Regionlarda abadlıq-quruculuq
işləri davam etdirilir
Dövlət proqramları çərçivəsində
istifadəyə verilən
yeni sosial obyektlər bölgələrin
infrastruktur təminatının
daha da güclənməsində
mühüm rol oynayır
Ölkəmizdə həyata keçirilən
uğurlu sosial-iqtisadi
siyasət kursu əldə olunan nailiyyətlərin davamlılığını
təmin edir. Hazırda iqtisadiyyatın
şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının
təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması
və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi
Azərbaycanın sosial-iqtisadi
inkişaf siyasətinin
prioritet istiqamətlərindəndir.
Digər
tərəfdən, reallıqlar
onu deməyə əsas verir ki, yeni mərhələdə
iqtisadi sektorda ardıcıl islahatların
davam etdirilməsi müəyyən olunmuş
hədəflərə çatmağa
imkan verəcək.
Ötən dövr ərzində
qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsi üçün
tam şərait yaradır.
Məlum olduğu kimi, respublikamızda modern inkişaf
strategiyasının əsas
hədəflərindən biri
də Azərbaycanın
yüksək infrastruktur
təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq
fərmanları ilə
təsdiqlənən və
ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları çərçivəsində
həyata keçirilən
layihələr Azərbaycanı
infrastruktur təminatı
baxımından dünyanın
ən qabaqcıl ölkələri sırasına
çıxarıb. Azərbaycanın iqtisadi inkişafının
əsas baza sütunlarından birinə
çevrilən regionların
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları (2004-2008, 2009-2013 və
2014-2018-ci illərə dair)
respublikamızın sıçrayışlı
inkişafını təmin
etməklə yanaşı,
insanların sosial həyatının yaxşılaşması,
bölgələrin simasının
əhəmiyyətli dərəcədə
dəyişərək yeni
proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və yeni sənaye obyektlərinin yaradılması,
yerli resurslardan istifadənin səmərəliliyinin
artırılması, regionların
inkişafı üçün
zəruri infrastrukturun
yaradılması, aqrar
sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə
dəstək məqsədilə
müxtəlif servis mərkəzlərinin, investorların
regionlara cəlb olunması üçün
əlverişli şəraitin
yaradılması, yeni
iş yerlərinin açılması və
digər kompleks tədbirlərin görülməsi
nəticəsində regionların
sosial-iqtisadi inkişafında
dönüş yaranıb.
Şübhəsiz, regionların sosial-iqtisadi
inkişafı bütövlükdə
respublikanın ümuminkişaf
göstəricilərinə təsir edən mühüm faktordur.
Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları
qarşıya qoyulan məqsədlərə nail olunması
ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə
sıçrayışlı inkişafa da təkan verib. Ötən 13 ildə respublikada açılan yeni iş yerlərinin,
yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin
payına düşüb
ki, bu da
bölgələrin daha
da yüksək səviyyədə inkişafına
yol açır. Bu gün yeni
tikilən və ya təmirdən çıxmış bir sıra sosial infrastrukturlar da vətəndaşların xidmətinə
verilir. Bütün atılan addımlar,
aparılan abadlıq-quruculuq
işləri bölgələrin
simasını dəyişir.
Eyni zamanda, insanların asudə vaxtlarının səmərəli keçirilməsi
üçün yaradılan
parklar, geniş istirahət zolaqları bugünkü ümumi inkişaf tendensiyasına xüsusi rəng qatır.
Bir sözlə,
bu siyasət davamlı xarakter daşıyır və ötən ay ərzində
də ölkəmizin
bir sıra regionlarında mühüm
infrastruktur obyektləri,
həmçinin istirahət
parkları vətəndaşlarımızın
ixtiyarına verilib. Elə sentyabr
ayında Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir və Sumqayıt şəhərində
açılışı baş tutmuş infrastruktur obyektləri də deyilənlərin əyani sübutudur.
Beləliklə, öncə onu vurğulamaq yerinə düşər ki, son dövrlərdə ölkənin
hər yerində olduğu kimi, Mingəçevirdə də
mühüm infrastruktur
obyektləri yaradılıb,
abadlıq-quruculuq işləri
görülüb. Məsələn, şəhərin Sahil və Füzuli parklarında mühüm işlər görülüb,
habelə Kür çayının sol sahilində
kiçik gəmilər
və qayıqlar üçün yanalma platforması yaradılıb.
