Milli-mənəvi dəyərlər və KİV” mövzusunda seminar jurnalistlərin dini biliklərini artıracaq

 

Noyabrın 25-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mətbuat Şurasının birgə layihəsi əsasında təşkil edilən “Milli-mənəvi dəyərlər və kütləvi informasiya vasitələri” mövzusunda iki həftəlik seminarın açılışı olub.

AZƏRTAC xəbər verir ki, jurnalistlər üçün təşkil edilən seminarın açılışından əvvəl QMİ sədri şeyxülislam Allahşükür Paşazadə, DQİDK sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovdin xadimləri jurnalistlərlə görüşüblər.

Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda indiyədək jurnalistlərlə din xadimləri arasında belə yüksək səviyyəli görüş keçirilməyib. “Əlbəttə, ayrı-ayrı jurnalistlərlə görüşlərimiz olub, ancaq bu cür geniş şəkildə görüş birinci dəfədir ki, baş tutur. Mətbuat bizim ən yaxın dayağımız olmalıdır, biz sizə güvənməliyik, bir-birimizlə məsləhətləşməliyik. Bu seminarın da məqsədi odur ki, həm jurnalistlərin dini bilikləri artsın, həm də din xadimləri ilə jurnalistlər arasında münasibətlər inkişaf etdirilsin. Məqsədimiz odur ki, jurnalistlərlə din xadimləri arasında əlaqələri inkişaf etdirək və dövlətçiliyin xeyrinə işlər görək”, - deyə şeyxülislam bildirib. QMİ sədri jurnalistlər üçünŞeyxülislam” mükafatının da təsis olunacağını vurğulayıb. Əlavə edib ki, bu mükafat jurnalistlərə milli-mənəvi dəyərlərlə bağlı yazılarına görə veriləcək.

Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, əslində din və dövlət həmişə bir yerdə olub. Azərbaycanda bütün dinlərə bərabər şəkildə dəstək göstərilib və göstərilir. O bildirib ki, vaxtilə başqa ölkələrə demokratiya və digər adlar altında təsir göstərməyə çalışanlar indidin pərdəsi altında təsir göstərməyə çalışırlar. Ona görə də jurnalistlər bu məsələdən yazarkən hər şeyi ölçüb-biçərək yazmalıdırlar, dini təbliğat məsələsində daha fəal olmalıdırlar.

Mübariz Qurbanlı deyib ki, bu seminar Azərbaycanın mətbuat tarixində böyük yenilikdir. Mətbuat nümayəndələri üçün ayrılıqda bir sahə üzrə kursun təşkil olunması, həmin sahəyə aid mütəxəssislərin iştirakı seminarın əhəmiyyətindən xəbər verir. Bu ideyanın müəllifi şeyxülislam Allahşükür Paşazadədir. Layihənin məqsədi dini mövzuda yazan, eyni zamanda, dinlə əlaqədar mövzularda buya digər məsələlərə aydınlıq gətirmək istəyən jurnalistlərlə bir araya gəlmək və onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparmaqdır.

Əflatun Amaşov qeyd edib ki, seminar dini məsələlərdən yazan jurnalistlərə çox böyük kömək olacaq. Bu seminar sayəsində jurnalistlərin dinlə bağlı kifayət qədər geniş təsəvvürü olacaqonlar müəyyən biliklər əldə edəcəklər.

Yeni Azərbaycan.- 2016.- 26 noyabr.- S.5