Aran iqtisadi rayonunda 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib

 

Bu kreditlər əsasən heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı balıqçılıq sahələrinin inkişafına yönəldiləcək

Ölkəmizin ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. Respublikanın bir sıra rayonlarının intensiv bağçılıq üzümçülük təsərrüfatlarına, eləcə istixana komplekslərinə meyvə-tərəvəz emalı müəssisəsinə güzəştli kreditlərin verilməsi bu məhsullara daxili tələbatın ödənilməsini təmin edib yeni ixrac imkanları yaradıb. Ötən illər ərzində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması satışı infrastrukturu yaradılması əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında mühüm rol oynayır, istehlak bazarında qiymətlərin sabitliyini təmin edir.

Prezident İlham Əliyevin 25 avqust 2008-ci il tarixli müvafiq Sərəncamı ilə qəbul edilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, eləcə 2014-cü il yanvarın 16-da imzalananKənd təsərrüfatı ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqındaSərəncam respublikamızda ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi bazasını yaratmaqla yanaşı, kənd təsərrüfatının inkişafında da əsaslı əhəmiyyətə malik olub.

Bu gün regionlarımızda ərzaq təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atılır. Bunun nəticəsidir ki, əldə olunan nailiyyətlər yüksək göstəricilərlə müşayiət olunur. Məsələn, Tovuz rayonunda sahibkarlar tərəfindən 1669 hektar ərazidə bol tərəvəz məhsulu yetişdirilib. Belə ki, fermerlər sahələrdən 31 min 961 ton məhsul toplayıblar. Yığılan məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 1500 ton, hektardan orta məhsuldarlıq isə 0,4 sentner çoxdur.

Eləcə , bu il tovuzlu sahibkarlar 8197 hektar sahədə kartof məhsulu yetişdiriblər. Sahibkarlar artıq 8191 hektar sahənin kartofunu yığıblar. Sahələrdən 178 min 564 ton məhsul götürülüb. Hektardan orta məhsuldarlıq 218 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kartof yığılan sahələr 548 hektar, tədarük olunan məhsul 13 min 705 ton, hektardan orta məhsuldarlıq isə 2,3 sentner artıqdır. Rayonun dağ kəndlərində kartof yığımı davam edir.

Şəmkir rayonunda Ceyrançöl ərazisində isə çuğundur yığımına başlanılıb. Qeyd edək ki, rayonda ilk dəfə əkilən çuğundurun məhsuldarlığı bu sahəyə marağı xeyli artırıb. Üstəlik fermerlərə satış üçün yaradılan şərait gələn il sahələrin bir qədər genişləndirilməsinə zəmin yaradır. Vurğulayaq ki, çuğundur əkinindən öncə torpağın məhsul üçün yararlılıq dərəcəsi yoxlanılıb. Nəticələr müsbət olduğundan əkin aparılıb bitkiyə lazımi aqrotexniki qulluq göstərilib. 650 hektar sahədə əkilən şəkər çuğunduru məhsuldarlığı ilə seçilir. Gələcəkdə çuğundur sahələrinin 3 min hektara çatdırılması nəzərdə tutulur. Ceyrançöl ərazisində yaxın gələcəkdə bağçılığın inkişaf etdirilməsi planlaşdırılır. İki min hektar sahədə fındıq, 500 hektarda badam, nar, zeytun, çəkil xurma əkilməsi nəzərdə tutulub.

Zaqatala rayonunun təsərrüfatlarında isə qarğıdalı yığımı mütəşəkkil şəkildə davam etdirilir. Cari mövsümdə rayonda 5860 hektar qarğıdalı sahəsinin məhsulunun yığılması nəzərdə tutulur. Mövsümün əvvəlindən indiyədək rayonda 32 min 623 ton dən qarğıdalı istehsal olunub. Qarğıdalı əkinlərinə göstərilən yüksək aqrotexniki qulluq tədbirləri nəticəsində bu il sahələrdə bol məhsul yetişdirilib. Havaların əlverişli keçməsindən istifadə edən fermerlər qalan məhsulun da sahələrdən itkisiz yığılması üçün səylə çalışırlar.

Rayonun təsərrüfatlarında 2017-ci ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpininə də başlanılıb. Cari mövsümdə rayonda 12 min hektardan çox sahədə payızlıqların səpini proqnozlaşdırılır. Təsərrüfatlarda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb, texnika saz vəziyyətə gətirilib. Səpin üçün 3623 ton yüksək reproduksiyalı toxum fondu ayrılıb. İlk günlər rayonun Qandax, Muğanlı, Dağlı, Faldarlı kəndlərinə məxsus təsərrüfatlarda 130 hektara yaxın sahəyə arpa toxumu səpilib. Bəzi təsərrüfatlarda isə artıq buğda səpininə də başlanılıb. Hazırda təsərrüfatlarda payızlıqların səpini üçün şum çıxarılması davam etdirilir. İndiyədək 6 min hektardan çox sahədə şum aparılıb. Builki mövsümdə zaqatalalı fermerlər 12 min 221 hektar payızlıq taxıl sahəsindən 37 min 965 ton məhsul götürüblər.

