqrar sektorda yeni istehsal ixrac imkanları yaradır. Prezident İlham Əliyev cari ilin əvvəlindən bəri ölkəmizin ixrac imkanlarının artırılmasının stimullaşdırılmasına hesablanan bir neçə sənəd imzalayıb. Respublikamızda ixracın təşviqi sisteminin işə salınması, “Made in Azerbaijan” brendinin yaradılması regionlarda aqrar sektorda rəqabət qabiliyyəti yüksək olan məhsulların istehsalının artmasına müsbət təsir göstərəcək.

Paralel şəkildə regionlarda aqrar sektorda ixracyönümlü məhsul istehsalının artmasına nail olmaq məqsədilə davamlı tədbirlər həyata keçirilir. Elə bu günlərdə İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Yevlax şəhərində nazirliyin Aran Regional İnkişaf Mərkəzində yerli mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin sahibkarların iştirakı iləRegionların inkişafı ixrac sahəsində yaranmış yeni imkanlarmövzusunda konfrans keçirilib. Tədbir çərçivəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Pilot Regional İnkişaf Proqramının (PRİP) təqdimatı keçirilib, regionlarda istehsal olunan ixracyönümlü məhsulların sərgisi təşkil edilib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi hüquqlarının etibarlı müdafiəsi istiqamətində islahatların həyata keçirildiyini vurğulayıb. Qeyd edilib ki, ixracın genişləndirilməsi həyata keçirilən iqtisadi siyasətin prioritetlərindəndir qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı qəbul edilmiş qərarlar qeyri-neft sektoruna dəstək olmaqla ixracın stimullaşdırılmasına əhəmiyyətli təkan verəcək. Diqqətə çatdırılıb ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların iki il müddətinə dayandırılması, lisenziya tələb edən fəaliyyət növlərinin, həmçinin icazələrin sayının azaldılması, yerli istehsalın dəstəklənməsi ixracın təşviqi tədbirlərinin həyata keçirilməsi, sahibkarların hüquqlarının qorunması ilə bağlı apelyasiya şuralarının yaradılması, eyni zamanda regionlarda ailə təsərrüfatlarına dəstək məqsədilə “ABAD” mərkəzlərinin yaradılması həyata keçirilən məqsədyönlü islahatların tərkib hissəsidir.

Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Malena Mard Avropa İttifaqı tərəfindən maliyyələşdirilən PRİP layihəsinin məqsədi layihə çərçivəsində icra olunacaq tədbirlər barədə məlumat verib. Bildirilib ki, PRİP layihəsi çərçivəsində Azərbaycanda ölkə regionlarının inkişafına dəstək verilməsi nəzərdə tutulur bu məqsədlə Aran iqtisadi rayonu pilot region olaraq seçilib.

Regionlardan xarici bazarlara meyvə ixracı sahəsində ənənələr dirçəldilir

Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçilik tərəvəzçilik mühüm rol oynaya bilər. Əlamətdar haldır ki, ölkənin qeyri-neft məhsulları ixracının strukturunda kənd təsərrüfatında istehsal olunan meyvə-tərəvəzin çəkisi getdikcə artır. İxrac dinamikası 2016-cı ilin arxada qalan dövrü ərzində yüksək olub. Belə ki, cari ilin birinci yarısında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumilikdə 27,5 faiz, o cümlədən meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 33,1 faiz artıma nail olunub. Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında nar xüsusi yer tutur. Ümumiyyətlə, son illərdə ölkəmizdə gəlirli sahə olan narçılığın inkişafına böyük diqqət göstərilir. Son 5 ildə Göyçayda nar bağlarının ümumi sahəsinin 3 dəfə artaraq 3620 hektara çatması bu sahənin perspektivindən xəbər verir. Hər il Göyçayda yetişən nar məhsulunun 40 faizi Rusiya bazarlarına göndərilir.

