Misirlə Azərbaycan arasında mədəni əlaqələrin inkişafı diqqət mərkəzindədir

 

Oktyabrın 11-də Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi ilə Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov arasında görüş keçirilib. Millət vəkili Fuad Muradov təşkilatın yaranması, fəaliyyəti, həmçinin Böyük İpək Yolu üzərində yerləşən ölkələrdə keçirilən tədbirlər haqqında geniş məlumat verib.

Söhbət zamanı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami ElaydiBöyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının fəaliyyətini yaxından izlədiyini vurğulayıb. Bundan başqa, mərkəzin yaranma tarixindən, fəaliyyətindən, Misir və Azərbaycan arasında olan tarixi dostluq münasibətlərindən, mədəniyyət və elm sahəsindəki əməkdaşlıqdan bəhs edib.

Görüşdə millət vəkili F.Muradov həmçinin iki ölkə arasındakı əlaqələrdən bəhs edən müştərək tədbirlərin keçirilməsi təklifini irəli sürərək, Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə tanışlıqdan məmnunluğunu bildirib.

Müşfiqə BAYRAMLI

Yeni Azərbaycan  2016.- 12 oktyabr.- S.5