Regionlarda abadlıq-quruculuq işləri davam etdirilir

Dövlət proqramları çərçivəsində istifadəyə verilən yeni sosial obyektlər bölgələrin infrastruktur təminatının daha da güclənməsində mühüm rol oynayır

Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət kursu əldə olunan nailiyyətlərin davamlılığını təmin edir. Hazırda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Digər tərəfdən, reallıqlar onu deməyə əsas verir ki, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtdaregionlarda sosialiqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır.

Məlum olduğu kimi, respublikamızda modern inkişaf strategiyasının əsas hədəflərindən biri də Azərbaycanın yüksək infrastruktur təminatına malik ölkəyə çevrilməsidir. Bu baxımdan dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən və ölkəmizdə 2004-cü ildən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr Azərbaycanı infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları (2004-2008, 2009-2013 və 2014-2018-ci illərə dair) respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb. Daha dəqiq desək, istehsal müəssisələrinin fəaliyyətinin bərpası və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, aqrar sektorda intensiv metodlardan istifadə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə dəstək məqsədilə müxtəlif servis mərkəzlərinin, investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni yerlərinin açılması və digər kompleks tədbirlərin görülməsi nəticəsində regionların sosial-iqtisadi inkişafında dönüş yaranıb. Şübhəsiz, regionların sosial-iqtisadi inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur.

Hazırda isə sayca üçüncü - 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı icra olunmaqdadır. Sözsüz ki, bu Dövlət proqramları qarşıya qoyulan məqsədlərə nail olunması ilə yanaşı, Azərbaycanda bir sıra sahələrdə sıçrayışlı inkişafa da təkan verib. Ötən 13 ildə respublikada açılan yeni yerlərinin, yaradılan yeni infrastrukturun mütləq əksəriyyəti bölgələrin payına düşüb ki, bu da bölgələrin daha da yüksək səviyyədə inkişafına yol açır. Bu gün yeni tikilən və ya təmirdən çıxmış bir sıra sosial infrastrukturlar da vətəndaşların xidmətinə verilir. Bütün atılan addımlar, aparılan abadlıq-quruculuq işləri bölgələrin simasını dəyişir. Eyni zamanda, insanların asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan parklar, geniş istirahət zolaqları bugünkü ümumi inkişaf tendensiyasına xüsusi rəng qatır.

Bir sözlə, bu siyasət davamlı xarakter daşıyır və ötən ay ərzində də ölkəmizin bir sıra regionlarında mühüm infrastruktur obyektləri, həmçinin istirahət parkları vətəndaşlarımızın ixtiyarına verilib. Elə sentyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə Mingəçevir və Sumqayıt şəhərində açılışı baş tutmuş infrastruktur obyektləri də deyilənlərin əyani sübutudur.

Beləliklə, öncə onu vurğulamaq yerinə düşər ki, son dövrlərdə ölkənin hər yerində olduğu kimi, Mingəçevirdə də mühüm infrastruktur obyektləri yaradılıb, abadlıq-quruculuq işləri görülüb. Məsələn, şəhərin SahilFüzuli parklarında mühüm işlər görülüb, habelə Kür çayının sol sahilində kiçik gəmilər və qayıqlar üçün yanalma platforması yaradılıb. Nigar Rəfibəyli küçəsində yerləşən Sahil parkının ərazisi 380 metr uzunluqda genişləndirilib. Bu ilin aprel ayında başlanmış inşaat işləri artıq başa çatıb. Parkın genişləndirilmiş sahəsi 1,2 hektara çatdırılıb. Genişləndirilmiş parkda 3500 kvadratmetr sahəyə dekorativ tamet tavaları döşənib, 30 dekorativ işıq dirəyi quraşdırılıb, yeni oturacaqlar və digər lazımi avadanlıqlar qoyulub. Parkın ərazisində 1000 ağac, 5000-ə yaxın gül kolu əkilib. Yamac boyu 1860 kvadratmetr yaşıllıq sahəsi salınıb, 940 kvadratmetr sahədə çay daşlarından bərkitmə işləri aparılıb. Yeni su təchizatı şəbəkəsi yaradılıb, 1,2 hektar sahəyə su xətti çəkilib.

