Regionlarda gələn il üçün taxıl səpininə başlanılıb

 

Məhsuldarlığın daha da yüksəldilməsi üçün yeni sortlardan istifadə etməklə yanaşı, əkin sahələrinin artırılması istiqamətində addımlar atılır

Ölkəmizdə ərzaq təminatının daxili istehsal hesabına təmin olunması istiqamətində davamlı tədbirlər həyata keçirilməkdədir. Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” qəbul edilib. Dövlət başçısı 2014-cü il yanvarın 16-da isə “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənəddə respublikanın ərzaq təhlükəsizliyi ilə bağlı qəbul edilən Dövlət Proqramının icrası sahəsində əlavə tədbirlərin görülməsi, kənd təsərrüfatı məhsullarının ixracının artırılması, aqrar sahədə istehsalçıların və istehlakçıların maraqlarının qorunması, ərzaq bazarının səmərəli fəaliyyətinin təşkil edilməsi ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub.

Həyata keçirilən bu və digər tədbirlər nəticəsində ölkəmizin aqrar sektorunda ərzaq məhsulları istehsalı imkanları əhəmiyyətli dərəcədə artıb. Respublikanın ayrı-ayrı bölgələrində aqroparkların yaradılmasına başlanılıb və bu proses davam etdiriləcək. Aqroparklarda müasir istehsal, emalinfrastruktur müəssisələrinin yaradılmasına dövlət tərəfindən 43 milyon manat güzəştli kredit verilib.

Vurğulamaq lazımdır ki, ölkənin etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Belə ki, taxılçılıq əhalinin əsas ərzaq məhsulu sayılan çörəyə və digər un məmulatlarına tələbatını ödəməklə yanaşı, eyni zamanda, quşçuluq və maldarlıq üçünyem bazası rolunu oynayır. Prezident İlham Əliyev ölkəmizdə taxıla olan tələbatın daxili istehsal hesabına ödənilməsinin hazırkı 65 faizdən yaxın perspektivdə 100 faizə çatdırılması ilə bağlı vəzifə qoyub. Qarşıya qoyulan strateji məqsədə çatmaq üçün torpaqlardan səmərəli şəkildə istifadə edilməsi əsas vəzifə kimi müəyyənləşdirilib. Qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdir. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla, eləcə də əkin sahələrinin genişləndirilməsi ilə ölkədə taxıl istehsalını əhəmiyyətli dərəcədə yüksəltmək mümkündür.

Qeyd edək ki, respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir. Ölkənin müxtəlif bölgələrində iri fermer təsərrüfatlarının yaradılmasına Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bir neçə il bundan qabaq start verilib. Dövlət Torpaq Fondunun hesabına yaradılan iri fermer təsərrüfatlarının fəaliyyətə başlaması ilə ölkəmizdə, əslində, yeni bir kənd təsərrüfatı sisteminin formalaşdığını söyləmək mümkündür. İri fermer təsərrüfatlarının yaradılması respublikamızda kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədi daşıyır. Regionlarda taxılçılıq təsərrüfatlarında həyata keçirilən zəruri tədbirlərin nəticəsidir ki, son illərdə taxıl istehsalında davamlı olaraq artım müşahidə edilir. Ölkə miqyasında 2014-cü ildə 2 milyon 300 min ton, 2015-ci ildə isə 2 milyon 900 min ton taxıl istehsal olunub. 2016-cı ilin taxıl yığımı mövsümündə respublika üzrə 927,4 min hektar sahədə biçin böyük uğurla başa çatdırılıb. Vurğulayaq ki, ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2016-cı ilin müvafiq dövrü ərzində kənd təsərrüfatının ümumi məhsulu 1,8 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,2 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,5 faiz artıb. Eləcə gələn ilin məhsulu üçün 690,1 min hektar sahədə şum qaldırılıb, 206 min hektar sahəyə dən üçün taxıl, o cümlədən 110,6 min hektar sahəyə isə arpa səpilib.

Bundan başqa, “Meliorasiya Su Təsərrüfatı” ASC-nin sifarişi ilə Salyan Sabirabad rayonlarındakı qış otlaq sahələrini əkinəyararlı vəziyyətə gətirmək məqsədilə meliorativ tədbirlər həyata keçirilir. Layihə çərçivəsində bir neçə mərhələdə aparılacaq işlərə oktyabrın əvvəlindən başlanılıb hazırda Salyanın Aşağı Noxudlu kəndində su nasos stansiyası inşa edilir. Gələcəkdə nasos stansiyasında suqəbuledici, sunəqledici, sudurulducu suatma qurğuları da tikiləcək. Tikinti işlərini sürətlə həyata keçirmək üçün əraziyə 100-dən çox müxtəlif təyinatlı texnika, eləcə əksəriyyəti yerli sakinlər olmaqla, xeyli sayda işçi qüvvəsi cəlb edilib. Su stansiyaya Kür çayından öz axını ilə axıdılacaq burada durulduqdan sonra beton kanallara paylanılacaq. Uzunluğu 35 kilometr olacaq beton kanallar vasitəsilə Muğanın indiyədək susuz qalan torpaqlarını suvarmaq mümkün olacaq. Layihənin birinci mərhələsində tikinti işləri iki il davam edəcək. İşlər başa çatdırıldıqdan sonra Salyan Sabirabad rayonlarında 20 min hektardan çox torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq.

