Azərbaycanın regionlarında genişmiqyaslı investisiya layihələri həyata keçirilir

 

Müxtəlif mənbələrdən yönəldilən sərmayələr hesabına bölgələrdə müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir, eyni zamanda, aqrar sektorda istehsalixrac imkanları daha da artır

Ölkədəki möhkəm daxili sabitlik, ardıcıl surətdə həyata keçirilən iqtisadi islahatlar, möhkəm qanunvericilik bazası, investisiyaların qorunmasına və təşviq edilməsinə dövlətin nümayiş etdirdiyi güclü siyasi iradə, respublikada yaradılan əlverişli biznes mühiti Azərbaycanı investisiya qoyuluşu baxımından cəlbedici ölkəyə çevirib. Həyata keçirilən bu və digər tədbirlər nəticəsində son 13 ildə bütün mənbələr hesabına ölkəmizə yönəldilən investisiyaların həcmi ilbəil artaraq 200 milyard dolları ötüb.

Əlamətdar haldır ki, investisiya layihələri yalnız paytaxt Bakıda və yaxud iri şəhərlərdə həyata keçirilmir. Güclü infrastruktur təminatının yaradılması və regionların inkişafına göstərilən davamlı dövlət dəstəyi bölgələrin də investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə yüksəldib. Sərmayə qoyuluşunun artması isə, öz növbəsində, regionlarda iqtisadi fəallığa müsbət təsir göstərib, bölgələrdə müxtəlif investisiya layihələri əsasında qurulan çoxlu sayda yeni müəssisələr fəaliyyətə başlayıb.

Regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir

Azərbaycanı fərqləndirən cəhətlərdən biriodur ki, son illərdə ölkənin regionlarında yeni-yeni sənaye müəssisələrinin yaradılmasına irihəcmli investisiyalar yönəldilir. Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Deyə bilərik ki, regionlarda müasir müəssisələrin yaradılması ilə ölkənin sənaye xəritəsi yenilənir.

Qeyd edək ki, son illərdə ölkəmizdə Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Dövlət başçısı iqtisadiyyatın və regionların inkişafı üçün əlverişli şəraitin yaradılması, investisiyaların təşviqi və prioritet sahələrə yönəldilməsi, yeni yerlərinin açılması, müasir idarəetmə təcrübəsindən istifadə olunması, rəqabətqabiliyyətli mal və xidmətlərin təqdim edilməsi kimi məsələlərin həllinə nail olmaq məqsədilə hələ 2007-ci ildə “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” müvafiq Fərman imzalayıb. Ölkəmizdə “Xüsusi iqtisadi zonalar haqqında” ayrıca qanun qəbul edilib. Bundan başqa, dövlət başçısının 24 aprel 2013-cü il tarixində imzaladığı Fərmanla “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiqlənib. Bu sənəd sənaye parklarının yaradılması, idarə edilməsi və onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyən çox mühüm baza sənədidir. Eyni zamanda, Prezident İlham Əliyev 2014-cü il 8 oktyabr tarixində ölkədə sənaye məhəllələrinin yaradılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Fərman imzalayıb.

Regional sənaye quruculuğuna göstərilən yüksək siyasi iradəyə uyğun olaraq hazırda respublikanın ayrı-ayrı bölgələrində sənaye məhəllələrinin yaradılması istiqamətində intensiv aparılır. Respublikamızda sənayenin regional strukturunun formalaşdırılması, sənaye quruculuğunda regionların potensialından səmərəli istifadə edilməsi baxımından Prezident İlham Əliyevin 2015-ci il 2 fevral tarixində imzaladığı “Neftçala Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncamı mühüm əhəmiyyət daşıyır. Ötən ilin ikinci yarısında Neftçala Sənaye Məhəlləsinin inşasına start verilib. Sənaye Məhəlləsində 8 modullaşdırılmış istehsal binası olacaq. İlkin mərhələdə onlardan 4-ü istifadəyə veriləcək. Qalanları sahibkarların sifarişi nəzərə alınmaqla sonradan tikiləcək. Artıq Neftçalada yaradılan sənaye məhəlləsinin birinci mərhələsi çərçivəsində bir sıra işlər uğurla tamamlanıb. Qısa müddətdə inzibati binada, ümumi sahəsi 7779 kvadratmetr olan 4 istehsal blokundabütün zəruri infrastrukturun tikintisində işlərin əksəriyyəti başa çatıb.

