Azərbaycan ailəsi-2016” film festivalının qalibləri mükafatlandırılıb

 

Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK), Heydər Əliyev Fondunun BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilənAzərbaycan ailəsi-2016” VIII film festivalına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində dövlət qurumları nümayəndələrinin, elm mədəniyyət xadimlərinin iştirakı ilə festivalın qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə əvvəlcə festivala təqdim olunmuş film fotolardan ibarət videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, “Azərbaycan ailəsi” film festivalına 2009-cu ildən start verilib. Artıq üçüncü ildir ki, film festivalı çərçivəsindəHəyatdan şəkləadlı fotomüsabiqə keçirilir. Bu ilAzərbaycan ailəsi” film festivalı müsabiqəsinə 31 iştirakçı tərəfindən 38 film 22 iştirakçı tərəfindən 82 fotoşəkil təqdim olunub. Müsabiqəyə 35 film bütün fotoşəkillər qəbul edilib. Təqdim olunan işlər Azərbaycanın görkəmli elm mədəniyyət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib qaliblər müəyyən edilib.

Tədbirdə AQUPDK-nın sədri Hicran Hüseynova çıxış edərək deyib ki, “Azərbaycan ailəsi” film festivalına ötən 8 il ərzində yerli rejissorlarla yanaşı, xarici ölkə rejissorları da öz ekran əsərlərini müsabiqəyə təqdim ediblər, hətta festivalın xüsusi mükafatlarına layiq görülüblər. Bu isə festivalın beynəlxalq nüfuz qazanmasının göstəricisidir. Komitə sədri bildirib ki, layihənin keçirilməsində məqsəd, ilk növbədə, ailə dəyərlərinin qorunması istiqamətində maarifləndirmə işinin daha da gücləndirilməsidir: “Bir tərəfdən biz uğurlu ailələri, nümunəvi ailə modellərini təbliğ edirik. Digər tərəfdən isə bu sahədə mövcud problemləri bədii obrazlar vasitəsilə insanlara göstəririk. İkincisi, yaradıcılığa yeni başlayan təhsil alan rejissorlar üçün ailədaxili məsələlərin bədii formada çatdırılması metodları öyrədilir. Üçüncüsü, təqdim edilən bütün filmlərdən məktəblərdə, ali təhsil müəssisələrində, ailələrdə, hərbi hissələrində apardığımız maarifləndirmə işlərində istifadə olunur. Ona görə , festivala qatılan heç bir namizəd uduzmur, əsas məsələ iştirak etməkdir. Çünki təqdim edilən bütün filmlər komitənin maarifləndirmə işlərində istifadə olunur”.

H.Hüseynova qeyd edib ki, builki festival müstəqilliyimizin 25 illiyinə həsr olunub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti bu gün dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. İmzalanan sərəncamlar təsdiq edilən dövlət proqramları, həyata keçirilən sosial layihələr hər bir vətəndaşımızın maraq hüquqlarını maksimum dərəcədə müdafiəsinə yönəlib. Bu isə ailələrimizin yaşayışına, onların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərir.

H.Hüseynova festivalın keçirilməsində xüsusi əməyi olan Heydər Əliyev Fondu onun prezidenti Mehriban xanım Əliyevaya, BMT-nin Əhali Fonduna, həmçinin Mədəniyyət Turizm Nazirliyinə, Azərbaycan Mədəniyyət İncəsənət Universitetinə, İctimai Televiziya Radio Yayımları Şirkətinə münsiflər heyətinə minnətdarlığını bildirib.

Mədəniyyət turizm naziri Əbülfəs Qarayev isə çıxışında ailə mövzusunda film festivalının keçirilməsi təşəbbüsünü kino sənətinə verilən dəyərli töhfə kimi qiymətləndirib bunun gələcəyə nikbinliklə baxmağa əsas verdiyini deyib. “Kino auditoriyasız yaşaya bilməz. Odur ki, bu festival gənc nəsildə kino sənətinə maraq oyatmaq, eləcə indiki qloballaşan dövrdə mənəvi dəyərlərimizi, milli ailə ənənələrimizi yaşatmaq baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə Ə.Qarayev bildirib. Dünya kino məkanındakı yeniliklərdən danışan nazir qeyd edib ki, Azərbaycanda dövlət hesabına 40-a qədər bədii, 100-dək sənədli film çəkilib. Son bir ildə 52 Azərbaycan filmi xarici festivallarda uğur qazanıb.

BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyinin baş müşaviri Fərid Babayev isə bildirib ki, festivalın mükafatlandırma mərasiminin noyabrın 29-da keçirilməsi təsadüfi deyil. Çünki BMT-nin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıqkampaniyası hər il noyabrın 25-də başlayır dekabrın 10-dək davam edir. Kampaniya çərçivəsində müxtəlif maarifləndirici tədbirlər keçirilir bugünkü festival da bunlardan biridir. F.Babayev bundan sonra da Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlığı davam etdirəcəklərini deyib.

İctimai Televiziya Radio Yayımları Şirkətinin baş direktoru Cəmil Quliyev çıxış edərək cəmiyyətdə ailə institutunun mənəvi dəyərlərin qorunmasında, eləcə milli kino sənətimizin təbliği inkişafında festivalın əhəmiyyətini qeyd edib. Bildirib ki, Azərbaycanda bir çox festivallar keçirilsə , onların ömrü uzun olmayıb. AncaqAzərbaycan ailəsi” film festivalı 8-ci dəfə keçirilir. Bu onunla bağlıdır ki, festival çox müqəddəs bir mövzuya həsr edilib. “Bu festival həm gənclərin yaradıcılığına təkan verdi. Festivalda iştirak edən bir çox gənclər müxtəlif televiziya kanallarında yaradıcı işlərdə çalışırlar”, - deyə C.Quliyev əlavə edib.

Çıxış edənlər bu sahədə AQUPDK-nın fəaliyyətini yüksək qiymətləndiriblər. Festivalın yüksək səviyyədə təşkilinə görə komitənin rəhbərliyinə minnətdarlıq ifadə olunub.

Tədbirdə tanınmış müğənnilərin ifasında mahnılar səsləndirilib.

Sonda müxtəlif nominasiyalar üzrə “Azərbaycan ailəsi-2016” VIII film festivalının və “Həyatdan şəklə” fotomüsabiqəsinin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.

Yeni Azərbaycan.- 2016.- 30 noyabr.- S.4