Prezident Kitabxanasında İrəvan xanlığının tarixi ilə bağlı yeni
əsərlərin təqdimatı olub
Noyabrın 24-də Azərbaycan Respublikası
Prezidentinin İşlər
İdarəsinin Prezident
Kitabxanasında Azərbaycan,
ingilis və rus dillərində nəşr edilmiş, İrəvan xanlığının
tarixinə dair dörd adda broşürün təqdimatı
olub.
AZƏRTAC
xəbər verir ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Tarix İnstitutunun,
Prezident Kitabxanasının
və “Azərbaycan Tarixçiləri” İctimai
Birliyinin (ATİB) birgə
təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Prezident Kitabxanasının
direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar
kimi bu əsərlər
də Prezident İlham Əliyevin təşəbbüsü ilə
yazılıb. Bu kitabçalar
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının maliyyələşdirdiyi
“İrəvan xanlığının
tarixinə dair dörd adda broşürün nəşr
olunması” layihəsi
çərçivəsində ATİB tərəfindən nəşr
edilib. Layihənin
rəhbəri və nəşrlərin elmi redaktoru Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, texniki redaktoru isə riyaziyyat üzrə fəlsəfə
doktoru Mehri Xanbabayevadır. “İrəvan
xanlığı: erməni
vandallarının yox
etdiyi Xan sarayı” və “İrəvan xanlığı:
erməni vandallarının
yox etdiyi İrəvan məscidləri”
kitabçalarının müəllifi
Tarix İnstitutunun böyük elmi işçisi Nazim Mustafa,
“İrəvan xanlığı:
İrəvan qalası
– qəhrəmanlıq qalası”
və “Çuxursəd
hakimləri və İrəvan xanları” kitabçalarının müəllifi
isə bu elm müəssisəsinin aparıcı
elmi işçisi Güntəkin Nəcəflidir.
M.Əhmədov diqqətə çatdırıb
ki, Prezident Kitabxanasında Azərbaycanın
dövlətçilik tarixinə,
dövlət rəmzlərinə,
erməni vandalizminə,
erməni cinayətlərinə,
20 Yanvar və Xocalı faciələrinə
dair elektron resursların hazırlanması
zamanı ilk növbədə
Tarix İnstitutunun əməkdaşlarının əsərlərindən
istifadə edilib. Təqdim olunan broşürlərin
diplomatik korpuslar və Azərbaycan diasporunun təmsilçilərinin
vasitəsilə xaricdə
yayılması ölkəmizlə
bağlı həqiqətlərin
dünya ictimaiyyətinə
çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm
rol oynayacaq.
Y.Mahmudov qeyd edib ki,
müasir Ermənistanın
ərazisi yaxın keçmişdə - XIX əsrin
əvvəllərində Azərbaycan
dövləti olan İrəvan xanlığının
torpaqları idi. Azərbaycan və
digər türk xalqlarının qəhrəmanlıq
eposu sayılan “Kitabi-Dədə Qorqud” dastanlarında təsvir olunan bir çox
mühüm tarixi hadisələr, proseslər
Azərbaycanın məhz
bu regionunda – İrəvan xanlığının
ərazisində cərəyan
edib. Çar Rusiyası erməniləri
Qacarlar İranı və Osmanlı imperiyası ərazisindən
Cənubi Qafqaza köçürdükdən sonra
Azərbaycan xalqına
qarşı etnik təmizləmələr, zorakı
deportasiyalar və soyqırımları dövrü
başlanıb. Nəhayət,
1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş
İrəvan xanlığının
ərazisində erməni
dövləti yaradılıb.
Y.Mahmudov deyib: “Erməni vandalları köçürülüb gətirildikləri
Azərbaycan torpaqlarından
yerli türk-müsəlman
əhalini didərgin salmaq üçün onların dini ibadət yerlərini – yüz illərlə öz varlığını
qoruyub saxlamış
nadir memarlıq inciləri
olan 300-dən çox
məscidi, çoxlu sayda minarələri, türbələri, ziyarət
yerlərini, qəbiristanlıqları
yerlə-yeksan ediblər.
Vandallar,
ilk növbədə, İrəvandakı
qədim məscidləri
məhv ediblər”.
Vurğulanıb ki, “İrəvan
xanlığı: erməni
vandallarının yox
etdiyi İrəvan məscidləri” adlı kitabçada Azərbaycan xalqına məxsus və erməni vandalları tərəfindən
dağıdılan nadir memarlıq
abidələrinin – qədim
İrəvan məscidlərinin
acı taleyindən bəhs olunur. Əsərdə bildirilir ki, erməni rəssamlarından Martiros
Saryanın, Setrak Arakelyanın, Anuş Sahinyanın, Qabriel Gürcyanın 1920-1930-cu illərdə
çəkdikləri rəsm
əsərlərində Göy
məscid İrəvan
şəhərinin rəmzi
kimi əks etdirilib. “İrəvan xanlığı: erməni
vandallarının yox
etdiyi Xan sarayı” adlı kitabçada qeyd edilir ki, İrəvan
rəsmiləri bu gün xaricdən gələn qonaqlara və tədqiqatçılara
“qədim erməni torpağında” və onun “qədim paytaxtında” yaşı
200 ildən yuxarı bircə dənə də olsun tarixi
abidə göstərə
bilmirlər. Tarixçi-alim
Güntəkin Nəcəflinin
“İrəvan xanlığı:
İrəvan qalası
– qəhrəmanlıq qalası”
adlı əsərində
400 ildən artıq tarixə malik, dəfələrlə yadelli
yürüşlərinə sinə gərmiş, XIX əsrin birinci yarısında Azərbaycan
xalqının çar
Rusiyası işğalçılarına
qarşı apardığı
şanlı mübarizə
mərkəzlərindən birinin – İrəvan qalasının qəhrəmancasına
müdafiəsindən bəhs
olunur. Bu kitabça
İrəvan qalası
müdafiəçilərinin əziz xatirəsinə həsr edilib. “Çuxursəd hakimləri
və İrəvan xanları” əsərində
isə bildirilir ki, qədim Azərbaycan torpağı
olan müasir Ermənistanın ərazisi
orta əsrlərdə
Çuxursəd vilayəti
adlanırdı. Azərbaycan
dövləti olan İrəvan xanlığını
yerli türk tayfalarının – Qaraqoyunlu,
Ağqoyunlu, Rumlu, Ustaclı, Əfşar, Qacar tayfasının nümayəndələri olan
xanlar idarə ediblər.Tədbirdə çıxış
edən Güntəkin
Nəcəfli, Nazim
Mustafa, Tarix İnstitutu
direktorunun müavini Cəbi Bəhramov, Milli Məclisin deputatı Fəzail İbrahimli və başqaları İrəvan
torpağının qədim
Azərbaycana aid olduğu
barədə tarixi gerçəkliklərin
dünya ictimaiyyətinə
daha ətraflı çatdırılmasının vacibliyindən, ermənilərin
tarixi həqiqətləri
daim saxtalaşdırmağa
cəhd göstərdiklərindən
danışıblar.
Təqdim
olunan kitabçalar Tarix İnstitutunun elmi şurasının qərarı ilə çap edili
Yeni Azərbaycan.- 2016.- 25 noyabr.- S.5