Hazırda “Azərbaycan İnvestisiya Şirkəti” ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir. Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquqs. xidmətlərin göstərilməsində maraqlı olan hüquqifiziki şəxslərin də layihə təklifləri qəbul olunur.

Növbəti Sənaye Məhəlləsi isə Masallıda yaradılacaq. Prezident İlham Əliyev cari il iyunun 13-də “Masallı Sənaye Məhəlləsinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, kiçikorta sahibkarların sənaye sahəsində fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Masallı rayonunda Masallı Sənaye Məhəlləsinin yaradılması qərara alınıb.

Mingəçevir Sənaye Parkı yeni ixrac imkanları yaradacaq

Azərbaycanın regional sənaye quruculuğu ilə bağlı strateji hədəflərinə uyğun olaraq respublikamızda 4 sənaye mərkəzi formalaşdırılacaq. Bakı Cənubi Qafqazın sənaye mərkəzi kimi özünü çoxdan təsdiqləyib. Sumqayıt şəhəri də regionun iri sənaye mərkəzlərindən biridir. Perspektivdə isə Gəncə və Mingəçevir şəhərlərinin sənaye potensialını daha da artırmaq qarşıya mühüm vəzifə kimi qoyulub. Prezident İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimindən sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə bəhs olunan strateji hədəf barədə fikirlərini ifadə edərək bildirib: “Eyni zamanda, Bakı ilə birlikdə ölkəmizin 4 əsas sənaye mərkəzi olmalıdır. Bu mərkəzlərdə işlər daha da sürətlə getməlidir. Sumqayıt Cənubi Qafqazda sənaye potensialına görə ikinci mərkəzdir. Gəncə və Mingəçevir şəhərlərində ən müasir standartlara cavab verən, ən son texnologiya ilə işləyən yeni müəssisələr yaradılır və yaradılacaq”.

Respublikamızda sənayenin yeni regional strukturunun formalaşdırılması baxımından dövlət başçısının ötən il imzaladığı “Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Fərmanı və Mingəçevir Sənaye Parkının yaradılması, bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamları da mühüm əhəmiyyət daşıyır. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub.

Yeni Sənaye Parkı ölkədə pambıqçılığın, tekstil sənayesinin və bir sıra digər sahələrin inkişafına güclü təkan verəcək. Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan Mingəçevir Sənaye Parkının texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yeni istehsalat 120 min kvadratmetr ərazidə təşkil ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək. Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək. Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq. Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək. Yeni Sənaye Parkında əsasən ixracyönümlü məhsullar buraxılacaq. O da əlamətdar haldır ki, Mingəçevir Sənaye Parkında buraxılacaq məhsullar üçün bazarlar axtarmağa xüsusi ehtiyac olmayacaq. Belə ki, Sənaye Parkında buraxılacaq məhsullara dünya birjalarında böyük tələbat var.

Mingəçevir Sənaye Parkında qurulacaq müəssisələr əsasən yerli xammal hesabına fəaliyyət göstərəcək. Məlum olduğu kimi, cari ilin əvvəlindən etibarən respublikamızda yeni ixrac imkanları yarada biləcək texniki bitkilərin becərilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Ölkənin ayrı-ayrı bölgələrində ənənələr dirçəldilərək pambıqçılığın şöhrəti geri qaytarılır. Cari mövsümdə respublikanın 24 rayonunda 50 min hektardan artıq sahədə pambıq becərilib. Gəlirli sahə olan baramaçılıqla bağlı da eyni sözləri demək mümkündür. Cari ilin əvvəlindən həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkədə barama istehsalı artıb. Əgər 2015-ci ildə ancaq bir rayonda - Şəkidə 200 kiloqramdan bir qədər çox barama istehsal edilibsə, bu il 25 rayonda qısa müddətdə 70 ton barama tədarük olunub. Ölkə daxilində istehsal olunan bu qəbildən məhsullardan Mingəçevir Sənaye Parkında xammal kimi istifadə olunacaq.

