Nəğməkar şair Ənvər Əlibəylinin anadan olmasının 100 illiyi qeyd olunub

 

Oktyabrın 7-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında tanınmış şair, tərcüməçi, ictimai xadim, jurnalist Ənvər Əlibəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə şairin həyat və yaradıcılığından danışılıb, sözlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Bildirilib ki, şair cismən aramızda olmasa da yazdığı əsərlərlə, sözlərinə bəstələnmiş mahnılarla bu gün də bizimlədir. Bu mahnılarda tükənməz gənclik eşqi, məhəbbət və bahar ruhu var.

Qısa, ancaq mənalı ömür yaşayan şair Ənvər Əlibəylinin Vətən torpağının füsunkar gözəlliklərindən vəcdə gəlib qələmə könül verdiyini söyləyən aparıcılar onun musiqiyə yatan həlim, həzin şerlərinə Qara Qarayev, Rauf Hacıyev, Cahangir Cahangirov, İbrahim Topçubaşov, Səid Rüstəmov, Hökümə Nəcəfova və başqa sənətkarların şux, yaddaqalan mahnılar bəstələdiyini bildiriblər. Qeyd olunub ki, onun sözlərinə yazılmış “Azərbaycan”, “Sevgilim”, “Gəlmədin”, “İlk məhəbbətim”, “Gəl-gəl”, “Xəzərim”, “Qəşəng qızlar”, “Narınc”, “Hamıdan göyçək”, “Söz olmasaydı” və s. mahnılar musiqi xəzinəmizim parlaq səhifələrini və müğənnilərimizin repertuarını bəzəyir.

Şairin təkcə “Azərbaycan” və “Qaranquş” şeirləri onun ədəbiyyat tariximizdə qalması üçün kifayət edərdi. Onun “Azərbaycan” şeirinə bəstəkar Rauf Hacıyevin bəstələdiyi mahnı isə dillər əzbəri olub. Mahnını görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun ifasında dinlərkən xəyal insanı öz dünyasından qoparır. Fikrində yurdun təbiət mənzərələri: yaşıl yamacları, sıx ormanları, barlı-bərəkətli çölləri canlanır”, - deyə vurğulanıb.

Ənvər Əlibəyli yaradıcılığında Vətən torpağının daim tərənnüm edildiyi aydın görünürduyulur. O, bu şeirləri ilə insan qəlbinin zənginliklərinə varır. İncə duyğuları, zərif hissləri dərindən mənalandırır və gözəl poetik parçalara çevirməyi bacarır. Beləliklə, əsil ürək, qəlb şairinə çevrilir. Bu səbəbdən də sözlərinə yazılmış mahnıların çoxu ürəkləri fəth edir, indi də incəsənət ustalarının repertuarını bəzəyir. ŞairinQaranquş”, “Sənin adınla”, “İlk məhəbbət”, “Elə xoşbəxtəm ki...”Dostluq körpüsü”, “Mingəçevir şeirləri” və digər 8 kitabı çap olunub. O, eyni zamanda Puşkin, Nekrasovs. ədiblərin əsərlərini dilimizə çevirib.

İkinci Dünya müharibəsi zamanı cəbhəyə gedən və orada dörd il vuruşduqdan sonra çiynindən ağır yaralanan şairin qələbə xəbərini Mərdəkandakı hospitalda müalicə olunarkən eşitdi bildirilib. Diqqətə çatdırılıb ki, Ənvər Əlibəyli 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Ədəbiyyat qəzetinin” redaktoru, 1952-ci ildən ömrünün axırınadək isə Respublika RadioTeleviziya Verilişləri Komitəsinin sədri vəzifələrində çalışıb.

Ənvər Əlibəylinin şeir və poemaları rus dilinə, keçmiş SSRİ xalqlarının dillərinə tərcümə edilib. “Bəxtiyar”, “Qara daşlar”, “Qızmar günəş altında” və digər filmlərdə səslənən mahnı mətnləri isə ona əbədiyaşarlıq qazandırıb. O, təbiət etibarilə lirik şair olubömrünün sonunadək bu yaradıcılıq amalına sadiq qalıb. Ona görə də onun əsərləri zərif, hay-küydən və gurultudan uzaqdı.

Gecədə bir daha diqqətə çatdırılıb ki, Ənvər Əlibəylini yaxından tanıyanlar, yaradıcılığına bələd olanlar onu ürək şairi adlandırırlar. Çünki doğrudan da Ənvər Əlibəylinin qəlbi kövrək hisslərlə, pak məhəbbətlə döyünürdü. Bu yüksək hisslərdən ən qüvvətlisi onun qarış-qarış gəzdiyi vətəni - doğma Azərbaycana olan güclü məhəbbəti idi. İndi onun mahnıları Azərbaycanı dolaşır və hələ neçə-neçə illər dolaşacaq.

Tədbirdə şairin vaxtı ilə öz dilində səslənmiş şeirləri, eləcə də onun haqında dövrünün tanınmış söz adamlarının dəyərli fikirlərinin yer aldığı lent yazıları təqdim olunub. “Elə xoşbəxtəm ki...”, “Mən niyə donmadım”, “Yaxın və uzaq”, “İnsanlara lazımam”, “Sənin vurğununam, bahar”, “Mən səni çox sevirəm...”, “Dünya”, “Qayalar”, “Dənizə alqış” və “Gülmək istəyirəm” şeirləri səsləndirilib.

Gecədə müğənnilər Ənvər Əlibəylinin şeirlərinə bəstələnmiş “Sevgilim”, “Axı mən neyləmişəm”, “Bir vaxt uşaq idik, dost dedin mənə”, “Bahar sənsiz”, “Çiçək kimi”, “Azərbaycan” və digər mahnıları ifa ediblər.

Tanınmış elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi tədbirdə Ə.Əlibəylinin kitablarından ibarət sərgi açılıb və iştirakçılara şairin sözlərinə yazılmış mahnılardan ibarət disk hədiyyə edilib.

Yeni Azərbaycan.- 2016.- 8oktyabr.- S.5