Nigar Rəfibəyli küçəsində
yerləşən Sahil
parkının ərazisi
380 metr uzunluqda genişləndirilib. Bu ilin aprel ayında
başlanmış inşaat
işləri artıq
başa çatıb.
Parkın genişləndirilmiş
sahəsi 1,2 hektara çatdırılıb.
Genişləndirilmiş parkda 3500 kvadratmetr
sahəyə dekorativ tamet tavaları döşənib, 30 dekorativ
işıq dirəyi quraşdırılıb, yeni
oturacaqlar və digər lazımi avadanlıqlar qoyulub.
Parkın ərazisində 1000 ağac, 5000-ə yaxın
gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr
yaşıllıq sahəsi
salınıb, 940 kvadratmetr
sahədə çay
daşlarından bərkitmə
işləri aparılıb.
Yeni su təchizatı
şəbəkəsi yaradılıb,
1,2 hektar sahəyə su xətti çəkilib.
Şəhərdəki Füzuli parkında isə inşaat işlərinə 2015-ci ilin
mayında başlanılıb
və 2016-cı ilin sentyabrında başa çatıb. Ümumi sahəsi 3 hektar olan parkın girişində Məhəmməd
Füzulinin büstü
qoyulub, 2 dairəvi və düzbucaqlı fəvvarə, uşaq-əyləncə,
idman qurğuları quraşdırılıb, mini futbol
meydançası salınıb.
İstirahət üçün bütün lazımi avadanlıqlar quraşdırılıb.
Ərazidə çoxlu sayda
dekorativ ağac və gül kolları əkilib, 10 min
740 kvadratmetr sahədə
çəmənlik salınıb.
Bu məqamda qeyd
edək ki, sentyabrın 21-də Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev Mingəçevirə səfəri
çərçivəsində Sənaye Parkının təməlqoyma mərasimində
iştirak edib. Xatırladaq ki,
Prezident İlham Əliyev 2015-ci ilin fevralında Mingəçevir
Sənaye Parkının
yaradılması və
bu parkın fəaliyyətinin təmin
edilməsi ilə bağlı tədbirlər
haqqında Sərəncam
imzalayıb. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili,
idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata
keçirilməsi İqtisadiyyat
Nazirliyinin tabeliyində
yaradılmış “Sumqayıt
Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin
təmin edilməsi məqsədilə Əmlak
Məsələləri Dövlət
Komitəsinin tabeliyində
olan “Mingəçevir-Toxucu”
ASC ləğv edilib və onun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.
Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub.
Parkda ilkin mərhələdə 2 min, sonra
5500-dən artıq yeni
iş yerinin açılması nəzərdə
tutulub. Mingəçevir Sənaye Parkının
nəzdində 9 müəssisə
inşa ediləcək.
Pambıq ipliyi istehsalı
müəssisəsində ilkin
mərhələdə ildə
10 min ton, növbəti mərhələdə
isə 20 min ton iplik istehsalı nəzərdə
tutulub. Azərbaycanda
böyük tələbat
olan akril ipliyi istehsalı müəssisəsində ilkin
mərhələdə il ərzində 3 min
ton məhsul hazırlanacaq.
Bu, idxaldan asılılığı
qismən aradan qaldıracaq. Yun ipliyi
istehsalı müəssisəsində
ildə 3 min ton məhsul
istehsal ediləcək.
Corab istehsalı müəssisəsinin
tikintisi ilə ilkin mərhələdə
Azərbaycanın corab
məhsullarına tələbatının
50 faiz ödənilməsi,
illik 35 milyon, növbəti mərhələdə
isə 70 milyon cüt corabın istehsalı nəzərdə
tutulub. Ayaqqabı istehsalı müəssisəsində
illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.
Qabaqcıl texnologiyaların tətbiq
olunacağı bu müəssisələrdən başqa
Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı
müəssisəsinin yaradılması
da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının
və ipliyin tullantılarının təkrar
emalı nəzərdə
tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər
və makiyaj bezləri istehsal olunacaq.
Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.
Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni iş yeri açılacaq.
Dövlət başçısının səfəri çərçivəsində Mingəçevir şəhərində Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olub. Qeyd edək ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. Yenidənqurma işlərindən sonra indi binanın ümumi sahəsi 810 kvadratmetr təşkil edir. Muzeydə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb. Üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunur və onlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatların bir çoxu ötən əsrin ortalarında Mingəçevir Su Elektrik Stansiyasının tikintisi zamanı aparılan qazıntı işləri zamanı tapılıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2016.- 20 oktyabr.- S.8