Naxçıvan Sənaye Kompleksində il ərzində 150 min ton məsaməli beton istehsalı nəzərdə tutulub

Naxçıvan Sənaye Kompleksinin məsaməli beton zavodunda il ərzində 150 min ton məsaməli beton istehsal olunacaq. Zavodda xammal kimi daş qumundan, əhəng, gips, sementalüminium tozundan istifadə edilir. İnşaat sektorunda ən çox istifadə edilən bu tikinti materialları istənilən ölçüdə asanlıqla kəsilir, yüksək səviyyədə səs və istilik izolyasiyasına malikdir. Bundan əlavə, yüngül və zəlzələyə davamlı olan bu materiallar yanmaya qarşı beynəlxalq standartlara uyğundur. Ümumi sahəsi 9 hektar olan Naxçıvan Sənaye Kompleksində hazırda gips, gips lövhələr, əhəng və məsaməli beton istehsal edən zavodlar fəaliyyət göstərir. Müasir avadanlıqların quraşdırıldığı zavodlarda istehsal prosesini avtomatik idarəetmə və təhlükəsizliyə videonəzarət sistemləri yaradılıb. Kompleksə daxil olan bütün zavodlarda yüksək şərait yaradılıb. Əhəng zavodunda istifadə olunan yerli xammal Qarabağlar mədənindən gətirilir. Burada hazırlanan məhsullardan inşaat sektorunda, kənd təsərrüfatında, kağız və şüşə istehsalında istifadə edilir. Sahəsi 4500 kvadratmetr olan zavodda ildə 36 min ton əhəng istehsalı nəzərdə tutulur. Gips zavodunda istifadə olunan xammal isə Çalxanqala, Çeşməbasar, Xıncab və Böyükdüz zonalarından götürülür. Burada istehsal olunan məhsullar məsaməli beton blokların, suvaq və üzləmə gipsinin, gips lövhələrin hazırlanmasında istifadə edilir. Zavodun illik istehsal gücü 40 min ton gipsdir.

Gips lövhə zavodunda da yüksək şərait yaradılıb. Xammal kimi nişasta, gips, üzləmə kağızı və yapışqandan istifadə olunur. Müəssisədə istehsal olunan məhsullara inşaat sektorunda tələbat böyükdür. Bunu nəzərə alaraq, zavodda ildə 2 milyon kvadratmetr gips lövhələrin hazırlanması həyata keçiriləcək.

Karvan-L EKO” parkında həm sənaye, həm də kənd təsərrüfatı məhsulları istehsal olunacaq

Müasir tələblərə cavab verən daha bir sənaye məhəlləsi “Karvan-L” şirkəti tərəfindən Ağstafada yaradılır. Prezident İlham Əliyev bir qədər bundan əvvəl “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında iştirak edib. Ümumi dəyəri 12,5 milyon manat olanKarvan-L Eko” sənaye parkında müasir texnologiyalara əsaslanan üzvi kimya maddələrinin istehsalı, meyvə və tərəvəzin emalı, dam örtükləri və şüşə emalı, plastik tullantıların təkrar emalı müəssisələrinin, müasir texnoloji idarəetmə prinsiplərinə əsaslanan 5-ci nəsil istixana təsərrüfatının, kənd təsərrüfatı məhsullarının saxlanılması və qablaşdırılması kompleksinin yaradılması, həmçinin 200 hektar ərazidə yeni aqrotexniki üsullarla üzüm, ərik, xurma və digər meyvə bağlarının salınması nəzərdə tutulur. Layihənin icra edilməsi nəticəsində 300 nəfər işlə təmin olunacaq, mövsümi işlərə isə 1000 nəfərin cəlb ediləcəyi gözlənilir. Bakı-Qazax avtomobil yolunun kənarında inşası nəzərdə tutulan sənaye parkının ərazisində abadlıq və yaşıllıq işləri aparılacaq, gələcəkdə yeni hotel infrastrukturu yaradılacaq. Müəssisə ilə tanışlıqdan sonra rayon ictimaiyyətinin nümayəndələri və kompleksin işçiləri ilə görüşən Prezident İlham Əliyev Azərbaycanın regionlarında ixracyönümlü istehsalatların yaradılmasından məmnunluğunu ifadə edərək deyib: “Biz artıq nəinki kənd təsərrüfatı məhsullarını, hətta mebeli də xaricə, özüAvropa ölkələrinə ixrac edirik. Bu, bir göstəricidir. Belə müəssisələrin Bakıda yox, bölgələrdə yaradılması regional inkişaf proqramının tərkib hissəsidir”.

Aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsalixrac imkanları daha da artacaq

Son vaxtlar Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı tapşırığına uyğun olaraq ölkəmizdə aqroparkların yaradılmasına başlanılıb. Bu məqsədlə aqroparklarda müasir istehsal, emalinfrastruktur müəssisələrinin yaradılmasına 43 milyon manat güzəştli kredit verilib. Məhsul istehsalının bütün mərhələlərini özündə birləşdirən aqroparkların istifadəyə verilməsi sayəsində aqrar sektorda istehsalixrac imkanlarının daha da artacağı proqnozlaşdırılır. Belə aqroparklardan biriXaçmaz rayonunun Yalama qəsəbəsində yaradılıb. Prezident İlham Əliyev Xaçmaz rayonuna səfəri çərçivəsində “Yalama” Südlük-Maldarlıq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinin bazasında yaradılmış Yalama Aqroparkının açılışında iştirak edib.

Təxminən 523 hektar ərazidə salınan aqroparkın yaradılmasına birinci mərhələdə 20 milyon manat investisiya qoyulub. Layihənin ilkin mərhələsinə uyğun olaraq, 1000 başı sağmal olmaqla 3000 başlıq cins iribuynuzlu heyvandarlıq kompleksi, müasir suvarma sistemi ilə 385 hektar sahədə iri taxılçılıq təsərrüfatı, istehsal gücü saatda 5 ton olan yem zavodu yaradılıb. Zavodun davamlı və fasiləsiz xammala olan tələbatının ödənilməsi məqsədilə tutumu 4,5 min ton olan anbarsaatda 30 ton taxılqurudan qurğu quraşdırılıb.

Təsərrüfata “Aqrolizinq” ASC vasitəsilə “Simmental” cinsindən olan 1103 baş cins heyvan gətirilib və bu günədək 601 baş bala alınıb. Hazırda təsərrüfatda yüksək yağlılıqlı və keyfiyyətli süd istehsal olunur. Müasir texnologiyalardan istifadə, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədilə burada çalışan mütəxəssislərin bir qrupu Avropa ölkələrində xüsusi kurs keçib.

Aqroparkın nəzdindəki yem zavodunda hazırlanan qüvvəli yem aqroparkın tələbatını ödəməklə yanaşı, regionda fəaliyyət göstərən fermer təsərrüfatlarına da satılacaq. Heyvandarlıq kompleksinin yem bazasının formalaşdırılması üçün növbəli əkin sistemi tətbiq olunmaqla 128,5 hektar yonca, 228,5 hektar arpa və 100 hektar dənlik qarğıdalı əkilib.

Dövlət investisiyaları hesabına təsərrüfatın fasiləsiz su təminatı, eləcə də ətraf kəndlərin də suvarma suyuna olan ehtiyaclarının ödənilməsində mühüm rol oynayan 3,2 kilometr uzunluğunda beton suvarma kanalı, tutumu 50 min kubmetr olan su hovuzu tikilib, 4 subartezian quyusu qazılıb, əraziyə yol, qazelektrik xətləri çəkilib. Aqroparkda aqroservis mərkəzi yaradılıb, xaricdə və Gəncə Avtomobil Zavodunda istehsal olunan 15 adda 24 müasir texnikaaqreqatlar alınıb.