Ağsu rayonunda da kartof yığımı başa çatıb, sahələrdən 1230 ton məhsul götürülüb. Qeyd edək ki, kartof istehsalı bölgədə ildən-ilə artır. Bu il torpaq mülkiyyətçiləri sahələrdən ötən ildəkindən 152 ton çox məhsul yığıblar. Hər hektardan məhsuldarlıq 80,9 sentner olub ki, bu da keçən ildəkindən artıqdır. Ümumiyyətlə, kartofçuluq rayonda qeyri-ənənəvi sahə hesab olunur. Lakin yerli bazarlarda ilboyu kartofa tələbat çox olduğundan bu sahəyə maraq artır. Son illər rayonun dağətəyi ərazilərində, o cümlədən Padar, Qaraqoyunlu kəndlərinin, dağlıq ərazilər olan Gürcüvan, Kalva yaşayış məntəqələrinin sakinləri əkin sahələrini artırırlar.

Ağdaş rayonunda isə heyvaçılığın inkişafı və məhsul istehsalının ildən-ilə artırılması daim diqqət mərkəzindədir. Əvvəllər heyvaçılıq rayonu kimi tanınan Ağdaşın bu meyvə ilə bağlı şöhrətinin geri qaytarılması üçün mühüm işlər görülür. Kəndli fermerlər və fərdi təsərrüfat sahibləri heyva bağlarını ildən-ilə genişləndirməklə və ağaclara düzgün aqrotexniki qulluq göstərməklə daha çox məhsul istehsal etməyə nail olurlar. Rayonda mövcud olan 1608 hektar bar verən meyvə bağının 340 hektarını heyva bağı təşkil edir. Bağbanlar ötən il 10, bu il isə 14 hektar sahədə yeni heyva bağı salıblar.

Rayonun Orta Ləki, Aşağı Cardam, Güvəkənd, Yenikənd kəndlərində heyva əhalinin əsas gəlir mənbəyi hesab edilir. Kəndlilər heyvanın 15 sortunu (“Bəhram”, “Cardam”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Almalı”, “Bardaq” və s.) yetişdirirlər. Bu il rayonda havanın əlverişli olması və ağaclara lazımi aqrotexniki qulluq edilməsi nəticəsində bolsaf məhsul əldə olunub. Kəndlilər bu günlərdə məhsul tədarükünə başlayıblar. Ötən il bağlardan 2300 ton heyva yığılıb ki, bu da əvvəlki ildəkindən 2,5 ton çoxdur. Bu il isə bağlardan 2500 tona yaxın məhsulun yığılması gözlənilir. Bağbanlar hər hektardan orta hesabla 60-70 ton məhsul toplayacaqlarına ümid edirlər. Kəndlilər məhsulu öz həyətlərində müştərilərə satırlar.

Artıq bir neçə gündür ki, İmişli rayonunda da şəkər çuğundurunun yığımına başlanılıb. Bu il İmişlidə 215 hektar sahədə çuğundur əkilib. Cari ildə havaların təsərrüfat işləri üçün əlverişli keçməsi və fermerlərin “Kayota”, “Zeper”, “Radofekimi yüksək məhsuldar sortların əkininə üstünlük verməsi nəticəsində plantasiyalarda bol məhsul yetişib. Torpaq mülkiyyətçiləri havaların əlverişli keçməsindən yararlanaraq yığımı tez bir zamanda yekunlaşdırmağa çalışırlar. İndiyədək plantasiyalardan 1022 tondan çox məhsul yığılıb. Fermerlər yığılmış sahələrin məhsuldarlığının orta hesabla 40-45 tona çatdığını bildirirlər ki, bu da ötənilki göstəricidən xeyli yüksəkdir. Ötən il çuğundur sahələrindən 2 min 321 ton məhsul yığılıb. Əldə olunan ilk nəticələr göstərir ki, bu il məhsul ötən ildəkindən çox olacaq.

Şamaxı rayonunda da kartof yığımı başa çatıb, sahələrdən 4931 ton məhsul götürülüb. Bu ilin məhsulu üçün 693 hektarda kartof yetişdirilmişdi. Yığılan məhsul ötən ildəkindən 47,7 ton çox olub. Qeyd edək ki, yerli bazarlarda öz keyfiyyəti ilə seçilən Şamaxı kartofuna tələbat çox olduğundan torpaq mülkiyyətçilərinin bu sahəyə marağı ildən-ilə artır. Təkcə Qızmeydan ərazi vahidində bu il 76 hektarda kartof yetişdirilib və sahələrdən bol məhsul götürülüb. Qaleybuğurd, İkinci Cabanı, Ərçiman və bir sıra digər ərazilərdə də əkin sahələri ildən-ilə genişləndirilir.

Ağstafalı sahibkarlar isə bu il 660 hektar kartof sahəsində bol məhsul yetişdiriblər. Sahibkarlar artıq sahələrdən 10 min 630 ton məhsul götürüblər. Hektardan orta məhsuldarlıq 161,1 sentner təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tədarük olunan məhsul 830 ton çoxdur.

Qeyd edək ki, ərzaq təhlükəsizliyinin təminatı istiqamətində atılan addımlar arasında sahibkarlara güzəştli kreditin verilməsi də mühüm yer tutur. Yeri gəlmişkən, oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Biləsuvar rayonunun Ağalıkənd kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi diqqətə çatdırılıb.

Qeyd edilib ki, 2016-cı ilin 9 ayı ərzində 1815 sahibkara 120,6 milyon manat güzəştli kredit verilib. Güzəştli kreditlərin 84 faizi aqrar sektorun, 16 faizi isə sənaye və digər sahələrin inkişafına yönəldilib. Bu kreditlərin 66,8 faizi regionların, 33,2 faizi isə Bakı şəhərinin qəsəbələrinin payına düşür. İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Bu kreditlər əsasən heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni yerinin açılması mümkün olacaq.

Pərviz SADAYOĞLU

Yeni Azərbaycan.- 2016.- 7oktyabr.- S.8