“Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın çoxşaxəli fəaliyyəti
haqqında məqalə dərc edilib
Baş ofisi Birləşmiş Ərəb Əmirliklərində yerləşən, Səudiyyə Ərəbistanı, Küveyt, Tunis, Misir, Livan və digər ərəb ölkələrində yayılan nüfuzlu “Əl-Mənərə” jurnalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti haqqında məqalə dərc edilib.Məqalədə Mehriban Əliyevanın ziyalı ailədən olduğu bildirilir, Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva haqqında oxuculara dolğun məlumatlar çatdırılır.
Ziyalı ailə mühitinin Mehriban Əliyevada mərhəmət, xeyirxahlıq, insan sevgisi kimi nəcib hisslərin, o cümlədən incəsənətə marağın əsasını təşkil edən dünyagörüşünün formalaşmasına təsiri barədə söhbət açılır, Azərbaycanın birinci xanımının həm milli, həm qlobal səviyyələrdə gördüyü işlər barədə məlumat verilir, həmin işlərin onun haqqında mütərəqqi müsəlman qadını imicini yaratdığı vurğulanır.
Məqalədə
Mehriban
Əliyevanın 2004-cü ildə
regionda ən böyük qeyri-hökumət təşkilatını təsis etdiyi bildirilir. Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin adını daşıyan bu təşkilatın Azərbaycan
reallıqlarının dünyada
geniş təbliği
ilə yanaşı, Heydər Əliyev irsinin yeni və
gənc nəslə öyrədilməsində mühüm
rol oynadığı
diqqətə çatdırılır. Müəllif Heydər Əliyev Fondunun çoxvektorlu fəaliyyəti haqqında
ətraflı məlumat
verir. Bu xüsusda, birinci xanımın gündəlik
fəaliyyətlərində sosial və humanitar aspektlərin öndə getdiyi vurğulanır, ölkəmizdə
kimsəsiz uşaqların
və yaşlıların
problemlərinin həll
edilməsi yolunda mühüm işlərin
görüldüyü oxucuların
diqqətinə çatdırılır.
Fondun xətti ilə yeni təhsil,
səhiyyə və incəsənət ocaqlarının
inşa edildiyi, insulin
və qan donorluğu aksiyaları, eləcə də ana südü ilə qidalandırma üzrə maarifləndirmə
aksiyaları və s. sosial təşəbbüslərin
həyata keçirildiyi
bildirilir. Həmçinin
Mehriban Əliyevanın
milli musiqi ənənələrinin inkişafı
və xaricdə tanıdılması yönündə
səyləri çərçivəsində
Heydər Əliyev Fondunun dəstəyi ilə müasir Muğam Mərkəzinin tikildiyi, Fondun təşəbbüsü ilə
müxtəlif ölkələrdə
keçirilən mədəniyyət
tədbirlərində Azərbaycan
muğamının prioritet
yerdə olduğu, habelə hər il ayrı-ayrı istedadlı yerli və beynəlxalq musiqiçilərin iştirakı
ilə Qəbələ
Beynəlxalq Musiqi Festivalının təşkil
edildiyi oxucuların diqqətinə çatdırılır.
Ümumbəşəri dəyərlər,
sülh və dözümlülüyün yayılması
işində Heydər
Əliyev Fondunun fəaliyyətinə gəlincə,
məqalədə bu təşkilatın Azərbaycanda
fərqli sivilizasiyalar
arasında əməkdaşlıq
və dialoq mövzusunda çoxsaylı
tədbirlər keçirməklə,
Luvr Muzeyində İslam incəsənəti
bölməsini təsis
etməklə, Versal Sarayının parkında,
Luvr Muzey Kompleksində, Berlin Şəhər
Sarayında və digər Avropa şəhərlərində qədim
tarixi binaların və Vatikanda qədim əlyazmaların
bərpasında, eləcə
də Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirinin həyata keçirilməsində yaxından
iştirak etməklə
qlobal tolerantlıq ideyasında və dünya mədəniyyətində
izlər qoyduğu bildirilir.
Məqalədə Mehriban Əliyevanın fəaliyyətinin beynəlxalq
humanitar tərkib hissəsinə nəzər
salınaraq, Heydər
Əliyev Fondunun Rumıniya, Haiti, Pakistan və
başqa dövlətlərdə
baş vermiş təbii fəlakətlərdən
əziyyət çəkən
insanlara təcili surətdə yardımlar etdiyi vurğulanır. Fondun Pakistanda
peyvənd və qan donorluğu aksiyaları, açıq
ürək əməliyyatları
keçirdiyi, Pakistan Göz
Xəstəxanasına və
Talassemiya Mərkəzinə
ianələr etdiyi qeyd olunur. Eyni zamanda, göstərilən
bütün xeyirxah işlərin birinci xanıma UNESCO və ISESCO
kimi mötəbər
beynəlxalq təşkilatların
xoşməramlı səfiri
adını qazandırdığı
bildirilir.
Jurnalda Mehriban Əliyevanın ölkəmizin
beynəlxalq idman və musiqi aləmində imicinin formalaşdırılmasındakı əhəmiyyətli rolundan
söhbət açılır. Belə
ki, birinci xanımın Milli Gimnastika Federasiyasına rəhbərliyi ərzində
bu idman növündə böyük
inkişafın baş
verdiyi, Bakı şəhərinin mötəbər
beynəlxalq yarışlara
ev sahibliyi
etdiyi bildirilir. 2015-ci ildə Azərbaycanda
birinci Avropa Oyunlarının yüksək
səviyyədə keçirilməsinin
məhz Mehriban Əliyevanın sədrlik
etdiyi Milli Təşkilat Komitəsinin
adı ilə bağlı olduğu və bu müstəsna
uğuruna görə
birinci xanıma 2017-ci
ildə Azərbaycanda
keçirilməsi nəzərdə
tutulan IV İslam Həmrəyliyi Oyunları
üzrə Milli Komitənin sədri missiyasının həvalə
edildiyi vurğulanır.
Bundan əlavə, Avropanın ən prestijli mahnı müsabiqəsi hesab edilən “Eurovision”un da Bakıda
uğurla keçməsinin
məhz Mehriban Əliyevanın əməyi
hesabına mümkün
olduğu diqqətə
çatdırılır.
Məqalənin sonunda çoxşaxəli
və dayanaqlı fəaliyyətinə görə
Mehriban Əliyevanın
Fransanın “Şərəf
Legionu”, Pakistanın ən ali dövlət
ordeni olan “Hilal-e-Pakistan”, Polşanın
“Xidmətlərə görə”
Böyük Komandor Xaçı ordenlərinə,
Serbiya Dövlət Ordeninə, eləcə də Dünya Səhiyyə Təşkilatı
İcraiyyə Komitəsinin
mükafatına, UNESCO-nun “Qızıl
Motsart” medalına, “Qızıl ürək” beynəlxalq mükafata layiq görüldüyü
qeyd edilir.
Yeni Azərbaycan.-
2016.- 7oktyabr.- S.3