Tovuz rayonunda artıq taxıl əkininə start verilib. Taxılçılıqla məşğul olan sahibkarlar indiyədək 19 min 675 hektar sahədə şum çıxarıblar. Artıq şum çıxarılan sahələrin 3560 hektarına buğda, 321 hektarına isə arpa əkilib. Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə rayonda şumlanmış sahələr 10325 hektar, əkin aparılan sahələr isə 126 hektar çoxdur. Ötən il fermerlər 10 min 325 hektar sahədə taxıl əkini həyata keçiriblər.

Salyanın Kürqaraqaşlı kəndində fəaliyyət göstərən Dövlət Sort-Sınaq Məntəqəsinin əkin sahələrində toxumluq taxıl əkininə başlanılıb. Bu il məntəqənin ərazisində 37,5 hektar toxumluq taxıl əkini aparılacaq. Əkin zamanı daha çox rayonlaşdırılmış “Cəlilabad-19”, “Ləyaqətli”, “Taleh-38”, “Fatiməkimi yerli sortlara üstünlük verilir. Bununla yanaşı, sınaqdan çıxarmaq üçün bu il xaricdən əlavə olaraq daha 7 sort taxıl da gətirilib. Qeyd edək ki, rayonlaşdırılmış toxumların məhsuldarlığı 50-60 sentner olur.

Qax Zaqatala rayonlarının təsərrüfatlarında da 2017-ci ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil aparılır. Mövsümün əvvəlində havaların yağıntılı, son günlər isə şaxtalı keçməsinə baxmayaraq, fermerlər səpinin optimal müddətdə başa çatdırılması üçün bütün qüvvələri səfərbər ediblər. Cari mövsümdə rayonda 12 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. İndiyədək 9516 hektar sahəyə toxum səpilib. Taxıl əkinlərinin 6902 hektarını buğda, 2614 hektarını isə arpa sahələri təşkil edir.

Zaqatala rayonunda da gələn ilin məhsulu üçün 12 min hektardan çox sahədə payızlıq taxıl səpini nəzərdə tutulub. Səpin üçün 3600 tondan çox yüksək reproduksiyalı toxum fondu ayrılıb. Son məlumata görə, indiyədək rayonun təsərrüfatlarında 9166 hektar sahəyə taxıl səpilib.

Respublikamızın ən iri taxılçılıq rayonlarından olan Şəkinin təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq taxıl səpini davam edir. Təsərrüfatlarda bu günədək 49 min hektar sahədə şum aparılıb, 35 min hektar sahəyə arpa buğda toxumu səpilib. Gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Payızlıqların səpini üçün 14 min tona yaxın yüksək reproduksiyalı toxum fondu yaradılıb. Səpin kampaniyasına 275 ədəd traktor, həmçinin xeyli sayda taxılsəpən aqreqat, mala digər texnika cəlb edilib.

Ucar taxılçıları da hava şəraitinin törətdiyi çətinliklərə baxmayaraq, payızlıq səpin kampaniyasını sürətlə davam etdirirlər. Hər gün sahələrə 40-45 texnika çıxarılır. Yağışların fasilə verdiyi günlərdə hər yerdə səpin kampaniyası sürətlə davam etdirilir. Cari mövsümdə bölgədə 12 min 200 hektarda taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 9 min 250 hektarda səpin aparılıb. Bundan 4975 hektarı arpa, qalanı isə buğdadır. Arpa səpini, demək olar ki, başa çatıb.

Hazırda rayonun daha çox taxıl əkilən Şilyan, Alpout, Şahlıq, Qazıqumlaq, Qaziyan bir sıra digər ərazi vahidlərində səpinin tez itkisiz başa çatdırılması üçün bütün imkanlardan istifadə olunur.

Yevlax rayonunda isə gələn ilin məhsulu üçün 12 min hektarda taxıl əkini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payız tarla işləri davam etdirilir. Hələlik rayon üzrə 19 min 475 hektar sahədə payızlıq şum qaldırılıb. 5380 hektarda dən yaşıl yem üçün payızlıq bitkilər, o cümlədən 2321 hektarda buğda, 1811 hektarda isə arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala digər texnika cəlb edilib. Bundan başqa, cari ilin məhsulu üçün 241 hektar sahədə təkrar əkin aparılıb.

Bərdə rayonunda da gələn ilin məhsulu üçün bu günədək 4025 hektar sahədə dən yaşıl yem üçün payızlıq bitkilər əkilib. Bunun 1512 hektarı buğda, 1445 hektarı dən üçün arpa, 1068 hektarı isə yaşıl yem üçün arpadır. Hazırda rayonun təsərrüfatlarında payız tarla işləri uğurla davam etdirilir. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala digər texnika cəlb olunub. Qeyd edək ki, rayon taxılçıları cari ildə 13 min 676 hektar taxıl sahəsindən 51 min 407 ton məhsul tədarük ediblər.

İmişlili taxılçılar isə bu il 17 min 500 hektar sahədə payızlıq taxıl əkməyi planlaşdırıblar. Ötən il rayonda 17 min hektar sahədə taxıl əkilib. Bunun da 10 min 820 hektarı buğda, 6 min 18 hektarı isə arpa olub. Biçin aparılmış sahələrdən 55 min 462 ton məhsul götürülüb. Hər hektarın məhsuldarlığı 32,6 hektara çatdırılıb. Qazanılmış uğurlardan dövlət dəstəyindən ruhlanan torpaq mülkiyyətçiləri gələn ildə yüksək məhsul əldə etmək üçün səpinə mütəşəkkil başlayıblar. İmişlidə hələlik 5 min 28 hektar sahədə taxıl səpini aparılıb. Bunun da 3 min 98 hektarı arpa, 1790 hektarı buğda, 140 hektarı isə xəsil sahəsidir. Artıq rayonda arpa səpini yekunlaşıb.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 25 noyabr.- S.8