Belarus Prezidenti Heydər Əliyev Mərkəzində
olub
Noyabrın 29-da Belarus Respublikasının Prezidenti
Aleksandr Lukaşenko Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Mərkəzinin
direktoru Anar Ələkbərov Belarus dövlətinin
başçısına Mərkəzin
fəaliyyəti barədə
məlumat verib.
Bildirilib ki, Mərkəz Azərbaycan xalqının
Ümummilli lideri Heydər Əliyevin dövlətçilik irsinin
öyrənilməsi və
tədqiqi, eyni zamanda, ölkəmizin tarixi və mədəniyyətinin tanıdılması
istiqamətində fəaliyyət
göstərir. Bu baxımdan,
Mərkəzin həyata
keçirdiyi layihələr,
burada təşkil edilən mühüm beynəlxalq tədbirlər
barədə məlumat
verilib.
Mərkəzdəki Heydər Əliyev Muzeyi ilə tanış
olan Aleksandr Lukaşenkoya məlumat verilib ki, Muzey
təşkil olunarkən
Ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif
dövrlərinin əks
olunmasına xüsusi
diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan
tarixinin öyrənilməsinə
böyük imkanlar yaradır. Bu baxımdan, interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif videomateriallar
xüsusi əhəmiyyətə
malikdir.
Belarus Prezidenti Muzeyin ayrı-ayrı bölmələri,
eləcə də
1969-cu ildən 2003-cü ilədək
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik
etdiyi dövrlərdə
xidməti istifadəsində
olan avtomobillərə,
Heydər Əliyevin digər dövlət başçıları, o cümlədən
Aleksandr Lukaşenko ilə keçirdiyi görüşlərə dair
materialların yer aldığı “Beynəlxalq
əlaqələr” bölməsinə
baxıb.
Mərkəzdə “Azərbaycan inciləri:
tarixin axarında” sərgisi ilə tanışlıq zamanı
bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini
əks etdirən bu ekspozisiyada ölkənin çoxəsrlik
tarixi, mədəni irsinə dair eksponatlar nümayiş olunur.
Belarus Prezidenti “Mini Azərbaycan”
sərgisi ilə tanış olarkən qeyd edilib ki, bu
ekspozisiyada Bakıdakı
və Azərbaycanın
regionlarındakı tarixi
memarlıq abidələri
və bir sıra müasir binaların maketləri nümayiş olunur. Sərgi Azərbaycanla virtual tanışlıq
imkanı yaradır.
Sonra
Belarus dövlətinin başçısı
Heydər Əliyev Mərkəzində “Klassik
avtomobil sərgisi” ilə tanış
olub. Diqqətə çatdırılıb ki,
sərgidə avtomobilin
yarandığı ilk dövrlərdən
- XIX əsrin sonlarından
başlayaraq Almaniya,
ABŞ, İtaliya, Fransa,
Böyük Britaniya və keçmiş
SSRİ-də istehsal olunmuş avtomobillər nümayiş etdirilir.
Belarus Prezidentinə, həmçinin
Mərkəzin binası
barədə məlumat
verilib. Qeyd olunub ki, dünya şöhrətli
memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına
daxil edilib. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün
geniş imkanlar var.
Daha sonra
Belarus Prezidenti Aleksandr
Lukaşenko Heydər Əliyev Mərkəzinin xatirə kitabında ürək sözlərini
yazıb.
Sonda dövlət
başçısına xatirə hədiyyəsi təqdim edilib.
Yeni Azərbaycan.-
2016.- 30 noyabr.- S.4