Xarici ölkələrin istehlak bazarlarında respublikamızın ayrı-ayrı bölgələrində yetişdirilən xurma da yaxşı tanınır. Hazırda regionlarda, o cümlədən Ağstafada bağlardan xurma yığımı intensiv şəkildə davam etdirilir. Ağstafalı fermerlər öz məhsullarının Rusiya bazarlarına ixracında maraqlı olduqlarını bildirirlər. Fermer Aqil Heydanov deyib ki, məhsuldarlıq yaxşıdır, satışda da heç bir problem yoxdur. O, gələcəkdə xurma bağlarının sahəsini daha 3 hektar artıraraq, 6 hektara çatdırmaq fikrindədir.

Goranboyda da xurma yığımı davam edir. Bu il rayonda xurmanın məhsuldarlığı satış qiyməti fermerlərin ürəyincədir. Onlar bir hektar sahədən 10 tona yaxın məhsul götürürlər. Yığılan məhsul iritonnajlı yük maşınlarına yüklənərək dəmiryol stansiyasına daşınır. Buradan isə qatarlar vasitəsilə Rusiya bazarlarına göndərilir.

Gəlirli sahə olan fındıqçılığın inkişafı diqqət mərkəzində saxlanılır

Xarici bazarlarda Azərbaycanda yetişdirilən yüksəkkeyfiyyətli fındığın satışı ilə bağlı hər hansı bir problem yoxdur. Qəbələ fındıq emalı müəssisəsində emal olunmuş məhsullar əsasən Almaniya, İtaliya, İspaniya, Rusiya Ukraynaya ixrac edilir.

Yaxın perspektivdə ölkəmizdə fındıq istehsalının daha da artırılması hədəflənib. Xəbər verildiyi kimi, bu günlərdə Prezident İlham Əliyevİpəkçiliyin fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaSərəncam imzalayıb. Sərəncama əsasən, “Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 mart tarixli Sərəncamı ilə Kənd Təsərrüfatı Nazirliyinə ayrılmış vəsait hesabına fındıq pöhrələrinin alınmasına 700 min manat ödəniləcək.

Ümumiyyətlə, respublikamızda ixrac potensialı yüksək olan fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü aparılır. Qısa müddətdə Zaqatala rayonunda 300 hektar sahədə yeni fındıq bağları salınıb bu sürətlə davam etdirilir. Yaxın illərdə rayon ərazisində 10 min hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulur. İlkin mərhələdə rayonda fındıq əkinləri ilə əlaqədar 1086 hektar torpaq sahəsi ayrılıb. Fındıq əkini ilə əlaqədar mövcud fındıq bağlarından indiyədək 180 min ədəd pöhrə tədarük olunub.

Qax rayonunda da fındıqçılıq əhalinin əsas gəlir mənbələrindən biri hesab olunur. Hazırda rayonda mövcud fındıq bağlarının ümumi sahəsi 5041 hektardır. Bu bağların 4600 hektarı barverəndir. Dövlətimizin başçısının fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq göstərişlərin icrasını təmin etmək məqsədilə hazırda Qax rayonunda da yeni fındıq bağlarının salınması istiqamətində aparılır. Yaxın illərdə rayon ərazisində 4 min hektar sahədə yeni bağların salınması nəzərdə tutulur.

Regionlarda texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər görülür

Cari ilin əvvəlindən etibarən həmçinin respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılıq, tütünçülük, baramaçılıq kimi sahələrin şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, son günlərədək respublika miqyasında 64 min tondan artıq qızıltədarük olunub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Cari ildə respublikamızda 2500 hektarda tütün əkilib növbəti illərdə tütün əkilib-becəriləcək sahələr daha da genişləndiriləcək. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Yeri gəlmişkən, Prezident İlham Əliyevin imzaladığı yuxarıda bəhs olunan Sərəncama əsasən barama toxumlarının alınmasına 163 min manat, tut (çəkil) tinglərinin alınmasına isə 600 min manat vəsait ayrılb.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 22 noyabr.- S.8