Gələcəkdə aqropark fəaliyyətini daha da genişləndirəcək. Belə ki, aqroparkda müasir texnologiyanın tətbiq edildiyi, dəyəri 12 milyon manat, gündəlik emal gücü 100 ton olan süd zavodu, 60 hektar ərazidə intensiv bağçılıq (dəyəri 3 milyon manat) və Xaçmazın Muxtadır qəsəbəsində dövlət ehtiyat fondu torpaqlarından uzunmüddətli icarəyə götürüləcək 957 hektar sahədə müasir suvarma sisteminə malik olan iri taxılçılıq təsərrüfatları (dəyəri 5 milyon manat) yaradılacaq. Aqroparkda ikinci mərhələ üzrə həyata keçiriləcək layihələrə ümumilikdə 20 milyon manat investisiya qoyulması nəzərdə tutulur.

Respublikanın digər bölgələrində də müasir aqroparkların yaradılması istiqamətində müvafiq işlər görülür. Hazırda Şəmkir aqroparkında 1-ci mərhələ üzrə işlər yekunlaşmaq üzrədir. Aqroparkda 26 min ton tutumu olan logistika mərkəzinin yaradılması işləri tamamlanmaq üzrədir. Bundan başqa, burada müasir suvarma sistemlərinə əsaslanan iri fermer təsərrüfatı təşkil edilib. Aqroparkın 2-ci mərhələsinin icrası üçün hazırlıq işlərinə də start verilib. Ümumiyyətlə, respublikanın bölgələrində aqroparklar şəbəkəsinin genişləndirilməsi qarşıya məqsəd qoyulub.

Yeni müəssisələr hesabına regionların ənənələri bərpa olunur

Müxtəlif mənbələrdən yönəldilən investisiyalar hesabına yeni kənd təsərrüfatı müəssisələri yaradılarkən respublikanın bölgələrinin coğrafi-iqlim xüsusiyyətləri, o cümlədən də tarixən formalaşan ənənələri əsas götürülür. Bu baxımdan zəngin çayçılıq ənənələri olan AstaradaAstaraçay” kənd təsərrüfatı müəssisəsinin fəaliyyətə başlaması təsadüfi deyil.

Astaraçay” kənd təsərrüfatı müəssisəsi 2010-cu ildə yaradılıb. Təsərrüfatın ümumi əkin sahəsi 640 hektardır. Çay plantasiyalarında müasir suvarma şəbəkəsi yaradılıb və hazırda təsərrüfatda 400 hektara yaxın çay sahəsi mövcuddur. Əkilən “Kolxidaçay toxumları Gürcüstanın Batumi şəhərinin Çayçılıq Elmi-tədqiqat İnstitutunun tədris-təcrübə sahəsindən toplanıb. Toxumlar sınaqdan keçirilərək yerli şəraitə uyğunlaşdırılıb. Burada həmçinin Koreya Respublikası şirkətinin layihəsi əsasında çay fabriki inşa edilib. Ərazisi 5 hektar olan fabrikdə xaricdən gətirilən ən müasir avadanlıq quraşdırılıb. Müəssisənin məhsuldarlığı gün ərzində 12 tondur. Gələcəkdə gündəlik çay istehsalını 24 tona çatdırmaq mümkündür. Çəkici-bükücü sexmüasirliyi ilə diqqəti çəkir. Burada çəkisi 100, 200 və 400 qram olan çay bükümləri hazırlanacaq. Müəssisədə dəqiqədə 8 ədəd çay bükümünün istehsalı mümkündür.

Azərbaycanın dilbər guşələrindən olan Lənkəranda rayonun əlverişli coğrafi-iqlim xüsusiyyətlərinə və ənənələrinə uyğun olaraq yeni sitrus bağları salınır. Ölkəmizdə “Kənd təsərrüfatı ili” çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq Lənkəranda yeniGilan aqro-sitrus” təsərrüfatı yaradılıb. Yeni sitrus təsərrüfatının ümumi sahəsi 45 hektardır. Hazırda 15 hektar sahədə “Gilan aqro” şirkəti tərəfindən Cənubi Koreyadan gətirilən 20 min ədəd “Shiranuhi” (Hallabong) və “Kanpei” (Red Hyaang) sitrus ağacları əkilib.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2016.- 24 noyabr.- S.8