Şəhərdəki Füzuli parkında isə inşaat işlərinə 2015-ci ilin mayında başlanılıb və 2016-cı ilin sentyabrında başa çatıb. Ümumi sahəsi 3 hektar olan parkın girişində Məhəmməd Füzulinin büstü qoyulub, 2 dairəvi və düzbucaqlı fəvvarə, uşaq-əyləncə, idman qurğuları quraşdırılıb, mini futbol meydançası salınıb. İstirahət üçün bütün lazımi avadanlıqlar quraşdırılıb. Ərazidə çoxlu sayda dekorativ ağacgül kolları əkilib, 10 min 740 kvadratmetr sahədə çəmənlik salınıb.

Bu məqamda qeyd edək ki, sentyabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevirə səfəri çərçivəsində Sənaye Parkının təməlqoyma mərasimində iştirak edib. Xatırladaq ki, Prezident İlham Əliyev 2015-ci ilin fevralında Mingəçevir Sənaye Parkının yaradılması və bu parkın fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Mingəçevir Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” MMC-yə həvalə olunub. Sənaye Parkının fəaliyyətinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan “Mingəçevir-Toxucu” ASC ləğv edilibonun 15 hektara yaxın torpaq sahəsi icarə hüququ ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin daimi istifadəsinə verilib.

Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetr təşkil edəcək. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən artıq yeni yerinin açılması nəzərdə tutulub. Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə ildə 10 min ton, növbəti mərhələdə isə 20 min ton iplik istehsalı nəzərdə tutulub. Azərbaycanda böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı qismən aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində ildə 3 min ton məhsul istehsal ediləcək.

Corab istehsalı müəssisəsinin tikintisi ilə ilkin mərhələdə Azərbaycanın corab məhsullarına tələbatının 50 faiz ödənilməsi, illik 35 milyon, növbəti mərhələdə isə 70 milyon cüt corabın istehsalı nəzərdə tutulub. Ayaqqabı istehsalı müəssisəsində illik 1,5 milyon cüt dəri ayaqqabı istehsal ediləcək.

Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa Sənaye Parkında tibbi kosmetika məhsulları istehsalı müəssisəsinin yaradılması da planlaşdırılıb. Müəssisədə pambıq mahlıcının və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulub. Tullantılardan sterilləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaqtəmizləyən çöplər və makiyaj bezləri istehsal olunacaq.

Toxuculuq müəssisəsində pambıq parçalar istehsal ediləcək. Azərbaycanda növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılacağını nəzərə alsaq, o zaman Sənaye Parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünür. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək müəssisə müasir avadanlıqla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam parçanın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyama müəssisəsi inşa ediləcək.

Ölkədə hazır geyim məhsullarına olan tələbatı ödəmək və idxaldan asılılığı azaltmaq məqsədilə Azərbaycanın və bütövlükdə Qafqazın ən nəhəng tikiş müəssisəsi də Mingəçevir Sənaye Parkında inşa ediləcək. Müəssisədə iki minə yaxın yeni yeri açılacaq.

Dövlət başçısının səfəri çərçivəsində Mingəçevir şəhərində Tarix Muzeyinin əsaslı yenidənqurmadan sonra açılış mərasimi olub. Qeyd edək ki, Mingəçevir Şəhər Tarix Muzeyi 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrının binasındakı bir otaqda fəaliyyətə başlayıb. Yenidənqurma işlərindən sonra indi binanın ümumi sahəsi 810 kvadratmetr təşkil edir. Muzeydə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafı istiqamətindəki xidmətlərindən bəhs edən fotoguşə yaradılıb. Üç fond otağından, 50 nəfərlik müşavirə və 2 ekspozisiya zallarından ibarət olan muzeydə 16 min eksponat qorunuronlardan 400-ü ekspozisiya zallarında nümayiş etdirilir. Muzeydə nümayiş etdirilən eksponatların bir çoxu ötən əsrin ortalarında Mingəçevir Su Elektrik Stansiyasının tikintisi zamanı aparılan qazıntı işləri zamanı tapılıb.

Pərviz SADAYOĞLU

Yeni  Azərbaycan.- 2016.- 20 sentyabr.- S.8